Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  əhalinin  sayı,  tərkibi  və  hərəkəti,  xalqın  maddi  və  mədəni  həyat  səviyyəsi,  onun



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə41/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   37   38   39   40   41   42   43   44   ...   323

94 

əhalinin  sayı,  tərkibi  və  hərəkəti,  xalqın  maddi  və  mədəni  həyat  səviyyəsi,  onun 

sosial həyatı haqqında göstəricilər əldə edilir. 

Statistika  göstəricilərini  hesablamaq  üçün  bütün  ölçü  növlərindən, 

məlumatların  toplanması  və  elmi  cəhətdən  işlənməsi  üçün  isə  sərbəst  üsullardan 

istifadə edilir. 

Təsərrüfat  uçotunun  ikinei  növü  olan  operativ  uçot  (bəzən  onu 

operativ-texniki,  operativ-istehsalat  və  ya  istehsalat-texniki  uçot  da  adlandırırlar) 

müəssisədə  və  onun  bölmələrində  ayrı-ayrı  əməliyyatlara  nəzarət  və  rəhbərlik 

etmək  məqsədi  güdür.  Onun  əsas  mahiyyəti  ondan  ibarətdir  ki,  təsərrüfat 

proseslərini  tez  və  vaxtında  əks  etdirməkdən,  müəssisənin  hər  bir  bölməsində 

müəyyən  edilmiş  tapşırıqların  yerinə  yetirilməsi  gedişinə  təsir  etmək  üçün  öz 

spesifik  üsullarından  istifadə  etməklə  operativ  rəhbərliyi  həyata  keçirməkdən 

ibarətdir. Bu zaman uçot obyektinin xarakterindən asılı olaraq natural, əmək və pul 

ölçüləri tətbiq edilir. Lakin o, əsasən bircinsli əməliyyatları əks etdirdiyindən əsasən 

natural və əmək ölçülərindən istifadə olunur. 

Operativ uçotun xarakterindən asılı olaraq onun məlumatları çox hallarda 

qeydiyyatdan  keçirilməyərək  şifahi  formada  verilir,  bəzi  hallarda  isə  xüsusi 

məlumatlarda  və  ya  hesabatlarda  əks  etdirilir.  Zəruri  cari  məlumatlar  isə  əsasən 

rabitə vasitəsilə, yəni telefon, teleqraf və s. ilə verilir. 

Təsərrüfat  uçotunun  əsas  aparıcı  növü  mühasibat  (maliyyə  və  idarəetmə 

uçotu)  uçotu  hes^b  edilir.  Müəssisənin,  təşkilatın  və  i.a.  maliyyə-təsərrüfat 

fəaliyyətində oynadığı rola görə mühasibat uçotuna bir neçə istiqamətdə tərif verilə 

bilər. 

Makroiqtisadi  səviyyədə  ona  müəssisənin,  vasitəçi  təşkilatın,  firmanın, 

səhmdar cəmiyyətinin və i.a. fəaliyyət prosesinə (birinci növbədə istehsal prosesinə) 

«nəzarət və fikrən ümumi nəticə çıxarmaq va- sitəsi» kimi baxmaq olar. 

Makroiqtisadi  səviyyədə  mühasibat  uçotu  müəssisənin  istehsalat-maliyyə 

fəaliyyəti  haqqında  informasiyaları  sistemləşdirmək  və  onları  işləmək, 

əsaslandırmaq,  nəzarət  və  müşahidə  etmək  funksiyasını  da  yerinə  yetirir. 

Mühasibat (maliyyə) uçotu təsərrüfat subyektinin fəaliyyətini tam, ardıcıl və sənədli 

müşahidə etmək, ölçmək, izləmək, nəzarət etmək, uçota almaq və s. zəruri prosesləri 

yerinə  yetirməklə  elmi  əsaslandırılmış  idarəetmə  sistemini  özündə  əks  etdirir. 

Mühasibat  (maliyyə)  uçotunun  vasitəsilə  təsərrüfatda  mövcud  olan  müxtəlif  növ 

maddi  qiymətlilər  və  pul  vəsaitlərinin  miqdarı,  başqa  müəssisə  və  təşkilatlarla 

hesablaşmaların vəziyyəti, bütün ehtiyatların 


95 

ümumi  həcmi  haqqında  məlumatlar  alınır,  tədarük  edilmiş  materialların, 

məhsulların istehsalının və satışının həcmi və maya dəyəri müəyyən edilir, təsərrüfat 

fəaliyyətinin maliyyə nəticəsi - mənfəət və ya zərər və i.a. aşkara çıxarılır. 

Mühasibat  (maliyyə)  uçotunda  bütün  uçot  ölçüləri-natural,  əmək  və  pul 

ölçülərindən istifadə edilir. Lakin onlardan pul ölçüsünə daha çox üstünlük verilir. 

Pul ölçüsünün köməyilə mühasibat (maliyyə) uçotu müəssisənin bütün vəsaitləri və 

digər məsələləri barədə ümumiləşdirilmiş informasiyalar əldə edilir. Öz xarakterinə 

görə  mühasibat  (maliyyə)  uçotu  tam  uçot  hesab  edilir.  O,  bütün  təsərrüfat 

vəsaitlərinin hərəkətini, onların əmələgəlmə mənbələrini, təsərrüfat əməliyyatlarını 

və proseslərini əhatə edir. 

Mühasibat (maliyyə) uçotu vaxta görə ardıcıldır. O, müəssisənin təsərrüfat 

fəaliyyəti  nəticəsində  vəsaitlərin  tərkibində  baş  vermiş  dəyişiklikləri  gündəlik  əks 

etdirir.  Mühasibat  (maliyyə)  uçotunun  əsas  xüsusiyyəti  baş  vermiş  təsərrüfat 

əməliyyatlarının əks etdirilməsinin sənədlərdə ciddi əsaslandırılmasıdır. Mühasibat 

(maliyyə) uçotu ona xas olan təsərrüfat hadisələrinin ikili qeyd (əks olunma) metodu 

ilə xarakterizə olunmasını təmin edir. 

Deyilənlərdən  belə  nəticə  çıxarmaq  olar  ki,  mühasibat  uçotu  müəssisənin 

bütün  fəaliyyətinin  hərəkətini  tam,  ardıcıl,  sənədli  və  qarşılıqlı  əlaqədə  əks 

etdirməklə onun üzərində müntəzəm nəzarəti təşkil edir. Bu baxımdan mühasibat 

(maliyyə)  uçotunun  əsas  vəzifəsi  müəssisənin  və  onun  quruluş  bölmələrinin 

maliyyə-təsərrüfat  fəaliyyətinin  nəticələri  haqqında  informasiyalar  toplamaq, 

idarəetmənin  müxtəlif  səviyyələrində  istifadə  edənlərin  və  təsisçilərin  bu 

informasiyalarla  təmin  edilməsi,  onların  kommersiya  fəaliyyətinə  nəzarəti  həyata 

keçirməkdən ibarətdir. 

Mühasibat  (maliyyə)  uçotu  mülkiyyət  formasından  asılı  olmayaraq  ölkə 

ərazisində yerləşən bütün hüquqi şəxslər tərəfindən aparılmalıdır. 

Mühasibat (maliyyə) uçotunun obyektləri aşağıdakılardır; 

a)

 

təşkilatın əmlakı (torpaq tikili və avadanlıqlar, bioloji aktivlər, istehsalat 

ehtiyatları, qeyri-maddi aktivlər, maliyyə qoyuluşları); 

b)

 

xüsusi kapital (nizamnamə kapitalı, əlavə kapital, ehtiyat kapitalı, xüsusi 

təyinatlı fondlar, ehtiyatlar, mənfəət); 

c)

 

digər  təşkilatlar  tərəfindən  olan  borclar  (debilor  borcları)  və  kənar 

təşkilatlar tərəfindən olan borclar (debitor borcları) və kənar 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə