Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Uçot  registrlərinin  formaları  müxtəlifliyinə  görə  fərqlənirlər.  Sütunlara



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə36/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   32   33   34   35   36   37   38   39   ...   323

80 

Uçot  registrlərinin  formaları  müxtəlifliyinə  görə  fərqlənirlər.  Sütunlara 

bölünməsindən  asılı  olaraq  registrlər  çoxqrafalı  miqdar-məbləğ  uçotu,  miqdar, 

kontrokorrent və şahmat olmaqla fərqlənirlər. 

Uçot  registrlərinin  çoxqrafalı  formaları  məsrəflərin  uçotunun  ayn-  ayrı 

elementləri  və  məsrəf  maddələri  üzrə  aparılması  lazım  olan  əməliyyatların  uçotu 

üçündür. Çoxqrafalı registrlər ümumtəsərrüfat xərclərinin, kalkulyasiya obyektləri 

üzrə istehsalat xərclərinin maddələr üzrə uçotu üçün istifadə edilir. 

Maddi  qiymətlilərin  çoxunun  uçotu  eyni  vaxtda  natural  və  pul  ifadəsində 

aparılır. Bunun üçün registrlərin miqdar-məbləğ forması xidmət edir. 

Miqdar uçotunun registrlərinə ancaq miqdar ifadəsində maddi qiymətlilərin 

hərəkətinin uçotu üçün düzəldilmiş formalar aid edilir. 

Analitik  registrlərin  daha  sadə  və  yayılmış  formalarından  biri  kitab  və 

kartoçkaların  kontrokorrent  forması  hesab  olunur.  O,  debitor  və  kreditorlarla, 

ssuda üzrə bankla hesablaşmalar və sair pul hesablan ilə əməliyyatların uçotu üçün 

tətbiq edilir. 

Registrlərin  şahmat  forması  uçotun  jurnal-order  formasında  jurnal- 

orderlərin qurulması zamanı tətbiq edilir. Şahmat registr formasına misal olaraq 

uçotun jurnal-order formasında Baş kitabı göstərmək olar. 

Uçot registrlərindo qeydlər həm əl ilə, həm də kompyuter vasitəsi ilə edilir. 

5.4.

 

Uçot yazılışlannda səhvlərin aşkara 

çıxarılması və düzəldilməsi qaydası 

Mühasibat  uçotunda  sənədlər  tərtib  edilərkən  və  uçot  registrlərində 

təsərrüfat  əməliyyatlarını  yazarkən  səhvlər  buraxıla  bilər.  Bu  səhvlər  rəqəmləri 

yazarkən, yekunları hesablayarkən, mühasibat köçürmələrini səhv edərkən və digər 

səbəblər üzündən baş verə bilər. 

Analitik  uçot  hesablannda  qeydlərin  düzgünlüyü  sintetik  və  analitik  uçot 

arasındakı qarşılıqlı əlaqə üzrə yoxlanılır. Bunun üçün bütün analitik hesablar üzrə 

dövriyyə yekunu və qalığı ilə, müvafiq sintetik hesabların dövriyyəsinin yekunu ilə 

qalığını  yoxlamaq  lazımdır.  Dövriyyə  və  qalığın  bir-biri  ilə  düz  olması  uçot 

qeydlərinin düzgün olmasını təsdiq edir. 

Səhvlər  aşağıdakı  üç  üsulun  biri  ilə  düzəldilir:  korrektura,  əlavə  yazmaq, 

mənfi rəqəmlə düzəliş köçürməsi. 


81 

Korrektura  üsulunda  səhv  yazılışın  üstündən  nazik  xətt  çəkilir  ki,  onun 

altındakı  rəqəm  oxunsun,  sonra  düzgün  məbləğ  üstdən  yazılır.  Düzəliş  həmin 

düzəlişi aparan şəxs tərəfindən imzalanır. 

Əlavə  yazılış  üsulu  o  zaman  tətbiq  edilir  ki,  hesabların  müxabir-  ləşməsi 

düzgün  olur,  lakin  köçürmə  istənilən  rəqəmdən  az  olur.  Bu  halda  səhvə  düzəliş 

verilməsi üçün düzgün və səhv rəqəmlər arasındakı fərqə həmin müxabirləşmədə 

əlavə yazılış verilir. 

Mənfi  rəqəmlə  köçürmə  üsulu  (“qırmızı  storno”)  hesablann  müxa- 

birləşməsində buraxılmış səhvə tətbiq edilir. 

Bu zaman düzgün olmayan yazılış qırmızı yazan qələmlə təkrar edilir, sonra 

düzgün yazılış adi rəqəmlə həyata keçirilir. 

Əgər  mühasib  hesablamanı  kompyuter  proqramından  istifadə  etməklə 

aparırsa, səhvi düzəltmək istəyəndə qırnuzı qələmlə yazılmalı məbləğin qarşısına “ 

(mənfi)  işarəsi  qoyulmalıdır,  əgər  proqram  “  mənfi  işarəsini  qəbul  etmirsə,  səhv 

mühasibat yazılışı əksinə müxabir- ləşmə ilə verilməlidir. 

Səhvlər  mütləq  razılaşdırılmaqla  səlahiyyəti  olan  şəxslər  tərəfindən 

düzəldilir. Kassa, bank və digər pul sənədlərində heç bir düzəlişə yol verilmir. Əgər 

müvafiq sənədlərdə səhv olubsa, həmin vərəqin üzərinə “ləğv olunur” sözü yazılır və 

növbəti  sənəd  tərtib  olunur.  Ləğv  olunan  sənədlər  ümumi  sənədlərlə  birgə 

saxlanılır. 

5.5.

 

Mühasibat uçotunun formaları 

Mühasibat  uçotu  forması  dedikdə,  uçot  registrlərinin  müxtəlif  növlərinin 

əlaqələndirilməsi qaydasını, uçot yazılanmn ardıcıllığım və işlənməsi üsulunu başa 

düşmək lazımdır. 

Azərbaycan  Respublikasında  qəbul  olunmuş  “Mühasibat  uçotu  haqqında” 

Qanunun tələblərinə uyğun olaraq təşkilatlara mühasibat uçotunun forma və təşkili 

metodunun istifadə qaydalarının müəyyən olunması hüququ verilmişdir. 

Hər bir kommersiya təşkilatı özünün uçot siyasətində mühasibat uçotunun 

aparılmasında hansı formalardan istifadə etməyini göstərməlidir. 

Əvvəllər  uçotun  ən  çox  iki  formasından,  memorial-order  və  jurnal-  order 

formalarından  istifadə  edirdilər.  Ancaq  indi  hesablayıcı  maşınlann  tətbiqi  geniş 

vüsət  aldığından  müvafiq  formalann  avtomatlaşdırılması  ilə  yanaşı,  müxtəlif 

formalı çoxlu sayda mühasibata aid komp

50

ıter proq 


82 

ramları  tərtib  edilmişdir.  Bunlara  əsasən  respublikamızda  hazırlanan  Fü-  nəş, 

Türkiyədən  gətirilmiş  Link,  Rusiyada  hazırlanan  Turbobuxqalter,  IC  və  s.  başqa 

proqramlar aiddir. Kommersiya təşkilatları öz uçot siyasətlərinə uyğun olaraq ilkin 

sənədləri tərtib edir, yaxud bu proqramdakı formalardan istifadə edirlər. 

Hazırda 

mühasibat 

uçotunun 

memorial-order, 

jurnal-order, 

avtomatlaşdırılmış formaları və kiçik sahibkarlıq subyektlərində uçot forması geniş 

yayılmışdır. 

Memorial-order  forması  1928  -  1930-cu  illərdə  yaranmışdır.  Bu  formanın 

mahiyyəti  ondan  ibarətdir  ki,  toplama  cədvəlində  qruplaş-  dırılmış  sənədlər 

əsasında memorial-order tərtib edilir və onda həmin əməliyyatlar üzrə hesabların 

müxabirləşməsi göstərilir. 

Memorial-order xüsusi blankda rəsmiləşdirilir. Orderləri baş mühasib və ya 

onun  müavini  yoxlayır  və  imzalanmış  memorial-orderlər  xronoloji  qaydada  sıra 

nömrəsi, tərtib edilmə tarixi, məbləği göstərilməklə qeydiyyat jurnalına yazılır. 

Mühasibat  köçürmələri  qeydiyyat  jurnalında  qeyddən  keçirildikdən  sonra 

“Baş kitab”da hesablar üzrə əməliyyatların yazılışı həyata keçirilir. 

Analitik hesablar kitablarda, kartoçkalarda və sərbəst vərəqələrdə aparılır. 

Analitik  və  sintetik  uçotun  hesabları  üzrə  dövriyyə  cədvəlinin  məbləği 

sintetik hesabların dövriyyə cədvəlinin müvafiq məbləğləri ilə müqayisə etmək yolu 

ilə  həyala  keçirilir.  Göstəricilərin  bu  cür  müqayisəsi  buraxılmış  səhvləri  aşkara 

çıxarmağa və aradan qaldırmağa imkan verir. 

Uçotun  jurnal  forması  bazasında  hesabdarlığın  jurnal-order  forması 

yaradılıb.  İlk  dəfə,  o,  elektrik  stansiyası  və  elektrik  sənayesində  tətbiq  edilməyə 

başlanıb. 

Jurnal-order formasında tətbiq edilən əsas registrlər jurnallardan ibarətdir. 

Sənədlər onlarda xronoloji qaydada qeydiyyatdan keçirilir. Bununla bərabər onlar 

orderlər  sayılır,  çünki  jurnal  üzrə  aylıq  yekunlar  özlüyündə  əvvəllərdə 

memorial-orderdə  əks  etdirilən  mühasibat  köçürməsini  əvəz  edir.  Ona  görə  onlar 

jurnal-orderlər adlanırlar. Uçot forması isə jurnal-order sayılır. 

Bazar  iqtisadiyyatında  istehsalın  geniş  artımı  və  təsərrüfat  proseslərinin 

dərin öyrənilməsinə tələbat olması daimi olaraq iqtisadi informasiyanın artmasını 

tələb edir. 

Ancaq  ən  səmərəli  hesab  texnikasından  geniş  istifadə  edilməsi,  uçot 

işçilərinin əmək məhsuldarlığının artmasına, onlara olan tələbatın azal 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə