Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  b) məhsullann faktiki maya dəyərinin hesablanmasından. Bunun üçün bütün



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə39/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   35   36   37   38   39   40   41   42   ...   323

89 

b) məhsullann faktiki maya dəyərinin hesablanmasından. Bunun üçün bütün 

məhsul və onun hər bir növünə ayn-aynhqda edilən, təşkilatın xərclərinin 

həcmini tapmaq. Bu zaman maya dəyərinə daxil edilən ayrı-ayn xərclər 

haqqında mühasibat uçotundan məlumatlar tələb olunur: bunlar, istehsal 

fəhlələrinin  əmək  haqqından,  istehsala  sərf  edilən  materialların 

dəyərindən, məhsullann hazırlanmasında bilavasitə istifadə edilən əmək 

vəsaitlərinin  amortizasiya  məbləğindən,  nəhayət  xidmət  və  idarə  etmək 

üzrə xərclərin məbləğindən ibarətdir. 

İstehsal  xərcləri  haqqında  hərtərəfli  məlumat  məhsullann  maya  dəyərini 

təhlil etmək üçün lazımdır. 

İstehsalat uçotunda bir sıra xüsusi hesablar tətbiq edilir. Onlardan ən vacibi 

202  saylı  “İstehsalat  məsrəfləri”  hesabıdır.  Bu  hesabda  məhsullann  hazırlanması 

üzrə bütün xərclər toplanır. Bu hesabın məlumatları üzrə istehsalın ümumi həcmi 

müəyyən edilir. 

Məhsulların ayn-ayrı növlərinin maya dəyəri sintetik hesaba açılmış analitik 

hesabların  göstəricilərinə  əsasən  müəyyən  edilir.  Onlar  məmulatların  ayrı-ayrı 

növləri və ya bircinsli məhsulların qrupları üzrə aparılır. 

Zavod  və  ya  fabrikə  bütövlükdə  xidmət  və  idarə  etmək  üzrə  məsrəflər  721 

saylı “İnzibati xərclər” adlı hesabda təşkil olunur. 

Sex  xərclərinə  sexlərə  xidmət  və  idarə  etməklə  məşğul  olan  heyətin  əmək 

haqqı,  ümumsex  ehtiyacları  üçün  sərf  edilən  materiallar  və  yanacaq  (qızdırma, 

işıq), sex təyinatlı əmək vəsaitlərinin amortizasiyası (sexin binası, sexin inventarları) 

daxildir. 

İnzibati  xərclərə  ümumistehsalat  xərclərinə  oxşar  xərclər  daxil  edilir  ki, 

bunlar təşkilata bütövlükdə rəhbərlik və idarə etməklə əlaqədardırlar. 

İstehsal prosesində hazırlanan məhsulun üzərinə hissə-hissə keçirilən torpaq, 

tikili  və  avadanlıqların  pulla  ifadə  olunan  hissəsinə  amortizasiya  və  amortizasiya 

ayırmaları  deyilir.  Uçotda  torpaq,  tikili  və  avadanlıqların  amortizasiyasını  hər 

şeydən əvvəl onların dəyərinin hissəsinin hazırlanan məhsulun üzərinə keçirilməsini 

əks etdirmək, yəni onu məhsullann maya dəyərinə daxil etmək lazımdır. Buna görə 

amortizasiya məbləği istehsalat məsrəfləri və inzibati xərclər hesabına aid edilir. 

Torpaq, tikili və avadanlıqlann, bioloji aktivlərin köhnəlməsini uçota almaq 

lazımdır. Torpaq, tikili və avadanlıqlann, bioloji aktivlərin köhnəlməsi onlann ilkin 

dəyərinin  azalmasına  gətirib  çıxarır.  Beləliklə  111  və  131  saylı  hesablarda  ancaq 

onlann  hərəkəti,  yəni  daxil  olması  və  çıxması  əks  etdirilməlidir.  Buna  görə  də 

torpaq,  tikili  və  avadanlıqlann,  bioloji  aktivlərin  köhnəlməsi  ayrıca  xüsusi  olaraq 

112 və 132 saylı 


90 

hesablarda uçota alınır. 112 vo 132 saylı hesabın krediti üzrə yazılış, vəsaitlərin ilkin 

dəyərinin  onlar  istehsalat  prosesində  iştirak  etdikdən  sonra  nə  qədər  azaldığını 

göstərir. 

Hesablanma  dövründə  köhnəlmə  və  amortizasiya  məbləğləri  bərabərdir, 

çünki eyni prosesin, yəni vəsaitlərin öz dəyərinin bir hissəsini hazırlanan məhsulun 

üzərinə  keçirilməsi  prosesinin,  ancaq  müxtəlif  xarakterlərini  özlərində  əks 

etdirirlər. 

İstehsaldan hazır məhsulun buraxılması 204 saylı “Hazır məhsul” hesabının 

debitində  və  202  saylı  “İstehsalat  məsrəfləri”  hesabının  kreditində  əks 

olunmalıdırlar. İstehsaldan buraxılan məhsullar hər şeydən əvvəl plan maya dəyəri 

ilə qiymətləndirilir. 

Ayın axınnda hazır məhsulların faktiki maya dəyəri müəyyən edilir və planla 

müqayisə  edilir,  nəticədə  kənarlaşma  aşkar  edilir.  Kənarlaşma  ikili  xarakterizə 

oluna  bilər.  Əgər  faktiki  maya  dəyəri  plandan  aşağıdırsa,  onda  onlar  qənaət 

olmasını  göstərir,  əks  halda  plan  maya  dəyərinə  nisbətən  artıq  xərc  olmasını 

göstərir. 

Hazır məhsul  və istehsalat  məsrəfləri  sintetik  hesabları  üzrə  yazılış faktiki 

maya dəyəri ilə edilir: 

204 saylı “Hazır məhsul” hesabının debeti 202 saylı “İstehsalat məsrəfləri” 

hesabının krediti Hazır məmulatlann buraxılmasının analitik uçotunda həm plan 

maya dəyəri, həm də kənarlaşma açıq yazılır. 

6.4.

 

Satış prosesinin uçotu 

Satış  prosesi  kommersiya  təşkilatı  tərəfindən  istehsal  edilmiş  məhsulun 

başqa təşkilata (alıcıya) verilməsi nəticəsində baş verən əməliyyatların məcmusuna 

deyilir.  Alıcı  həmin  təşkilata  onun  dəyərini  dövlət  tərəfindən  müəyyən  edilmiş 

topdansatış qiyməti ilə (satış dəyərini) ödəyir. 

Satış prosesində təşkilat bir sıra məsrəflər, yəni satılan məhsulların alıcılara 

təhvil verilən yerə qədər apanimasına, məcburi ayırmalar (elmi- tədqiqat işlərinə, 

kadro hazırlığına və s.) və b. həyata keçirir. Bunlar qeyri-istehsal xərcləri adlanır. 

Beləliklə,  satış  prosesində  məhsulların  faktiki  tam  maya  dəyəri  müəyyən 

edilir. Bu istehsalat maya dəyərindən və istehsaldan kənar xərclərdən ibarətdir. 

Dövlət təşkilatlannın xalis gəliri başqa cür desək mənfəət adlanır. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə