Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  təşkilatlara və fiziki şəxslərə olan öhdəliklər (bankların kreditləri, borclar, kreditor



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə42/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   38   39   40   41   42   43   44   45   ...   323

96 

təşkilatlara və fiziki şəxslərə olan öhdəliklər (bankların kreditləri, borclar, kreditor 

borcu); 

ç)  əmlak  və  öhdəliklərin  tərkibində  dəyişikliklər  əmələ  gətirən  təsərrüfat 

əməliyyatları.  Əməliyyatlar  təsərrüfat  həyatının  faktları  hesab  olunur.  Onlar 

ikitərəfli,  bir-birindən  asılı  olmayan  partnyorlar  arasında  (misal  üçün,  alqı-satqı 

zamanı)  və  birtərəfli  baş  verə  bilər  (təbii  fəlakətdən  olan  itkilər,  torpaq,  tikili  və 

avadanlıqların köhnəlməsi və i.a.) 

Bazar  iqtisadiyyatına  keçid  və  onun  inkişafı  iqtisadi  işin  səviyyəsinin 

artırılmasını tələb edir. Bu baxımdan hər müəssisə, təşkilat, firma və ümumiyyətlə, 

bütün təsərrüfat subyektlərində təsərrüfat fəaliyyətinin uçotu və təhlili aparılmalı, 

səmərəsiz xərclərin aşkara çıxarılması və təsərrüfatsızlığm səbəbləri və günahkarlar 

müəyyən  edilməli,  müəssisənin  səmərəli  işləməsini  təmin  edə  bilən  işlər 

aparılmalıdır.  Elə  bu  baxımdan  da  mühasibat  (maliyyə)  uçotu  yuxarıda  qeyd 

edilənlərlə yanaşı, aşağıdakı əsas vəzifələri ardıcıl yerinə yetirməlidir: 

-

 

bütün  təsərrüfat  subyektlərinin  fəaliyyəti  və  onların  əmlakının  vəziyyəti 

haqqında  operativ  rəhbərlik  və  idarəetmə  üçün  daxildə  istifadə  edənlərə,  habelə 

investorlara,  malgöndərənlərə,  malalanlara,  kreditorlara,  vergi,  maliyyə  və  bank 

orqanları  və  digər  maraqlı  təşkilatlara  və  şəxslərə  lazım  olan  tam  və  düzgün 

informasiyalar təqdim etmək və onların üzərində nəzarət etmək

-

 

hər vasitə ilə qənaət rejiminin tətbiq olunmasına və möhkəmləndirilməsinə, 

müəssisənin daxili ehtiyatlarının səfərbərliyə alınmasına təsir etmək; 

-

 

müəssisənin mülkiyyətinin qorunmasını təmin etmək və dövriyyədən kənar 

və dövriyyədə olan aktivlərdən düzgün istifadə edilməsinə nəzarət etmək

-

 

istehsal  xərclərini  öz  vaxtında  əks  etdirmək,  səmərəsiz  xərcləri  və  itkiləri 

aşkara  çıxarmaq,  bunun  əsasında  məhsulların  maya  dəyərinin  aşağı  salınması 

yollarını, mənfəətin artırılmasını müəyyən etmək; 

-

 

aşkar edilmiş ehtiyatların faktiki istifadə edilməsini qiymətləndirmək; 

-

 

yuxarı  təşkilatlara  lazımi  hesabatları  tam  həcmdə  və  müəyyən  edilən 

vaxtda təqdim etmək. 


97 

1.2

 

Maliyyə informasiyalarını istifadə edənlər 

Bazar  iqtisadiyyatı  problemlərini  həll  etmək  məqsədilə  respublikamızda 

idarəetmə sistemi yenidən qurulur və təkmilləşdirilir. 

İstənilən idarəetmə sisteminin hərəkət etməsi üçün ən zəruri şərt idarə edilən 

obyektin və onun əhatəsinin vəziyyəti, idarə etmək üçün verilən qərarların yerinə 

yetirilməsi  və  kənara  verilən  ümumiləşdiriei  göstəricilər  haqqında  məlumatların 

məcmuyunu özündə əks etdirən idarəetmə informasiyasının təmin olunması hesab 

edilir. 

idarəetmə informasiyasının xüsusiyyəti onun özünün və ayrı- ayrı növlərinin 

qarşılıqlı  əlaqələrinin  mürəkkəb  olması,  əldə  edilən  informasiya  həcminin 

müntəzəm  olaraq  artması,  yaranan  hər  bir  problem  üzrə  informasiyanın  kifayət 

qədər  olmaması,  bunun  nəticəsində  də  informasiya  qalığının  əmələ  gəlməsi  ilə 

xarakterizə olunur. 

Hər  bir  idarəetmə  obyekti  üzrə  istifadə  olunan  bütün  informasiyaların 

tərkibi  onun  informasiya  sistemini  əmələ  gətirir.  Bu  sistemi  bütün  idarəetmə 

informasiyalarının  toplanması,  işlənməsi  və  verilməsi  metodlarının  məcmuu  kimi 

müəyyən etmək olar. İdarəetmə informasiyalarının tərkibində həm həcminə, həm də 

idarəetmə  qərarlarının  qəbul  edilməsinə  görə  mühasibat  (maliyyə)  uçotu  və 

hesabatlarının  məlumatları  xüsusi  çəkiyə  malik  olduğundan  mühüm  əhəmiyyət 

kəsb edir. 

Mühasibat (maliyyə) informasiyalarından istifadə edənləri üç, yəni təşkilatın 

öz müdiriyyəti tərəfindən istifadə edənlər; birbaşa maliyyə marağından asılı olaraq 

kənarda istifadə edənlər; dolayı maliyyə marağı əsasında kənarda istifadə edənlər 

qrupuna bölmək olar. 

Təşkilatın  müdiriyyətini  idarə  heyəti,  menecerlər,  bölmə  rəhbərləri  və 

mütəxəssislər, təsisçilər, iştirakçılar, sahibkarlar, direktorlar şurası təmsil edir. 

Müdiriyyətin  nümayəndələri  əsas  maliyyə  informasiyalarından  istifadə 

edənlər  sırasına  aid  edilir.  Onlardan  hər  biri  üçün  informasiyanın  tərkibi  yerinə 

yetirilən  funksiyalardan  və  tutduqları  vəzifələrdən  asılı  olaraq  müəyyən  edilir. 

Sahibkarları,  təsisçiləri  və  təşkilat  rəhbərlərini  ən  çox  mənfəətin  olması,  xalis 

aktivlərin  ölçüsü  və  pula  çevrilə  bilməsi  (ödəmə  vəsaitləri  və  öhdəliklərin  nisbəti) 

maraqlandırır. Menecerlər üçün isə mənfəətin məbləği və norması, pul vəsaitlərinin 

kifayət  qədər  olması,  ayrı-ayrı  məmulatların  maya  dəyəri  və  rentabelliyi  və  i.a. 

haqqında informasiyalar daha mühüm hesab olunur. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə