Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Nağd  valyuta  ancaq  nümayəndəliyin  yerləşdiyi  ölkədə  işçilərin  ezamiyyə



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə60/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   56   57   58   59   60   61   62   63   ...   323

132 

Nağd  valyuta  ancaq  nümayəndəliyin  yerləşdiyi  ölkədə  işçilərin  ezamiyyə 

xərclərinin,  əmək  haqqının  ödənilməsi  və  digər  zəruri  xərclərin  aparılması  üçün 

verilə bilər. 

Nümayəndəliyin  fəaliyyəti  dayandırılan  hallarda  məlum  ölkədə  açılan 

valyuta  hesabının  bağlanması  bu  prosesi  təsdiq  edən  sənəd  rəsmiyyətə  salındığı 

andan  hesablanmaqla  30  gün  ərzində  yerinə  yetirilməlidir.  Valyuta  hesabmdakı 

vəsait  qalığı  təşkilatın  ölkədə  yerləşən  cari  valyuta  hesabına  köçürülməlidir. 

Nümayəndəliyin əmlakının satışından əldə edilən vəsait də təşkilatın respublikadakı 

müvəkkil bankında açılmış cari hesaba köçürülür (180 gün müddətinə). 

Xarici  valyuta  hesabına  öz  təyinatı  üzrə  daxil  olmayan  vəsaitlər  təşkilatın 

respublikadakı müvəkkil bankında açılmış cari valyuta hesabına köçürülməlidir. 

Xaricdəki hesaba daxil olmuş valyuta gəliri respublikanın müvəkkil bankına 

köçürülənə  qədər  gəlir  əldə  edilən  xarici  iqtisadi  əməliyyatlarla  əlaqədar  olan 

məqsədlərə xərclənə bilər. 

İşin yerinə yetirilməsi ilə əlaqədar podratçı tikinti təşkilatının apardığı yerli 

xərclərə  görə  sifarişçi  tərəfindən  ödənilən  valyuta  daxilolmaları  tikinti  qurtarana 

qədər xaricdəki valyuta hesabında saxlanıla bilər. Bu vəsaitlər tikintinin qurtardığı 

andan  hesablanmaqla  (obyektin  qəbulu  haqda  akt  tərtib  olunana  qədər)  30  gün 

ərzində müvəkkil banka köçürülə bilər. Bu zaman podratçı valyuta vəsaitinin daxil 

olması və istifadəsi haqda hər il mərkəzi banka məlumat təqdim etməlidir. 

Qeyd edək ki, vəsait ancaq daxil olma mənbələrini əhatə edən əməliyyatlarla 

əlaqədar məqsədlərə xərclənməlidir. 

2.5

 

Banklarda xüsusi hesablarda olan pul 

vəsaitlərinin uçotu 

Hüquqi  şəxslər  hesablaşma  və  valyuta  hesablarından  başqa  banklarda 

akkreditiv, çek kitabçaları, abunə iştirakçılarına depozitlər, əmanət sertifikatları və 

sair hesablarla əlaqədar əməliyyatların uçotunu aparmaq üçün xüsusi hesablar da 

açırlar.  Bu  məqsədlə  224  saylı  "Tələblərə  əsasən  verilən  bank  hesablan"  hesabı 

nəzərdə tutulmuşdur. 224.1 saylı "Akkreditivlər" subhesabmda akkreditivlərdə; 

224.2

 

saylı "Çek kitabçaları" subhesabmda hər alınmış çek kitabçasında olan pul 

vəsaiti uçota alınır. 225 saylı hesabın ayrıca subhesabı 


133 

abunə  iştirakçılarının  depozit  məbləğlərini  (o,  elə  bu  cür  "Abunə  iştirakçılarının 

depozitləri"  də  adlanır)  uçota  almaq  üçün  istifadə  olunur.  225  saylı  hesabın 

"Əmanət  sertifikatları"  və  nəhayət,  uçot  siyasəti  təcrübəsində  225  saylı  hesabın 

"Bankdakı  sair  hesablar"  subhesab-  larmda  adma  uyğun  əməliyyatların  uçotu 

aparılır. 

224.1

 

"Akkreditivlər" subhesabmm açılması üçün ödəyicinin özünə xidmət 

edən  banka  (emitent  banka)  verdiyi  tapşırıq  əsas  hesab  edilir.  Bank  hesabından 

istifadəyə  görə  müqaviləyə  əsasən  ödəyici  ilə  gələcəkdə  əlaqədə  olan  bank  onun 

qüvvədə  olan  qanunvericiliyin  və  bank  hesabı  müqaviləsinin  şərtlərinə  zidd 

olmayan bütün tapşırıqlarını yerinə yetirir. Ödəyicinin tapşırığını yerinə yetirmək 

üçün emitent-bank vəsaiti olanın ödənişini aparmaq üçün akkreditiv açır. 

Hal-hazırda  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  bir  neçə  növ 

akreditiv  nəzərdə  tutulmuşdur.  Onlar  geri  çağırılan  və  çağırılmayan,  ödənilən 

(deponentləşdirilən) və ödənilməyən (təmin edilən), təsdiq edilmiş akkreditivlərdən 

ibarətdir. 

Ödəyicinin  vəsaiti  olanla  hesablaşma  apara  bilməsi  üçün  hər  hansı  növ 

akkreditivin  bank  tərəfindən  açılması  emitet-bankın  xidmət  etdiyi  hüquqi  şəxsə 

etibarlı  münasibətində,  ödəyicinin  hesablaşma  hesabında  akkreditiv  məbləğini 

ödəyən vəsaitin mövcudluğundan asılıdır. 

Akkreditivin  açılması  uçotda  224.1  «Akkreditivlər»  subhesabı-  nm 

debetində  pul  vəsaitləri  hesablarının  -  223  saylı  "Bank  hesablaşma  hesabları" 

hesabının,  yaxud  501  saylı  "Qısamüddətli  bank  kreditləri"  və  s.  hesabların 

kreditində əks etdirilir. 

Akkreditiv 

hesabından 

malgöndərənlərin 

(podratçıların) 

borcları 

köçürüldükcə eyni  adlı  hesabın  (224.1)  kreditinə, 531  saylı  "Ma- Igöndərənlər və 

podratçılarla qısamüddətli kreditor borcları", yaxud 217 saylı “Digər qısamüddətli 

debitor  bordan”  hesabının  debetinə  yazılış  verilir.  İstifadə  olunmayan  akkreditiv 

bağlanılır  və  o  223  saylı  «Bank  hesablaşma  hcsabları»,  501  saylı  «Qısamüddətli 

bank kredit- ləri» hesabının kreditində əks etdirilir. 

224.2

 

«Çek kitabçaları» subhesabı təşkilatın digər kommersiya təşkilatları 

ilə hesablaşma aparması üçün vəsaitin dcponentləşdirilmə- si zamanı açılır. Təşkilat 

çek kitabçası almaq üçün emitent-banka təsdiq edilmiş formada ərizə təqdim edir. 

Ərizədə kimlə hesablaşma aparılması və onda tələb olunan məbləğ haqda məlumat 

göstərilir.  Bankın  razılığı  ilə  çek  kitabçasının  fəaliyyət  müddəti  və 

deponentləşdirilən məbləğin miqdarı göstərilir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə