Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  lir. Çeki birinci və ikinci imzaya hüququ olan şəxslər imza edir və təşkilatın möhürü



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə57/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   53   54   55   56   57   58   59   60   ...   323

126 

lir. Çeki birinci və ikinci imzaya hüququ olan şəxslər imza edir və təşkilatın möhürü 

ilə  təsdiqlənir.  Çekdə  düzəlişin  aparılmasına  yol  verilməməlidir.  Bank  imza  və 

təşkilatın möhürünü yoxladıqdan, onların təqdim olunmuş nümunə ilə uyğunluğu 

təyin  edildikdən  sonra  pul  buraxılmalıdır.  Çek  adlı,  yaxud  təqdim  edənə 

yazılmalıdır. 

Bank hesablaşma hesabına hesab sahibinin bildiriş kimi təqdim etdiyi yazılı 

sərəncamına əsasən nağd pul qəbul edir. Bildiriş verilən pulun xarakteri (satılmış 

mallara, göstərilmiş xidmətlərə görə satış pulu, deponentləşdirilmiş əmək haqqı və 

i.a.) göstərilməklə bir surətdən ibarət doldurulur. Bank qəbul edilmiş məbləğ üçün 

kassa məxaric orderinin yazılmasına əsas verən qəbz verir. 

Mal,  hazır  məhsul,  yerinə  yetirilmiş  iş  və  göstərilmiş  xidmətləri  olan 

təşkilatlardan 

pul 

vəsaitinin 

daxil 

olması 

üçün 

malsatan-təşkilat 

ödəmə-tələbnaməsi, yaxud ödəmə-tələbnaməsi-tapşırığı yazaraq, özünə xidmət edən 

bankın inkasso şöbəsinə təqdim edir. Malsatan-təşki- lata xidmət edən bank daxil 

olmuş sənədlərin rəsmiləşdirilməsinin düzgünlüyünü yoxlayaraq, ödəyici təşkilata 

xidmət  edən  banka  göndərir.  Ödəyici  təşkilat  sənədin  daxil  olduğu  gün  nəzərə 

aimmamaqla  3  gün  ərzində  onları  akseptləşdirir,  yaxud  bağlanılmış  müqavilə 

şərtlərinin pozulmasına istinad edərək onların ödənişindən imtina etməlidir. Ödəmə 

tələbnamələri  ödəyicinin  sakit  razılığı  ilə  akseptləşdirilir.  Ödə-  mə-tələbnaməsi 

-tapşırığı  isə  ödəyicinin  kredit  sərəncamçıları  (müdir  və  baş  mühasib)  tərəfindən 

imza edilib möhürlə təsdiq olunan yazılı formada rəsmiləşdirilən sənədlərə əsasən 

akseptləşdirilir. 

Zəruri  hallarda  ödəyicilərin  təşəbbüsü  ilə  ən  universal  sənəd  olan  ödəmə 

tapşırığı rəsmiyyətə salınır. O, ödəyicinin hesablaşma hesabından onda göstərilən 

məbləğin  alan  tərəfin  hesablaşma  hesabına  köçürülməsinə  dair  banka  olan 

sərəncamını özündə əks etdirən bir sənəddir. Ödəmə tapşırığının köməyi ilə vergiyə 

görə  büdcə,  sosial  sığorta  və  təminata  görə  sosial  sığorta  orqanları,  qeyri-büdcə 

ödənişlərə görə müxtəlif təşkilatlar və i.a. ilə əlaqədar hesablaşmalar aparır. 

Məhkəmə, yaxud iqtisad məhkəməsinin qərarının olması hallarında vəsaitin 

bank  tərəfindən  hesablaşma  hesabından  silinməsi,  ödəyicinin  razılığı  olmadan 

(akseptsiz, yəni mübahisəsiz qaydada) aparıla bilər. 

Enerji, istilik və su-kanalizasiya təsərrüfatının müvafiq cihazın göstəricisinə 

əsasən göstərdiyi xidmətin hesabnaməsi də akseptsiz qaydada ödənilir. 

Təşkilatın  hesablaşma  hesabındakı  pul  vəsaitinin  hərəkəti  bank  tərəfindən 

sözügedən hesabın çıxarışında qeyd olunur. Burada pul və- 


127 

sailinin günün əvvəlinə olan qalığı, ay ərzində daxil olan, istifadə olunan, silinən və 

günün  axırına  olan  qalığı  haqda  məlumatlar  göstərilir.  Hesablaşma  hesabından 

olan  çıxarış  təyin  edilmiş  müddətdə  vəsaitlərin  daxil  olması  və  istifadə  olunması 

haqda sənədlər də əlavə edilməklə hesab sahibinə verilir. Çıxarışı alan mühasib onu 

və əlavə edilən sənədləri diqqətlə yoxlayır və sonra əməliyyatların məzmunundan 

asılı olaraq müxabirləşən hesabları onlarda qeyd edir. Çıxarışda müəyyən səhvlər 

aşkar edilən hallarda bu barədə banka xəbər verilir. 

Hesablaşma  hesabmdakı  pul  vəsaitinin  uçotu  223  saylı  «Bank  hesablaşma 

hesabları» hesabında aparılır. Onun debetində vəsaitin daxil olması, kreditində isə 

silinməsi əks etdirilir. 

Hesablaşma  hesabmdakı  pul  vəsaitinin  hərəkəti  üzrə  hesabların 

müxabirləşməsinin sxeması aşağıdakı kimi təqdim edilir: 

Kommersiya təşkilatının bank hesablaşma hesablarındakı pul 

vəsaitinin hərəkəti üzrə hesabların müxabirləşməsi 

JVo


 

Əmoliyyalın məzmunu



 

Müxabirləşən



 

hesablar


 

 

Debet



 

Kredit


 

1.

 

Məhsulların, malların (işlərin, xidmətlərin) tikili və avadanlıqların, 

qeyri-maddi aktivlərin, materialların satışından olan satış pulunun daxil 

olması a) ödənilmiş hcsabnamə üzrə

 

223


 

601


 

 

b) təqdim edilmiş hcsabnamə ü/rə



 

223


 

211


 

2.

 

Kommersiya təşkilatının kassasından təhvil verilmiş nağd pulun 

hesablaşma hesabına köçürülməsi



 

223


 

221


 

3.

 

İstifadə olunmayan vəsait qalığının qaytarılması a) açılmış akkreditivdən;

 

223


 

224.1


 

 

b) limitləşdirilmiş çek kitabçasından.



 

223


 

224.2


 

4.

 

Ayın əvvəlinə yolda hesab edilən məbləğin hesablaşma hesabına 

köçürülməsi



 

223


 

222


 

5

 

Əvvəllərdə malgöndərən və podratçılara avans verilmiş məbləğin 

hesablaşma hesabına qaytarılması



 

223


 

192,243


 

6.

 

Malalanlar və sifarişçilərdən alınmış avansın daxil olması

 

223


 

443,543


 

7.

 

Büdcəyə artıq köçürülmüş verginin qaytarılması

 

223


 

521


 

8.

 

Sığorta ödəməsinin daxil olması; a) əmlak və şəxsi sığortalanmadan;

 

223


 

414.1


 

 

b) sosial sığorta fondundan



 

223


 

522


 

9.

 

Borcun ödənilməsi üçün vəsaitin fiziki şəxslərdən daxil

 

 

 



 

olması


 

223


 

173,213


 

10.


 

Vəsaitin təsisçilərdən daxil olması



 

223


 

302


 

11.


 

Ödənilmiş debitor borcunun daxil olması



 

223


 

217


 

12.


 

Borcun törəmə müəssisələrdən daxil olması



 

223


 

212


 

13.


 

Ödənilmiş cərimə, peniya, dəbbə pullarının və faizlərin



 

 

 




Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə