Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə47/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   43   44   45   46   47   48   49   50   ...   323

106 

-

 

vergilər, o cümlədən təxirə salınmaz vergilər; 

-

 

qiymətləndirmə öhdəlikləri

-

 

işçilərin mükafatlandırılması üzrə məsrəflər; 

-

 

xarici  valyutanın  hesabat  valyutasına  çevrilməsi  və  hedcinq  (aktivlər  və 

öhdəliklərin  dəyərinin  dəyişməsindən  yaranan  itkilərdən  sığortalanmaq  üçün 

həyata keçirilən əməliyyatdır); 

-

 

təsərrüfat  və  coğrafi  seqmentlərin  və  seqmentlər  arası  xərclərin 

bölüşdürülməsi üçün əsasların müəyyən edilməsi

-

 

pul vəsaitlərinin və onların ekvavalentlərinin müəyyən edilməsi

-

 

inflyasiyanın uçotu. 

Digər Milli Mühasibat Uçotu Standartları bu sahələrin əksəriyyətində uçot 

siyasətinin açıqlanmasını konkret tələb edir. 

Əgər  təşkilat  Milli  Mühasibat  Uçotu  Standartlarının  əhatə  etmədiyi  uçot 

məsələləri  üzrə  uçot  siyasəti  tətbiq  edirsə,  təşkilat  bu  cür  uçot  siyasətini 

açıqlamalıdır. 

1.5.

 

Kommersiya təşkilatlan üçün Milli Mühasibat Uçotu 

Standartlarının konseptual əsasları 

Azərbaycan 

Respublikası 

iqtisadiyyatının 

dünya 

iqtisadiyyatına 

inteqrasiyası  respublikada  dövlət  iqtisadiyyatı  siyasətinin  prioriteti  kimi  qəbul 

edilmişdir. Azərbaycan iqtisadiyyatının subyektlərinin beynəlxalq mühasibat uçotu 

sisteminə keçidi isə bu siyasətin vacib mərhələlərini təşkil edir. 

Belə  ki,  vahid  dövlət  uçot  siyasətinin  tətbiqi,  habelə  bazar  iqtisadiyyatının 

tələblərinə uyğun yeni iqtisadi təfəkkürün formalaşması və inkişafı mühasibat uçotu 

sahəsində əsaslı islahatlann aparılması ilə nəticələnmişdir. 

Apanlan təhlillər və beynəlxalq təcrübənin öyrənilməsi göstərir ki, mühasibat 

uçotunun beynəlxalq standartlarının tətbiqi təsisçilərin mənafeyini daha dolğun və 

səmərəli  müdafiə  etdiyindən  əlverişli  investisiya  mühiti  yaradır  və  bu  da  xarici 

investisiyaların həcminin sürətli artımına səbəb olur. Məhz bu baxımdan mühasibat 

uçotunun  yeni  prinsiplərinin  müəyyən  edilməsi  məqsədi  ilə  29  iyun  2004-cü  il 

tarixdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq 

edildi.  Bu  Qanun  mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq, 

Azərbaycan Republikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə 


107 

hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslər 

tərəfindən  mühasibat  uçotunun  təşkili  və  aparılması,  o  cümlədən  maliyyə 

hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını müəyyən edir. 

Qeyd  olunan  Qanunun  tətbiqinin  təmin  edilməsi  məqsədi  ilə  “Mühasibat 

uçotu  haqqında  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  haqqında” 

Azərbaycan  Respublikası  Prezidentinin  7  fevral  2005-ci  il  tarixli  Fərmanı  ilə  bu 

sahədə  görüləcək  işlərin  əsas  istiqamətləri  müəyyən  edilmişdir.  Bundan  sonra 

Fərmanın  icrasının  təmin  edilməsi  məqsədi  ilə  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin 18 iyul 2005- ci il tarixli Qəran ilə “2005-2008-ci illərdə Milli Mühasibat 

Uçotu  Standartlannm  tətbiqi  üzrə  Proqram”  təsdiq  edilmiş  və  bu  sənədə  əsasən 

Milli  Mühasibat  Uçotu  Standartlan  bütövlükdə  qüvvəyə  minənədək  hazırlanrmş 

Standartların  mərhələlərlə  tətbiqi  müddətləri  müəyyən  edilmişdir.  Dövlət 

proqramının  tərkibində  “Kommersiya  təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu 

Standartlarının  Konseptual  əsaslan”,  kommersiya  təşkilatları  üçün  onların 

maliyyə-təsərrüfat  fəaliyyətlərinin  bütün  istiqamətlərini  əhatə  edən  37  standart 

hazırlanmış  və  təsdiq  edilmişdir.  “Maliyyə  hesabatlarının  təqdimatı  üzrə”  büdcə 

təşkilatları üçün 24 və qeyri- hökümət təşkilatlan üçün 1 standartın Milli Mühasibat 

Uçotu Standartlan əsasında mühasibat uçotunun avtomatlaşdıniması üzrə proqram 

təminatının və mühasibat uçotu sahəsində mütəxəssislərin hazırlanması üçün tədris 

proqramlarının və tədris-metodiki vəsaitlərin hazırlanması nəzərdə tutulmuşdur. 

Eyni  zamanda.  Fərmanla  verilmiş  tapşırıqların  təmin  edilməsi  məqsədilə 

Respublikamızda bu sahə üzrə məsul qurumlann, bir sıra sığorta və s. şirkətlərin 

nümayəndələrindən  ibarət  Mühasibat  Uçotu  üzrə  Məsləhət  Şurası  yaradılmışdır. 

Şuranın  əsas  məqsədi  mühasibat  uçotu  sahəsində  dövlət  tənzimlənməsini  həyata 

keçirən  Maliyyə  Nazirliyinə  mühasibat  uçotu  və  maliyyə  hesabatı  sahəsində 

məsləhətlərin verilməsidir. 

Konseptual Əsaslar Mühasibat Uçotunun Beynəlxalq Standartlan Şurasının 

hazırladığı və nəşr etdiyi Maliyyə Hesabatlarının Hazırlanması və Təqdimatı üzrə 

çərçivə Sənədlərinə əsaslanır. 

Bu Konseptual Əsaslar mühasibat uçotunun xüsusi tələblərini və ya maliyyə 

hesabatlannın hazırlanması qaydalarını nəzərdə tutmur. Həmin tələb və qaydalar 

Kommersiya  Təşkilatlan  üçün  müvafiq  Milli  Mühasibat  Uçotu  Standartlannda 

qeyd edilir. Eyni zamanda. Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu 

Standartlan  bu  sənəddə  öz  əksini  tapmış  prinsiplərə  və  müddəalara  əsasən 

hazırlanmalıdır. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə