Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  əmlak  əks  olunur;  bir  sıra  normativ  sənədlər  təsərrüfat  fəaliyyətinin  vaxt



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə45/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   41   42   43   44   45   46   47   48   ...   323

102 

əmlak  əks  olunur;  bir  sıra  normativ  sənədlər  təsərrüfat  fəaliyyətinin  vaxt 

ayırmalanna (hesabat dövrlərinə) bölünməsini nəzərdə tutur. 

1.4

 

Kommersiya təşkilatının uçot siyasəti haqqında 

Uçot-siyasəti-  maliyyə  hesabatlarının  tərtib  və  təqdim  edilməsi  üçün 

kommersiya təşkilatı tərəfindən qəbul edilmiş onun iş xüsusiyyətlərinə uyğun olan 

prinsiplərin, əsasların, şərtlərin, qaydaların və təcrübələrin məcmusudur. 

Təşkilatın  uçot  siyasəti  haqqında  Əsasnamə  «Mühasibat  uçotu  haqqında 

Azərbaycan  Respublikası  qanunu»nun  4-cü  maddəsinə  əsasən  uçot  aparmağa 

borclu  olan  bütün  təşkilatların  uçot  siyasətinin  formalaşmasının  əsaslarını  və 

açıqlanmasını müəyyən edir. 

Təşkilatlann uçot siyasəti haqqında Əsasnamə Azərbaycan Respublikasında 

mühasibat  uçotu  sisteminin  tənzimlənməsi  üçün  yaradılmış  hüquqi  normativ 

sənədlərdən  biridir  və  bu  sahədə  yaradılmış  hüquqi  normativ  sənədləri  nəzərə 

almaqla  mühasibat  uçotu  sistemi-  .  nin  tənzimlənməsinin  ən  ümumi  əlaqə 

formalarını özündə əks etdirir. 

Bu  Əsasnamə  «Mühasibat  uçotu  haqqında  Azərbaycan  Respublikası 

qanunu»na  və  qüvvədə  olan  digər  milli  mühasibat  uçotu  standartlarına 

əsaslanaraq,  təşkilatlarda  mühasibat  uçotunun  aparılması  üsullarının  ən  ümumi 

əlaqə  formalarından  bəhs  edir.  Mühasibat  uçotunun  aparılması  üsullarına 

qruplaşdırma  və  təsərrüfat  fəaliyyəti  faktlarının  qiymətləndirilməsi,  aktivlərin 

dəyərinin  ödənilməsi  metodları,  sənədlərin  dövriyyəsinin  təşkili  üsulları, 

inventarlaşma  qaydaları,  mühasibat  uçotu  hesablarının  tətbiqi  üsulları,  uçot 

registrləri sistemi, məlumatların araşdırılması və digər müvafiq üsullar, metodlar 

aiddir. 

Uçot-siyasəti  təşkilatın  rəhbərliyi  Milli  Mühasibat  Uçotu  Standartlarının 

bütün  tələblərinə  uyğun  maliyyə  hesabatlarının  təqdimatını  təqdim  edən  uçot 

siyasətini seçməli və təqdim etməlidir. Milli Mühasibat Uçotu Standartlannda uçot 

siyasəti  ilə  bağlı  müvafiq  tələb  olmadıqda  rəhbərlik  maliyyə  hesabatlarında 

istifadəçilərin  düzgün  nəticəyə  gəlməsi  üçün  onlann  maraqlarına  cavab  verən, 

münasib və aşağıdakı hallarda etibarlı sayılan məlumatın təqdim olunmasını təmin 

edən uçot siyasəti işləyib hazırlamalıdır: 

a)

 

təşkilatın  maliyyə  vəziyyətinin  və  maliyyə  nəticələrinin  ədalətli  təqdim 

edildiyi; 


103 

b)

 

hadisə  və  əməliyyatların  hüquqi  formasına  deyil,  iqtisadi  mahiyyətinə 

üstünlük verildiyi; 

c)

 

neytral, yəni qərəzsiz mövqedən çıxış etdiyi; 

ç) ehtiyatlı olduğu; 

d)

 

bütün əhəmiyyətli aspektlər üzrə tamamlandığı. 

Konkret  Milli  Mühasibat  Uçotu  Standartı  mövcud  olmadığı  hallarda, 

rəhbərlik maliyyə hesabatlannda istifadəçilər üçün daha faydalı məlumatları təmin 

edə bilən uçot siyasətinin işlənib hazırlanmasında öz mülahizələrindən istifadə edir. 

Belə mülahizələrin irəli sürülməsi zamanı rəhbərlik aşağıdakıları nəzərdən 

keçirir: 

a)

 

oxşar  və  əlaqəli  məsələlərin  həlli  üçün  Milli  Mühasibat  Uçotu 

Standartlarında öz əksini tapmış tələblər və göstərişlər

b)

 

Milli  Mühasibat  Uçotu  Standartlannm  Konseptual  Əsaslannda  əks 

olunmuş aktivlər, öhdəliklər, gəlir və xərclər ilə bağlı anlayışlar, eləcə də taninma və 

qiymətləndirmə meyarları; 

c)

 

iqtisadiyyatın  ayn-ayrı  sahələri  üzrə  məqbul  təcrübələr,  yalnız  bu 

standartın a) və b) yarımbəndlərinə uyğun gəldiyi dərəcədə. 

Əgər uçot siyasəti tələblərinə uyğun uçot siyasətləri arasında seçim -zərurəti 

yaranarsa,  rəhbərlik  təşkilatın  maliyyə  vəziyyətini,  maliyyə  nəticələrini  və  pul 

vəsaitlərinin  hərəkətini  ədalətli  təqdim  etmək  məqsədi  ilə  təşkilatın  mühitinə 

münasib siyasəti seçməlidir. 

Təşkilatın uçot siyasəti onun rəhbəri tərəfindən formalaşır. Təşkilat rəhbəri 

uçot  siyasətini  formalaşdırarkən  bu  Əsasnaməni  və  mühasibat  uçotu  sistemini 

tənzimləyən digər hüquqi normativ sənədlərin tələblərinə əməl edir. 

Uçot siyasətinin formalaşmasında əsasən aşağıdakılar nəzərdə tutulur: 

a)

 

təşkilat  öz  əmlakını  və  öhdəliklərini  digər  təşkilatların  əmlakından  və 

öhdəliklərindən ayırır; 

b)

 

təşkilat  uzun  müddət  fasiləsiz  işinə,  onun  gələcək  inkişafına,  əmlak  və 

öhdəliklərinə, həmçinin borclarının vaxtlı-vaxtmda ödənilməsinə təminat verir

c)

 

təşkilat  uçot  siyasətini  Azərbaycan  Respublikasının  mühasibat  uçotu 

sistemini  tənzimləyən  qanunverici  sənədlərə  uyğun  olaraq  hesabat  ili  üçün  qəbul 

edir; 

ç)  təşkilat  gəlir  və  xərclərini  hesabat  dövrünə  düzgün  aid  etməli,  bütün 

təsərrüfat  əməliyyatlarının  ardıcıl  olaraq  uçot  registrlərində  düzgün  xronoloji 

qeydiyyatını təmin etməli, mövcud əmlakın, öh- 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə