Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  masına və beləliklə də, adamların maddi istehsal sferasında istifadə edilməsi üçün



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə37/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   33   34   35   36   37   38   39   40   ...   323

83 

masına və beləliklə də, adamların maddi istehsal sferasında istifadə edilməsi üçün 

azad edilməsinə imkan verir. 

Hazırda  mühasibat  uçotunun  idarə  olunmasında  avtomatlaşdırılmış 

sistemdən  geniş  istifadə  olunur.  Təşkilatlarda  elektron  hesablayıcı  maşınlardan 

istifadə  etməklə  avtomatlaşdırılmış  idarəetmə  sisteminin  tətbiq  olunması  qısa 

müddətdə  çoxlu  miqdarda  informasiyaların  hazırlanmasına  və  təşkilatın  idarə 

edilməsi  əməliyyatlarında  bu  informasiyalardan  operativ  istifadə  olunmasının 

təmin edilməsinə geniş şərait yaradır. 

Respublikada kiçik sahibkarlıq subyektlərində mühasibat uçotunun forması 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 18 yanvar tarixli qərarı 

əsasında  tənzimlənir.  Qəbul  edilən  qərarda  kiçik  sahibkarlıq  subyektlərində 

mühasibat uçotunun aparılması qaydaları müəyyənləşdirilmişdir. 

Hazırda  kiçik  sahibkarlıq  subyektləri  özünün  bütün  təsərrüfat 

əməliyyatlarının uçotunu “Uçot kitabı” adlanan kitabda apanr. Həmin təşkilatlarda 

uçot  siyasəti  onun  rəhbəri  tərəfindən  müəyyənləşdirilir.  “Uçot  kitabı”  əsasında 

hesabat dövrü ərzində kiçik sahibkarlıq subyektinin əmlakının və pul vəsaitlərinin 

həcmi müəyyənləşdirilir və Respublika Dövlət Statistika Komitəsinin təsdiq etdiyi 

“Kiçik  sahibkarlıq  subyektlərinin  maliyyə  vəziyyəti  barədə  hesabat”  (1-KM 

nömrəli forma illik) tərtib edilir. 

VI

 

FƏSİL. ƏSAS TƏSƏRRÜFAT ƏMƏLİYYATLARININ 

MÜHASİBAT UÇOTU 

6.1.

 

Təsərrüfat vəsaitlərinin qiymətləndirilməsi və maya 

dəyəri kalkulyasiyası anlayışı haqqında anlayış 

Təşkilatın  təsərrüfat  fəaliyyətinin  uçotu,  təsərrüfat  vəsaitlərinin  növləri  və 

onların  mənbələrinin  hərəkətini  əks  etdirməklə  məhdudlaşa  bilməz.  Təsərrüfat 

proseslərini  müşahidə  etmək,  plan  tapşırıqlarının  yerinə  yetirilməsinə  nəzarət 

etmək və plandan kənarlaşmanı operativ olaraq aradan qaldırmaq üçün, uçot daha 

cürbəcür miqdar və keyfiyyət göstəricilərinə malik olmalıdır. 

Bu  və  ya  digər  proseslərin  həcm  göstəriciləri,  təşkilatın  işinin  miqdar 

göstəriciləri adlanır. Məsələn, sənaye təşkilatının işini müşahidə 


84 

etmək  üçün  hər  şeydən  əvvəl  onun  satdığı  məhsulların  miqdarını  bütövlükdə  və 

ayn-ayrı növlər üzrə bilmək lazımdır. Hazırda təşkilatın işini daha yaxşı xarakterizə 

edən miqdar göstəricisi satışın həcmindən asılıdır. 

Keyfiyyət göstəriciləri bu və ya digər prosesin həyata keçirilməsinin iqtisadi 

səmərəliliyini  xarakterizə  edir.  Onlardan  ən  vacibləri  təşkilatın  fəaliyyətinin 

maliyyə  nəticələri  göstəriciləridir.  Belə  göstəricilər  mənfəət  və  rentabelliyin 

məbləğindən  ibarət  olmalıdır.  Bu  zaman  rentabellik  səviyyəsini,  təşkilatın  əldə 

etdiyi  mənfəətin  onun  istehsalat  fondlarının  (əsas  və  dövriyyə)  ümumi  məbləğinə 

nisbəti kimi müəyyən etmək lazımdır. 

Vəsaitlərin hərəkətinin uçotu üçün mühasibat uçotunun bütün obyektlərinin 

düzgün qiymətləndirilməsi lazımdır. 

Təsərrüfat  vəsaitlərinin  qiymətləndirilməsi  onlann  pul  ölçülərində  əks 

etdirilməsi üsulu deməkdir. Onun köməkliyi ilə natura və əmək göstəriciləri pula 

çevrilir.  Qiymətləndirməsiz  ümumiləşdirilmiş  göstəricilər  əldə  etmək  mümkün 

olmadığına görə o, mühasibat uçotu metodunun ayrılmaz elementi sayılır. 

Mühasibat uçotu obyektlərinin qiymətləndirilməsi real və vahid olmalıdır. 

Qiymətləndirmənin reallığı, onun təsərrüfat vəsaitlərinin həqiqi həcmini pul 

göstəricilərində əks etdirməkdən ibarətdir. 

Bu  prinsipə  riayət  edilməsi  balans  maddələrinin  faktiki  maya  dəyəri  ilə 

qiymətləndirilməsi ilə təmin edilir. 

Qiymətləndirmənin  vahidliyi  prinsipi,  müxtəlif  təşkilatlann  ey-  nicinsli 

vəsaitlərinin  eyni  pul  ölçüləri  ilə  bağlıdır.  Bu  o  deməkdir  ki,  bütün  təşkilatlann 

balanslarında eyni cür vəsaitlər bir qiymətlə göstərilir. 

Vəsaitlərin  qiymətləndirilməsinin  ümumi  prinsipi,  onlann  faktiki  maya 

dəyəri ilə qiymətləndirilməsi deməkdir. 

Uçotda göstərildiyi kimi, təsərrüfat vəsaitlərinin qiymətləndirilməsinin əsası 

məhsullann faktiki maya dəyərindən ibarətdir. Onun həcmini müəyyən etmək üçün 

kalkulyasiyadan istifadə edilir. 

Kalkulyasiya  maya  dəyərinin  hesablanması  üsuludur.  Mühasibat  uçotu 

metodunun bir hissəsi olmaqla kalkulyasiya onun elementləri ilə və hər şeydən əvvəl 

hesablarla möhkəm əlaqəlidir. 

Təsərrüfatda alınmış materialların və ya istehsal edilmiş məhsullann faktiki 

maya dəyərini müəyyən etməklə bərabər, onların plan maya dəyərini də müəyyən 

edirlər. 


85 

Plan kalkulyasiyasını maddi-texniki təchizat və ya məhsul istehsalı planı ilə 

eyni  vaxtda  tərtib  edirlər.  Plan  kalkulyasiyasını  tərtib  edərkən  mütərəqqi  xərc 

normalarını və qənaət rejiminin lazım olmasını nəzərə alırlar. 

Hesabat  kalkulyasiyası  müəyyən  edilmiş  vaxt  keçdikdən  sonra  sərf  edilmiş 

xərclər haqqında mühasibat məlumatlarına əsasən tərtib edilir. 

Kalkulyasiya  tərtib  edilən  zaman  müstəqim  və  qeyri-müstəqim  xərcləri 

fərqləndirmək lazımdır. 

Məhsula bilavasitə aid edilən məsrəflərə müstəqim xərclər deyilir. 

Bir  neçə  kalkulyasiya  obyektinə  aid  edilən  məsrəflərə  qeyri-müs-  təqim 

xərclər deyilir. Bu xərcləri hər bir obyektin maya dəyərinə daxil etmək üçün onları 

dolayı yolla bölmək lazım gəlir. 

Məhsulların  maya  dəyərinə  qeyri-müstəqim  xərcləri,  istehsal  olunan 

ayrı-ayrı məhsul növləri arasında hər hansı bir əlamətə mütənasib olaraq, onların 

məbləğini  şərti  üsullarla  bölüşdürürlər.  Məsələn,  avadanlıqların  iş  vaxtına, 

istehsalat  fəhlələrinin  əmək  haqqına,  sərf  edilən  materialların  dəyərinə  və  s. 

mütənasib olaraq. 

Mühasibat  uçotunda  xərcləri,  onların  məqsədli  təyinatına  müvafiq  olaraq 

kalkulyasiya maddələri üzrə qruplaşdırırlar. 

Maya  dəyərini  yaradan  xərclərin  müəyyən  növləri  kalkulyasiya  maddələri 

adlanır. Belə ki, sənaye məhsullarının istehsalat maya dəyərinin kalkulyasiyası üçün 

maddələrin  aşağıdakı  nümunəvi  nomenklaturası  müəyyən  edilib:  xammal  və 

materiallar,  istehsalat  fəhlələrinin  əmək  haqqı  (əsas  və  əlavə),  avadanlıqların 

saxlanması  və  istismarı  üzrə  məsrəflər,  ümumistehsalat  xərcləri,  inzibati  xərclər, 

çıxdaşdan olan (zaydan) itkilər. 

6.2.

 

Təchizat prosesinin uçotu 

Təchizat prosesi təşkilatın məhsul hazırlamaq üçün lazım olan əmək əşyalan 

ilə  təmin  etmək  üzrə  əməliyyatlann  məcmusundan  ibarətdir.  Kommersiya 

təşkilatları  malgöndərənlərdən  materiallar,  yanacaq  və  digər  əmək  əşyaları  əldə 

edir. 

Təşkilat malgöndərənlərə əldə etdikləri əşyalann dəyərini, təşkilat üçün alış 

və  ya  tədarük  qiyməti  hesab  olunan,  buraxılış  qiyməti  ilə  ödəyir.  Bundan  başqa, 

təşkilat təchizat əməliyyatından irəli gələn xərclər həyata keçirir. Bunlar, əldə edilən 

qiymətlilərin  daşınması  ilə  əlaqədar  əmək  haqqı  üzrə  məsrəflərdən,  onlann 

yüklənməsi və boşaldılması, onların 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə