Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Konseptual  Əsaslann  əsas  məqsədi  maliyyə  hesabatlarının  şəffaflığının  və



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə48/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   44   45   46   47   48   49   50   51   ...   323

108 

Konseptual  Əsaslann  əsas  məqsədi  maliyyə  hesabatlarının  şəffaflığının  və 

cavabdehliyin təmin edilməsindən ibarətdir. 

Şəffaflıq məfhumu, təşkilatın cari vəziyyəti, qərarları və fəaliyyəti haqqında 

informasiyanın  maliyyə  hesabatları  istifadəçiləri  üçün  düzgün  çatdırılmasını  və 

anlaşıqlı olmasını nəzərdə tutur. 

Bu  Konseptual  Əsasların  tətbiqi  sahəsi  Mühasibat  balansının,  Mənfəət  və 

zərər  haqqında  hesabatın.  Pul  vəsaitlərinin  hərəkəti  haqqında  hesabatın  və 

kapitalda  dəyişikliklər  haqqında  hesabatın,  gəmçinin  onlara  aid  olan  qeydlərin, 

şərhlərin  və  digər  hesabatların  hazırlanması  və  istifadə  olunması  zamanı  tətbiq 

edilən əsas prinsipləri əhatə edir. 

Maliyyə  hesabatlarının  məqsədi  onun  geniş  saylı  istifadəçiləri  tərəfindən 

iqtisadi  qərarların  qəbul  edilməsi  üçün  mühasibat  uçotu  subyektinin  maliyyə 

vəziyyəti, fəaliyyətinin nəticələri və maliyyə vəziyyətin- dəki dəyişikliklər haqqında 

əhəmiyyətli hesab olunan informasiyanın təmin edilməsdir. 

Maliyyə 

hesabatlarının 

istifadəçiləri 

təşkilatın 

rəhbərliyindən, 

sərmayədarlarından, borc verən və kreditorlardan, muzdlu işçilərdən, analitiklər və 

məsləhətçilərdən,  hökümət  və  cəmiyyətdən,  habelə  işgüzar  təmas  qruplarından 

ibarətdir. Analitiklər və məsləhətçilər qrupuna maliyyə ekspertləri və tədqiqatçılar 

daxildir. İşgüzar təmas qrupuna tədarükçülər, istehlakçılar və digər oxşar məqsədli 

tərəflər daxildir. 

Kommersiya  təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu  Standartlarının 

Əsaslandığı  ehtimallar  hesablama  vaxtı  gəlirlər  və  xərclər  təsərrüfat 

əməliyyatlarının  yerinə  yetirilməsi  ilə  bağlı  pul  vəsaitlərinin  və  onlann 

ekvivalentlərinin daxil olması və ya xaric olması zamanı deyil, bu əməliyyat- lann 

baş verdiyi anda tanınmalıdır. 

Kommersiya  təşkilatının  fəaliyyətinin  fasiləsizliyi  konsepsiyası  təşkilatın 

fəaliyyətinin  davam  edəcəyini  və  onun  fəaliyyətinin  dayandırılması  və  ya 

fəaliyyətinin  həcminin  əhəmiyyətli  dərəcədə  ixtisara  salınması  zərurətinin  və  ya 

niyyətinin olmadığını nəzərdə tutur. 

Keyfiyyət 

xüsusiyyətləri 

maliyyə 

hesabatlarında 

təqdim 

olunan 

informasiyanı  istifadəçilər  üçün  daha  yararlı  edən  aşağıdakı  əsas  amillərdən 

ibarətdir.  Bunlara  münasiblik,  əhəmiyyətlilik,  etibarlılıq,  düzgün  təqdimat, 

mahiyyətin  formadan  üstünlüyü,  neytrallıq,  ehtiyatlılıq,  tamlıq,  müqayisəlilik, 

ardıcıllıq və anlaşıqlıq aiddir. 

Balans hesabatının elementlərinə aktiv, öhdəlik və kapital daxildir. 

Aktiv  -  keçmiş  hadisələrin  nəticəsi  kimi təşkilat  tərəfindən  idarə  olunan  və 

təşkilata gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən ehtiyatdır (resursdur). 


109 

Öhdəlik - təşkilatın keçmiş hadisələrdən yaranmış və iqtisadi səmərəni əmələ 

gətirən ehtiyatların (resurslarının) təşkilatdan kənara axını ilə nəticələnən mövcud 

borcdur. 

Kapital  -  bütün  öhdəliklər  çıxıldıqdan  sonra,  təşkilatın  xalis  aktivlərinin 

dəyəridir. 

Mənfəət  və  zərərlər  haqqında  hesabatın  elementlərinə  gəlirlər  və  xərclər 

daxildir. 

Gəlirlər  -  mülkiyyətçilərin  kapital  qoyuluşu  ilə  əlaqədar  olmayan,  lakin 

Kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin artması, daxil 

olması və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır. 

Xərc - mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan, 

lakin  kapitalın  azalması  ilə  nəticələnən,  hesabat  dövrü  ərzində  aktivlərin  kənara 

axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin 

azalmasıdır. 

Təşkilatın 

aktivlərinin 

və 

öhdəliklərinin 

dəyərinin 

yenidən 

qiymətləndirilməsi  və  ya  yenidən  müəyyənləşdirilməsi  kapitalda  artımı  və  ya 

azalmanı  yaradır.  Bu  artımın  və  ya  azalmanın  gəlir  və  xərc  anlayışlarına  uyğun 

gəlməsinə  baxmayaraq  kapitalın  saxlanılmasının  müəyyən  konsepsiyalarına 

müvafiq olaraq onlar Mənfəət və zərərlər haqqında hesabatda təqdim edilmişr. Bu 

artım və azalma kapitalın saxlanılmasına düzəlişlər və ya yenidən qiymətləndirmə 

üzrə  ehtiyat  adı  altında  müvafiq  olaraq  mühasibat  balansında  və  Kapitalda 

dəyişikliklər haqqında hesabatda əks olunur. 

Obyektin  maliyyə  hesabatlannda  tanınması  -  tanınma  meyarlanna  cavab 

verən  obyektin  Mühasibat  balansına  və  ya  Mənfəət  və  zərər  haqqında  hesabata 

daxil edilməsidir. 

Aktivin tanınması. 

Aktiv yalmz təşkilata gələcək iqtisadi səmərənin axını 

ehtimal  olunduğu  və  onun  dəyərinin  və  ya  qiymətinin  etibarlı  səviyyədə 

qiymətləndirilməsi  imkanının  mövcud  olduğu  hallarda  mühasibat  balansında 

tanınır. 

Öhdəliyin  tanınması. 

Öhdəlik  yalnız  keçmiş  hadisələrə  görə  yaranmış 

cari  borcun  ödənilməsi  nəticəsində  təşkilatdan  gələcək  iqtisadi  səmərənin  kənara 

axını ehtimal olunduğu və bu borcun dəyərinin və ya qiymətinin etibarlı səviyyədə 

qiymətləndirilməsi  imkanının  mövcud  olduğu  hallarda  mühasibat  balansında 

tanınır. 

Gəlirin  tanınması. 

Gəlir  aktivlərin  artması  və  öhdəliklərin  azalması  ilə 

bağlı  iqtisadi  səmərənin  artımının  baş  verdiyi  bu  artımın  etibarlı  səviyyədə 

qiymətləndirilməsinə imkanın mövcud olduğu hallarda tanınır. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə