Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Birbaşa  maliyyə  marağı  olmaqla  informasiyadan  kənarda  istifadə  edənlər



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə43/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   39   40   41   42   43   44   45   46   ...   323

98 

Birbaşa  maliyyə  marağı  olmaqla  informasiyadan  kənarda  istifadə  edənlər, 

mövcud  və  ya  mümkün  olan  investorlar,  banklar,  malgöndərənlər  və  digər 

kreditorlar  hesab  olunurlar.  Onlar  əsasən  maliyyə  hesabatında  olan 

informasiyalardan  istifadə  edir,  onun  məlumatları  əsasında  təşkilatın  maliyyə 

perspektivləri, satıla bilmək və ödəmə qabiliyyəti haqqında nəticələr çıxarırlar. 

Dolayı  maliyyə  marağı  olmaqla  informasiyadan  kənarda  istifadə  edənlərə, 

dövlət və bələdiyyə əmlakını idarə etməyə müvəkkil edilən orqanlar, vergi, maliyyə 

orqanları, dövlət statistika orqanları, audit firmaları və digər istifadə edənlər (fond 

birjaları, ixtisaslı ittifaqlar, elmi məsləhətçilər, malalanlar və i.a.) daxil edilir. 

İnformasiyalardan  digər  kənar  istifadə  edənlərdən  fərqli  olaraq,  vergi  və 

maliyyə (xəzinədarlıq) orqanları təkcə hesabat deyil, həm də mənfəətdən respublika 

və  yerli  vergilərin,  əlavə  dəyər  vergisinin,  fiziki  şəxslərdən  gəlir  vergisinin, 

aksizlərin  düzgün  ödənilməsini  yoxlamaq  üçün  lazım  olan  təşkilatın  bütün  digər 

uçot  informasiyalarım  tələb  etmək  hüququna  malikdir.  Uçot  informasiyaları 

nəzarətediei  orqanların  və  yuxarı  idarəetmə  orqanlarının  tələbi  ilə,  habelə 

bağlanmış qarşılıqlı müqavilə əsasında təşkilatın audit yoxlamasını həyata keçirən 

auditorlara da təqdim edilir. 

Daxili  uçot  informasiyalarının  hamısını  və  ya  bir  hissəsini  istifadə  etmək 

hüququ  olan  kənar  istifadə  edənlər  təsərrüfat  subyektlərinin  kommersiya  sirrini 

saxlamağa  borcludur.  Kommersiya  siyasətini  təşkil  edən  məlumatların  siyahısı 

təşkilatın rəhbəri tərəfindən müəyyən edilir. 

İnformasiyaların  kənardan  olan  istifadə  edənlərinə,  əsasən,  təşkilatın 

maliyyə  vəziyyətini  qiymətləndirmək  üçün  maliyyə  hesabatlarının  məlumatları 

lazımdır. Bu informasiyaları onlar dövlət statistika orqanlarından və ya bilavasitə 

təşkilatlardan ala bilərlər. 

Maliyyə  hesabatının  göstəricilər  sisteminin  düzgün  qurulması  nəticəsində 

təsərrüfat prosesləri və nəticələri təşkilatların vəsaitlərinin vəziyyətini düzgün əks 

etdirir və tapşırıqların yerinə yetirilməsinin gedişi haqda informasiyanı əldə etmək 

mümkün olur. 

1.3

 

Mühasibat (maliyyə) uçotunun prinsipləri 

Mühasibat (maliyyə) uçotunun qarşısına qoyulan vəzifələri tamamilə yerinə 

yetirmək üçün uçotu səmərəli təşkil etmək lazımdır. 


99 

Maliyyə  uçotunun  təşkili  dedikdə,  təsərrüfata  operativ  rəhbərlik  etmək,  maddi, 

əmək və maliyyə ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsinə səmərəli 

nəzarət  etmək  və  qənaət  rejimini  ardıcıl  olaraq  həyata  keçirmək  üçün 

informasiyanın  öz  vaxtında  və  düzgün  əldə  edilməsi  məqsədilə  uçot  prosesinin 

qurulumasının şərtləri və elementlərinin elmi əsaslandırılmış sistemini başa düşmək 

lazımdır. 

İdarə  etmək  funksiyası  kimi  maliyyə  uçotuna  onun  təşkilinin  ümumi 

prinsipləri  xasdır.  Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunvericiliyi  ilə 

maliyyə  uçotunun  təşkilinin  əsas  prinsiplərinin  tətbiqi  şəraitində  təsərrüfatçılıq 

edən  subyektlərin  əmlaklarının,  öhdəliklərinin  və  təsərrüfat  əməliyyatlarının 

maliyyə uçotu Azərbycan Respublikasının milli valyutası olan manatlarla aparılır. 

Həmin  subyektlərə  məxsus  olan  əmlakların,  öhdəliklərin  və  təsərrüfat 

əməliyyatlarının  maliyyə  uçotu  müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinin 

mühasibat uçotunun hesablar planına müvafiq olaraq ikili yazılış üsulu ilə həyata 

keçirilir. Bu zaman uçot registrlərində yazılışlar üçün əsas ilkin uçot sənədləri hesab 

olunur.  Həmin sənədlər  təsərrüfat  əməliyyatları  baş  verən  vaxt  və  ya  bilavasitə o, 

başa  çatdıqdan  sonra  tərtib  olunmalıdır  və  onlarda  məcburi  rekvizitlər  əks 

edilməlidir.  İlkin  sənədlərin  verilməsi  qaydası  və  müddətləri  sənəd  dövriyyəsinin 

təsdiq olunmuş qrafiki üzrə müəyyən edilir. 

Təşkilatda  olan  əmlakların  və  maliyyə  öhdəliklərinin  inventarlaş-  masmm 

aparılması  və  onun  nəticələrinin  maliyyə  uçotu  hesablarında  əks  etdirilməsi 

məcburidir. 

Təşkilatın gəlirləri və xərcləri hesabat dövrünə düzgün aid edilməlidir. 

Təsərrüfat subyektində hər ayın 1-i tarixə sistematik uçotun hesabatları üzrə 

dövriyyələr  və  qalıqlar  analitik  uçotun  düzgün  məlumatları  ilə  eyni  olmalıdır. 

Maliyyə  uçotunda  və  balansda  ancaq  müəssisənin  mülkiyyəti  olan  əmlak  əks 

etdirilir. Təşkilatın təsərrüfat əməliyyatları maliyyə uçotunda onlar baş verən vaxt 

və hesabatlarda onların aid olduqları dövrlərdə əks olunurlar. 

Təşkilatın  uçot  siyasətinin  əmələ  gəlməsi  fərziyyələrə  və  tələblərə  müvafiq 

olaraq həyata keçirilir. «Fərz etmə» anlayışı təxminən qərb ölkələrinin mühasibat 

uçotundakı  «mühasibat  prinsiplərinin  əsasını  təşkil  edən»  anlayışa  müvafiqdir. 

Milli  mühasibat  (maliyyə)  uçotunda  bu  anlayış  mahİ

5

^ətcə  uçotun  aparılması  və 

hesabatların tərtib edilməsi qaydalarına aid edilir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə