Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Çek  kitabçasının  çeklərini  pul  vəsaitinə  sərəncam  vermək  hüququ  olan



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə61/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   57   58   59   60   61   62   63   64   ...   323

134 

Çek  kitabçasının  çeklərini  pul  vəsaitinə  sərəncam  vermək  hüququ  olan 

şəxslər, yaxud vəkalətnaməyə əsasən ödəyicinin digər vəzifəli şəxsi imza etməlidir. 

Axırıncı halda ödəyici çekdə imza etmək hüququ olan vəzifəli şəxslərin siyahısını 

banka təqdim etməlidir. 

Ödəyici  vəsaiti  alan  tərəflə  hesablaşma  aparan  zaman  onun  adına  çek 

verərək  əvvəlki  çekdə  olan  qalığı  yeni  yazılmış  çekin  kötüyünə  köçürür  və  sonra 

çekdə göstərilən ödəniləsi məbləği müəyyən edib pul vəsaitinin yeni qalığını çıxarır. 

Bir  qayda  olaraq  doldurulmuş  çek  vəsaiti  alan  tərəfə  verilir.  Vəsaiti  alan  tərəf 

alınmış çekləri banka təqdim edir. Bank isə öz növbəsində çekdə göstərilən məbləği 

ödəyicinin hesabından silərək vəsaiti alan tərəfin hesabına köçürür. Bank çıxarışına 

əsasən köçürülən məbləğ 224.2 «Çek kitabçaları» subhesabmdan silinir və silinmiş 

məbləğ  538  saylı  «Digər  qısa  müddətli  kreditor  borc-  ları»,  yaxud  531  saylı 

"Malgöndərən  və  podratçıların  qısamüddətli  kreditor  borclan"  hesablarının 

debetinə, 224.2 «Çek kitabçaları» subhesa- bmm kreditinə yazılmaqla əks etdirilir. 

Verilmiş,  ancaq  bank  tərəfindən  ödənilməyən  (ödənişə  təqdim  edilməyən)  çekin 

məbləği xüsusi hesabda saxlanılır. «Çek kitabçaları» subhesabmm qalıqları, onların 

ödənişə təqdim edilməsi hallarında bank çıxanşmm qalığına uyğun olmalıdır. 

Çeklərin  banka  qaytarılması  zamanı  istifadə  edilməyən  məbləğ  çek 

kitabçasının  verildiyi  müvafiq  hesaba,  məsələn,  223  saylı  «Bank  hesablaşma 

hesablan»  hesabına,  224.2  saylı  «Çek  kitabçaları»  subhesabmm  kreditinə  yazılış 

verilir. 

Səhm abunəçiləri üçün cəmiyyətin bankdakı xüsusi hesabına köçürülən pul 

vəsaiti  225  saylı  hesabın  "Abunə  iştirakçılarının  depozitləri"  subhesabmda  uçota 

alınır. 

Bankda ayrıca saxlanılan məqsədli maliyyələşmə (daxilolma) vəsaiti bankda 

olan xüsusi hesabın ayrıca subhesabmda uçota alınır. Onda xüsusilə sosial təyinatlı 

obyektlərin (uşaq bağçalarının, körpələr evinin) saxlanması üçün nəzərdə tutulan 

məqsədli maliyyələşmə və daxil olmalar, valideynlər tərəfindən verilən rüsum, eləcə 

də təşkilatın xahişi ilə ayrıca hesabda toplanan və ondan hökumət subsidiyası kimi 

istifadə  olunan  kapital  qoyuluşunun  maliyyələşdirilməsi  üçün  nəzərdə  tutulan 

vəsaitlər  uçota  almır.  Bütün  sadalanan  əməliyyatlar  aparılan  zaman  225  saylı 

hesabın  "Abunə  iştirakçılarının  depozitləri"  subhesabmm  debetinə  544  saylı 

"Qısamüddətli  məqsədli  maliyyələşmələr  və  daxil  olmalar",  538  saylı  «Digər 

qısamüddətli kreditor borcları», 223 saylı «Bank hesablaşma hesabları» hesabının 

kreditinə yazılış verilmək- 


135 

b uçotda əks etdirilir. Vəsait istifadə olunan zaman isə istifadə mənbələrini  uçota 

alan  hesabın  debetinə,  225  saylı  hesabın  "Abunə  iştirakçılarının  depozitləri" 

subhesabmm kreditinə yazılış verilir. 

Təşkilatın  sərbəst  balansa  ayrılmış,  aneaq  yerləşdiyi  yerdə  cari  hesabı 

olmayan  bölmələrin  (filiallarının)  mövcudluğu  şəraitində  onların  vəsaitinin,  yəni 

cari hesablaşmaların (əmək haqqı vermək, təsərrüfat xərcləri, ezamiyyə xərcləri və 

s. aparmaq) uçotu xüsusi hesabın ayrıca subhesabmda (225 saylı hesabın "Əmanət 

sertifikatları" subhesabı) uçota alınır. 

Məqsədli  təyinatlı  xarici  valyutada  olan  pul  vəsaitinin  mövcudluğu  və 

hərəkəti ayrıca uçota alınır. 

Son nəticədə qeyd etmək lazımdır ki, qeyd edilən hesablardan istifadə edən 

hər  bir  hüquqi  şəxs  həm  öz  ölkəsi,  həm  də  xarici  bank,  yaxud  digər  kredit 

təşkilatlarında açdığı bütün hesablar haqda (o cümlədən valyuta, ssuda və depozit 

hesabları)  hər  rüb  vergi  orqanlarına  informasiya  verməlidir.  Bu  zaman  verilmiş 

informasiyada hesabın açıldığı bankın və digər kredit təşkilatının adı və yerləşdiyi 

yer göstərilməlidir. 

2.6

 

Pul vəsaitlərinin ekvivalentləri 

Pul  sənədlərinə  sanatoriyalar,  istirahət  evləri  və  ponsionatlara  alınmış 

putyovkalar,  poçt markaları,  dövlət  rüsumu markalan  və s.  daxildir.  Onlar  aktiv 

225  saylı  "Pul  vəsaitlərinin  ekvivalentləri"  hesabında  uçota  alınır.  Alınmış  pul 

sənədlərinin  mədaxili  sözügedən  hesabın  debetində,  əvəzsiz  verilən,  yaxud  əmək 

kollektivi  tərəfindən  qismən  ödənilən  sənədlər  isə  onun  kreditində  yazılmaqla 

uçotda  əks  etdirilir.  Təşkilatda  istehlak  fondu  yaradılmayan  hallarda  güzəştlə 

verilmiş putyovkalar xalis mənfəət hesabına silinir. Bu əməliyyat 801 saylı «Ümu- 

mi mənfəət (zərər)» hesabının debetinə, 225 saylı "Pul vəsaitlərinin ekvivalentləri" 

hesabının kreditinə yazılmaqla uçotda əks etdirilir. 

Alınmış  gediş-gəliş  biletləri  və  poçt  markaları  pul  vəsaitində  olduğu  kimi, 

mədaxil  edilir  və  onlar  225  saylı  "Pul  vəsaitlərinin  ekvivalentləri"  hesabının 

debetinə,  221  saylı  «Kassa»,  223  saylı  «Bank  hesablaşma  hesabları»,  538  saylı 

«Digər  qısamüddətli  kreditor  borclan»  hesablarının  kreditlərində  yazılır.  Bu 

sənədlər  istifadə  edildikdə  isə  onu  uçota  alan  hesabdan  silinir  və  təyinatdan  asılı 

olaraq istehsal 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə