Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  dınlması  və  hesablanması  məqsədini  daşıyır.  Bu,  mühasibat  köçürülməsi  tərtib



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə34/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   30   31   32   33   34   35   36   37   ...   323

76 

dınlması  və  hesablanması  məqsədini  daşıyır.  Bu,  mühasibat  köçürülməsi  tərtib 

etməklə başa çatır. 

5.2.

 

İnventarlaşma - mühasibat uçotu 

metodunun mühüm elementidir 

İnventarlaşma  və  onun  növləri.

  Uçotun  vacib  tələblərindən  biri  onun 

göstəricilərinin  həqiqi  olmasına  tələbatdan  ibarətdir.  Bu  tələbata  cavab  olaraq, 

mühasibat uçotu məlumatları həqiqətə tamamilə müvafiq olmalıdır. 

Bununla bərabər uçot məlumatları bəzən həqiqətə düz gəlmir. Bu aşağıdakı 

səbəblər üzündən əmələ gələ bilər

a)

 

təbii səbəblər - vəsaitlərin qıcqırma, çöküntü, temperaturun dəyişilməsi 

və  ya  havanın  nəmliyinin  təsiri,  onlann  gəmiricilərlə,  mikroblar-  la 

korlanması nəticəsində çəki və ya keyfiyyətinin dəyişilməsi. Bu təsirlərlə 

əlaqədar  dəyişmələr  quruyub  azalma,  tozlanma,  səpələnmə  və  i.a. 

adlanır. 

b)

 

vəsaitlərin qəbulu və ya buraxılması zamanı qeyri-həqiqilik - ölçüdə səhv, 

səhv hesablama, səhv çəkmə nəticəsində vəsaitlərin başqa miq- dan və ya 

keyfiyyəti alınır. 

c)

 

uçotda  səhv  etmək  -  bu  ilkin  sənədlərdə  səhvə  yol  vermək,  yekunlarda 

hesab səhvi, sənəd məlumatlannın səhv əks etdirilməsi və s. deməkdir. 

ç) oğurluq, maddi qiymətlilərin qəbulu və ya buraxılması zamam çəkidə və 

ya  ölçüdə  aldatmaq,  pul  verən  zaman  hesabda  aldatmaq  və  s,  habelə 

vəsaitlərin  birbaşa  mənimsənilməsi  üzündən  vəsaitlərin  mövcud  olması 

arasındakı fərqi, vəsaitlərin qahqlannı uçot məlumatlan ilə dövrü olaraq 

yoxlamaqla aşkara çıxarmaq olar. 

Natural qalıqlar xüsusi siyahıya  alınmaq yolu ilə aşkara çıxanlır ki,  bu da 

inventarlaşma adlamr. 

Təsərrüfat  vəsaitləri  haqqında  uçot  məlumatlan  ilə  onlann  faktiki  miqda- 

nnın  müvafiq  olmasını  təmin  etmək  üçün  xidmət  edən  mühasibat  uçotu  üsuluna 

inventarlaşma deyilir. 

Vəsaitlərin  əhatəsinin  bütövlüyündən  asılı  olaraq  tam  və  qismən  olmaqla 

inventarlaşma  iki  növə  aynlır.  Tam  inventarlaşma  bütün  təsərrüfat  vəsaitlərini 

əhatə edir. Qismən inventarlaşma təsərrüfat vəsaitlərinin hər hansı bir 


77 

növünü əhatə edir. Məsələn, ancaq materiallan və ya ancaq alıcılarla hesablaşmaları 

və s. 

Öz  xarakterinə  görə  inventarlaşma  iki  cür  olur:  planlı  və  xəbərsiz.  Planh 

inventarlaşma  əvvəlcədən  təyin  edilmiş  vaxtda  həyata  keçirilir.  Xəbərsiz 

inventarlaşma  təşkilatın  və  ya  yuxan  təşkilatm  rəhbərlərinin  sərəncamı  ilə  və  ya 

sənədli yoxlama İlə məşğul olan təftişçinin, istintaq və nəzarət təşkilatlanma tələbi 

ilə keçirilir. Plandan kənar inventarlaşma təbü fəlakətdən sonra (yanğın, subasma), 

habelə maddi məsul şəxslər dəyişdirildikdə həyata keçirilir. 

Qüvvədə  olan  qaydalara  müvafiq  olaraq,  inventarlaşmanın  aparılması 

qaydası və rəsmiləşdirilməsi aşağıdakı kimi müəyyən edilmişdir. 

Təşkilatm  rəhbərinin  əmri  ilə  inventarlaşma  komissiyası  təyin  edilir. 

Komissiyanın tərkibi, inventarlaşdınlan obyektlər, onun apanlma qaydası və vaxtı 

elan edilir. Komissiyaya təşkilatın rəhbəri və ya onun müavini rəhbərlik edir. Ona 

baş mühasib də daxil edilir. Bütün maddi qiymətlilər saymaq, ölçmək və çəki yolu 

ilə  yoxlanılır.  Maddi  qiymətlilərin  sayılması  və  aşkara  çıxarılması  haqqında 

məlumatlar  inventarlaşma  siyahılanna  yazılır.  Siyahılar  bütün  inventarlaşma 

komissiyası üzvləri tərəfindən ^mzalamr. 

İnventarlaşma  nəticələrinin  aşkara  çıxarılması  və  onlann  uçotda  əks 

etdirilməsi,

  inventarlaşma  nəticələrini  aşkara  çıxarmaq  məqsədi  ilə  mühasibat 

müqayisə  cədvəli  tərtib  edir.  Həmin  cədvəldə  mühasibat  göstəriciləri  ilə 

inventarlaşma siyahıian arasında fərq aşkara çıxanlan əmtəə- material qiymətliləri 

hagc[inda ayn-ayn məlumatlar yazılır. 

Qalan qiymətlilər onda ümumi məbləğlə göstərilir. Müqayisə cədvəllərində 

məlumatlar uçotda qəbul edilən təsnifata müvafiq qurulur. Müqayisə cədvəllərində 

qalıqlar uçotda qəbul edilən qiymətlər üzrə qiymətləndirilir. 

Çatışmayan  qiymətlilər  aşağıdakı  qaydada  silinirlər:  müəyyən  edilmiş 

normalar  hüdudunda  olanlar  təşkilatın  rəhbərinin  sərəncamı  ilə  xərcə  silinir; 

normadan  artıq  və  habelə  xarab  olaraq  əmələ  gələn  itkilər  günahkar  şəxslərin 

hesabına  yazılır;  əgər  konkret  olaraq  günahkar  müəyyən  edilməyibsə,  təşkilatın 

rəhbərinin icazəsi ilə xərcə silinir. 

Qiymətlilərin  çalışmaması  və  xarab  olmasından  əmələ  gələn  itkilərə  xüsusi 

ciddi nəzarət etmək məqsədi ilə mühasibat uçotunun hesablar planı sistemində 731 

saylı  “Sair  əməliyyat  xərcləri”  adlı  xüsusi  hesab  yaradılıb.  Bu  hesab 

toplayıcı-bölüşdürücü hesabdır, aktivdir. 

Maddi  qiymətlilərin  bütün  çatışmamazlıqları,  onlann  səbəblərindən  asılı 

olmayaraq silinməsi bu cür əks etdirilir. 

731  saylı  “Sair  əməliyyat  xərcləri”  hesabının  debeti,  201  saylı  “Material 

ehtiyatları”, 204 saylı “Hazır məhsul” hesablannın krediti. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə