Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə49/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   45   46   47   48   49   50   51   52   ...   323

110 

Xərcin  tanınması. 

Xərc  aktivlərin  azalması  və  öhdəliklərin  artması  ilə 

bağlı iqtisadi səmərənin azalmasının baş verdiyi və bu azalmanın etibarlı səviyyədə 

qiymətləndirilməsinə imkanın mövcud olduğu hallarda tanınır. 

Qiymətləndirmə 

- Mühasibat balansında və ya Mənfəət və zərər haqqında 

hesabatda təqdim edilən obyektin pul ifadəsinin müəyyənləş- dirilməsidir. 

İlkin  dəyər. 

Aktivin  ilkin  dəyər  əsasında  qiymətləndirilməsi  onun  əldə 

edilməsi zamanı pul vəsaitlərinin və ya pul ekvivalentlərinin ödənilmiş məbləği və 

ya verilmiş əvəzləşdirmənin (mübadiləyə verilmiş qey- ri-monetarcaktivlərin, qəbul 

edilmiş  öhdəliklərin,  buraxılmış  kapital  alətlərinin)  ədalətli  dəyəri  ilə 

qiymətləndirilməsini nəzərdə tutur. 

Cari  dəyər. 

Aktivin  cari  dəyəri əsasında  qiymətləndirilməsi  hal-  hazırda 

analoji aktivlərin əldə edilməsi üçün ödənilməli olan pul vəsaitlərinin və ya onların 

ekvivalentlərinin məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur. 

Mümkün  satış  dəyəri. 

Aktivin  mümkün  satış  dəyəri  əsasında 

qiymətləndirilməsi təşkilatın adi iş şəraitində bu aktivin satılması nəticəsində əldə 

edilə  biləcək  pul  vəsaitlərinin  və  ya  onalnn  ekvivalentlərinin  məbləği  ilə 

qiymətləndirilməsini nəzərdə tutur. 

Diskontlaşdırılmış  dəyər. 

Aktivin  diskontlaşdınimış  dəyər  əsasında 

qiymətləndirilməsi  təşkilatın  adi  iş  şəraitində  bu  aktivin  istifadəsindən  gözlənilən 

gələcək 

xalis 

pul 

vəsaiti 

daxilolmalarının 

hal-hazırki 

məbləği 

ilə 

qiymətləndirilməsini nəzərdə tutur. 

Ədalətli  dəyər. 

Aktivin  ədalətli  dəyər  əsasında  qiymətləndirilməsi  onun 

müstəqil, yaxşı məlumatlandınimış və bu cür əməliyyatı həyata keçirməkdə maraqlı 

olan  tərəflər  arasında  mübadilə  nəticəsində  əldə  edilə  biləcək  məbləğlə 

qiymətləndirilməsini nəzərdə tutur. 

Təşkilatın kapitalı aşağıdakı kimi nəzərə alına bilər: 

a)

 

təşkilatın maliyyə kapitalı, yəni təşkilata qoyulmuş onun xalis aktivlərinin 

dəyərinə (təşkilatın öz kapitalına) bərabər olan investisiyanın nominal dəyəri və ya 

sabit alıcılıq qabiliyyəti əsasında qiymətləndirilmiş pul vəsaitlərinin məbləği; 

b)

 

təşkilatın  fiziki  istehsalat  məhsuldarlığı  və  ya  bu  məhsuldarlığın  təmin 

edilməsinə tələb olunan resurslar. 


111 

II

 

FƏSİL. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN 

EKVİVALENTLƏRİNİN VƏ HESABLAŞMALARIN 

UÇOTU 

2.1.

 

Pul vəsaitlərinin və hesablaşma əməliyyatları 

uçotunun mahiyyəti 

Bazar iqtisadiyyatı şəraitində vəsait və əmək əşyalarının alınması, məhsul (iş, 

xidmət) satışı və i.a. ilə əlaqədar olan bütün işlərə görə təşkilatlar arasında daima 

qarşılıqlı münasibətlər əmələ gəlir ki, bu da onlar arasında bağlanmış razılaşmalara 

əsasən  həyata  keçirilir.  Bir  qayda  olaraq  bütün  kənardan  alınan  dəyərlilərə  görə 

mütləq  pul  göçürülməli  və  buna  uyğun  olaraq  buraxılmış  məhsullar,  yaxud 

göstərilmiş xidmətlər üçün müvafiq ödəmələr alınmalıdır. 

Bununla birlikdə aparılmış bu və ya digər əməliyyatlara görə büdcə, bank, 

sığorta orqanları, müxtəlif ictimai təşkilatlar, xeyriyyə fondları, bilavasitə işçi heyəti 

və i.a.-la da hesablaşmalar aparılır. Təşkilatlar arasında baş verən bütün mümkün 

olan hesablaşmalar bilavasitə pulun köməyi ilə aparılır. Onların köməyilə ayrılmış 

vəsaitlər  pul  formasından  istehsalat  ehtiyatlarına  çevrilərək,  satışdan  əldə  edilən 

pulun və onun tərkibində olan xalis gəlirin formalaşmasına səbəb olur. Elə bununla 

da pul hesablaşmaları vəsaitlərin dövriyyəsinin təmin edilməsində ən mühüm amil 

kimi çıxış edir, onların vaxtında başa çatması isə istehsalın arasıkəsilməz prosesində 

ən zəruri şərt hesab edilir. 

•  Hesablaşmalar  iki  formada:  bank  sistemi  ilə  nağdsız  köçürmələr  yolu  ilə, 

yaxud nağd pulla ödəmə şəklində (nağdsız və nağd hesablaşmalar) başa çatır. 

Pulları mühafizə etmək və nağdsız hesablaşmaları həyata keçirmək üçün hər 

bir  təşkilata  onun  yerləşdiyi  ərazidə  hesablaşma  və  digər  zəruri  hesablar  açılır. 

Bank  vasitəsi  ilə  kassa-hesablaşma  əməliyyatlarının  aparılması,  birliklərin 

(təşkilatların)  maliyyə-təsərrüfat  fəaliyyəti  üzərində  hərtərəfli  nəzarətin  təşkil 

olunması  təmin  olunur.  «Azərbayjan  Respublikasında  banklar  və  bank  fəaliyyəti 

haqqında»  14  iyun  1996-cı  il  tarixli  123  -  IQ  saylı  Azərbaycan  Respublikası 

Qanununa müvafiq olaraq, ölkəmizin bank sistemi Mərkəzi Bank və 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə