Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  dəmir yolu stansiyasından (gəmi tərsanəsindən) anbara daşınması xərclərindən və s



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə38/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   34   35   36   37   38   39   40   41   ...   323

86 

dəmir yolu stansiyasından (gəmi tərsanəsindən) anbara daşınması xərclərindən və s. 

ibarətdir. Bütün bu xərclər nəqliyyat-tədarükat məsrəfləri adlanır. 

Alış  dəyəri  və  nəqliyyat-tədarükat  xərcləri  əldə  edilmiş  əmək  əşya-  lanmn 

maya dəyərini təşkil edirlər. 

Təchizat  prosesi  plan  üzrə  həyata  keçirilir.  Planda  təchizatın  həcmi,  yəni 

planlaşdırılan  dövr təşkilatın  almalı olduğu  əmək əşyalanmn  miq-  dan,  plan  üzrə 

əmək əşyalarının maya dəyəri göstərilir. 

Təchizat  prosesi  uçotunun  əsas  vəzifəsi  təchizatın  həqiqi  həcmini  müəyyən 

etməkdən  və  əldə  edilmiş  əmək  əşyalanmn  faktiki  maya  dəyərini  hesablamaqdan 

ibarətdir. 

Mühasibat  uçotu  keçən  dövr  ərzində  təşkilat  tərəfindən  əldə  edilmiş  əmək 

əşyalarının miqdarı və növləri haqqında məlumat verməlidir. Bu məlumatlar həm 

natural, həm də pul ölçülərində göstərilməlidir. 

Əmək  əşyalarının  ayrı-ayn  növlərinin  tədarükü  haqqındakı  məlumatlar 

əsasında bütövlükdə təchizat planının yerinə yetirilməsini xarakterizə edən ümumi 

göstərici hesablanır. 

Mühasibat  uçotu  əmək  əşyalanmn  hər  bir  növünün  tədarükünə  təşkilatın 

xərclərinin həqiqi həcmini xarakterizə edən göstəricilər verməlidir. Bu zaman əldə 

edilmiş əşyalann maya dəyəri göstəriciləri nəinki xərclərin ümumi həcmini, həm də 

ayrı-ayrı xərcləri əks etdirməlidir. 

Bu  məsələləri  həll  etmək  üçün  mühasibat  uçotu  sistemində  istehsalat 

ehtiyatlan hesablanndan, yəni 201 saylı “Material ehtiyatları” hesabından istifadə 

edilir.  Təchizatın  faktiki  həcmi,  tədarük  edilən  maddi  qiymətlilərin  daxil  olması 

məbləğini  xarakterizə  edən,  bu  hesabın  debet  dövriyyəsinin  həcmi  ilə  müəyyən 

edilir. Onlann faktiki maya dəyəri də, həmçinin bu hesabın debeti üzrə alış dəyəri və 

nəqliyyat-tədarükat xərclərini toplamaq yolu ilə hesablanır. 

Təchizat  prosesinin  uçotunun  öz  xüsusiyyətləri  vardır.  Olduqca  tez-  tez 

malgöndərənlərin onlar tərəfindən yüklənmiş əşyalarının ödəmə sənədləri yüklərin 

özündən əvvəl daxil olur və təşkilat olduqca az vaxt ərzində onlan ödəməlidir. Onun 

ünvanına  yüklənmiş  maddi  qiymətlilərə  görə  ödəməni  həyata  keçirdikdən  və  ya 

ödəməyə  razılıq  verdikdən  sonra  təşkilat  bu  vəsaitlərin  sahibi  olur  və  onlann 

uçotunu aparmalıdır. 

Bunun üçün yolda olan maddi qiymətlilərə aid xüsusi analitik hesablar açılır. 


87 

Təchizat prosesi uçotunun sxemi 

223 


431, - 531 

201 


Qalıq 

 --------- 4 

 ---- 


► 



 ---- 

► 

 

 



 

 



 ---- 

► 

 

 



 

 



 ---- 

► 

 

1





2



3. 

4. 

Daxil olan əmək əşyalarının alış dəyəri 

Nəqliyyat-tədarükat xərcləri (istər malgöndərənlər tərəfindən 

təşkilatın hesabına ödənilən və istərsə də təşkilat tərəfindən ödə- 

nilməli olan); 

Malgöndərənlərdən alınmış, lakin yolda olan, alıcılar tərəfindən 

ödənilən əmək əşyaları və onlara görə nəqliyyat-tədarükat xərc- 

ləri; 

Pul vəsaitlərinin köçürülməsi 

1.

 

Qəbul edilmiş hesab-ödəmə tələbnaməsi üzrə şəhərin malgön- 

dərənlərindən əsas və köməkçi material alınıb (manat). Topdansatış qiyməti ilə 

materialın dəyəri 2 346 000 

Dəmir yol tarifi 

 ___  12 000 

Yekunu 

2 358 000 

201 saylı “Material ehtiyatları” hesabının debeti 531 saylı “Malgöndərənlərə 

və podratçılara qısamüddətli kreditor 

borcları” hesabının krediti ......... 2 358 000 

Bu əməliyyat 201 saylı hesabda materialların topdansatış qiyməti ilə dəyəri 

və nəqliyyat-tədarükat xərcləri ayrıca göstərilir. 

2.

 

Hesablaşma hesabından daşınmış yükə görə nəqliyyat təşkilatının ödəmə 

tələbnaməsi ödənilib; 488 000 manat məbləğində 

201 saylı “Material ehtiyatları” hesabının debeti 223 saylı “Bank hesablaşma 

hesabları” hesabının krediti.... 488 000 Çünki nəqliyyat xərcləri materialların 

faktiki maya dəyərinə daxil edilir. 

3.

 

Bankın hesablaşma hesabından malgöndərənlərə onların tələbnaməsi 

üzrə köçürülüb 1 790 000 manat 


88 

531 saylı “Malgöndərənlərə və podratçılara qısamüddətli kreditor bordan” 

hesabının debeti 

223 saylı “Bank hesablaşma hesabları” hesabının krediti ... 1 790 000 

6.3.

 

İstehsal prosesinin uçotu 

İstehsal prosesi məhsullann hazırlanması üzrə əməliyyatların məcmusundan 

ibarətdir.  Məhsul  fəhlələr  tərəfindən  hazırlanır,  yəni  əmək  əşyalarına  istehsal 

alətlərinin köməyi ilə təsir edərək yeni görünüş və ya tərkib verirlər. 

İstehsalda 3 əsas amilin, yəni əməyin, əmək əşyalannm və əmək vəsaitlərinin 

iştirakı,  təşkilatda  müvafiq  xərclərin  yaranmasına  gətirib  çıxa-  nr.  Məhsulların 

hazırlanmasına təşkilatın xərcləri, fəhlələrə ödənilən əmək haqqından, məhsullann 

hazırlanmasına  sərf  edilmiş  əmək  əşyalannm  dəyərindən  və  istehsalda  bilavasitə 

iştirak  edən  əmək  vəsaitlərinin  amortizasiyasından  ibarətdir.  Bundan  başqa, 

təşkilat  istehsala  xidmət  və  idarə  etmək  üzrə  xərclər  həyata  keçirir.  Onlara 

idarəetmə  və  xidmətedici  heyətin  əmək  haqqı,  ümumistehsalat  və  ya  inzibati 

ehtiyaclara  sərf  edilən  əmək  əşyalannm  dəyəri  (binalann  qızdırılması  və 

işıqlandıniması,  onların  təmiz  saxlanmasına),  bina  və  sexin  təsərrüfat 

inventarlarının və zavod idarəsinin ümumzavod qurğularının və s. amortizasiyası 

aiddir. Təşkilatın bütün bu xərclərinin ümumi məbləği məhsullann maya dəyərini 

təşkil edir. 

İstehsal prosesində meydana çıxan maya dəyəri istehsal və ya fabrik-zavod 

maya dəyəri adlanır. 

İstehsala  çəkilən  xərclərin  nəticəsi  hazır  məhsul  buraxılışından  ibarətdir. 

İstehsala  və  məhsullann  buraxılışına  xərclərin  həyata  keçirilməsi,  mühasibat 

uçotunda əks etdirilən istehsal prosesinin iki tərəfi sayılır. 

İstehsal  prosesi  mühasibat  uçotunun  əsas  vəzifələri  aşağıdakılardan 

ibarətdir: 

a) istehsalın faktiki həcmini müəyyən etməkdən. Bunun həm istehsal olunan 

məhsullann  ümumi miqdanndan,  həm  də  məhsullann  hər  bir  növünün 

miqdannm aşkar edilməsi tərtib olunur. Məhsullann konkret növlərinin 

həcmi pul və natural ölçülərdə müəyyən edilir; 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə