Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Əgər təşkilat mühasibat (maliyyə) uçotunu aparan və hesabatları tərtib edən



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə44/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   40   41   42   43   44   45   46   47   ...   323

100 

Əgər təşkilat mühasibat (maliyyə) uçotunu aparan və hesabatları tərtib edən 

zaman  müəyyən  edilmiş  fərziyyələrdən  uzaqlaşırsa,  onda  o,  bu  kənarlaşmaların 

səbəblərini açmalıdır. 

Əsasnamədə  aşağıdakı  ehtimallar  müəyyən  edilmişdir:  təşkilatların 

əmlakının  ayrıca  olması;  fəaliyyətin  fasiləsiz  olması;  uçot  siyasətinin  tətbiq 

edilməsinin ardıcıllığı və təsərrüfat fəaliyyəti faktlarının müvəqqəti aşkar edilməsi. 

Əmlakın  ayrıca  olması  ehtimalı  o  deməkdir  ki,  təşkilatların  əmlakı  və 

öhdəliyi,  sahibkarların  əmlaklarından  və  öhdəliklərindən  ayrıca  mövcuddur. 

Respublikamız  üçün  bazar  iqtisadiyyatının  yaranması  dövründə  bu  ehtimal 

olduqca  mühüm  hesab  olunur,  çünki  təşkilatların  çoxunun  əmlakı  təsisçilərin, 

iştirakçıların və ya işçilərin şəxsi istifadəsində olur. 

Təşkilatların fəaliyyətinin arası kəsilməzlik ehtimalı göstərir ki, o, müşahidə 

edilən  gələcəkdə  öz  fəaliyyətini  davam  etdirəcək  və  onun  ləğv  olunmaq  və  ya 

fəaliyyətinin  mahiyyətcə  ixtisar  olunmaq  məqsədi  yoxdur.  Əgər  göstərilən 

məqsədlər təşkilatda vardırsa, o, gələcək maliyyə ilində əmələ gələn uçot siyasətində 

və başa çatan maliyyə ilinin illik hesabatına yazılan aydınlaşdırma vərəqəsində bu 

barədə  elan  etməlidir.  Göstərilən  ehtimallar  auditor  təcrübəsində  mütləq  istifadə 

olunmalıdır və auditor, təşkilatın ləğv olunması və ya fəaliyyətinin ixtisar olunması 

haqqında 

mühasibat 

(maliyyə) 

hesabatlarını 

istifadə 

edənləri 

məlumatlandırmalıdır. 

Uçot siyasəti tətbiqinin ardıcıl olması ehtimalı göstərir ki, təşkilat tərəfindən 

seçilmiş uçot siyasəti ildən ilə ardıcıl olaraq tətbiq edilir. 

Təsərrüfat fəaliyyəti faktlarının müvəqqəti aşkar edilməsi ehtimalı göstərir 

ki,  onlar  maliyyə  uçotu  və  hesabatlarında  bu  faktlarla  əlaqədar  olan  pul 

vəsaitlərinin daxil olması və ya ödənilməsinin faktiki vaxtından asılı olmayaraq, baş 

verdiyi  dövrdə  əks  olunur.  Misal  üçün,  təşkilatın  işçilərinə  hesablanmış  əməyin 

ödənilməsi  işçilərə  hesablanmış  məbləğlərin  faktiki  ödənilməsi  vaxtından  asılı 

olmayaraq, onlar hesablanan dövrdəki istehsalat və ya tədavül xərclərinə aid edilir. 

Beynəlxalq uçot təcrübəsində əsasını təşkil edənlərlə yanaşı, digər mühasibat 

prinsipləri (ehtiyatlılıq, zərurilik, uçot obyektlərinin dəyərlə qiymətləndirilməsi və 

b.) istifadə olunur. 

Ölkənin  təcrübəsində  göstərilən  anlayışa  «tələb»  termini  müvafiqdir  və 

təşkilatlar  tərəfindən  təşkil  olunan  uçot  siyasəti  tamamlıq,  ehtiyatlılıq,  ziddiyyətli 

olmamaq  və  səmərəlilik  qaydası  qarşısında  birinciliyi  təşkil  etmək  tələblərinə 

müvafiq olmalıdır. 


101 

Tamamlıq tələbi maliyyə uçotunda təsərrüfat fəaliyyətinin bütün faktlarının 

əks etdirilməsinin vacibliyini göstərir. 

Ehtiyatlılıq  (ehtiyatlı  olmaq,  qərb  təcrübəsində  hələ  mühafizəkarlıq)  tələbi 

uçotun nəinki mümkün olan gəlirlərə və aktivlərə (gizli ehtiyatlara yol vermədən) 

nisbətən, itkiyə (xərclərə) və passivlərə böyük hazırlığını göstərir. 

Qərb  təcrübəsində  konkret  olaraq  meydana  gələn  həmin  tələblərdən  biri 

mənfəət  və  zərərlərin  mütənasib  adlanan  uçotu  hesab  olunur,  daha  doğrusu, 

mənfəət uçotda ancaq təsərrüfat əməliyyatı baş verdikdən sonra əks etdirilir, zərər 

isə onun mümkünlüyü haqqında fikir meydana gələn vaxtdan əks etdirilə bilər. Belə 

zərərlərin  örtülməsi  üçün  xüsusi  ehtiyatların,  misal  üçün,  şübhəli  borclar  əmələ 

gələn vaxtdan şübhəli borclar üzrə ehtiyatlann yaradılması nəzərdə tutulur. 

Ölkənin  təcrübəsində  də  ancaq  maliyyə  ili  başa  çatdıqdan  sonra  müəyyən 

edilmiş vaxtda debitor borclarının aparılan inventarlaşma əsasında şübhəli borclar 

üzrə  ehtiyatlann  yaradılması  nəzərdə  tutulub.  Şübhəli  borcların  ehtiyatlarının 

yaradılmasında olan belə fərq bu nəticəni çıxarmağa imkan verir ki, ölkənin uçot 

təcrübəsində ehtiyatlılıq tələbi tam ölçüdə istifadə edilmir. 

Birincilik  tələbi  qaydasımn  məzmunu  göstərir  ki,  maliyyə  uçotunda 

təsərrüfat  fəaliyyəti  faktları  təkcə  onlann  hüquqi  formalanndan  deyil,  həm  də 

faktların  iqtisadi  məzmunundan  və  təsərrüfatçılıq  şərtlərindən  asılı  olaraq  əks 

olunmalıdır.  Misal  üçün,  özü-özlüyündə  təşkilatlann  rəhbərləri  tərəfindən  iri 

məbləğlərdə  ssudalann  verilməsi  qanunsuz  hesab  olunmur.  Lakin  əgər  bu 

məbləğlərin  verilməsi  təşkilatın  maliyyə  vəziyyəti  möhkəm  olmayan  dövrdə, 

xüsusilə  də  pul  vəsaitlərinin  olmaması  üzündən  hesablanmış  əmək  haqqının 

ödənilməsi  gecikdirilən  zaman  həyata  keçirilirsə,  onda  həmin  təsərrüfat 

əməliyyatını qeyri-qanuni hesab etmək olar. 

Ziddiyyətli olmamaq tələbi hər ayın 1-i tarixə analitik uçotun məlumatlarının 

sintetik  hesablar  üzrə  dövriyyələrin  və  qalıqların,  həmçinin  də  maliyyə  hesabatı 

göstəricilərinin, sintetik və analitik uçot məlumatlan- nın eyniliyinin vacib olmasına 

şərait yaradır. 

Səmərəlilik  tələbi  təsərrüfat  fəaliyyətinin  şərtlərindən  və  təşkilatın 

böyüklüyündən  asılı  olaraq  mühasibat  (maliyyə)  uçotunun  səmərəli  və  qənaətli 

aparılmasının vacib olmasını göstərir. 

Mühasibat  uçotunun  hesablar  planına  müvafiq  olaraq  sistemli  mühasibat 

(maliyyə) uçotunda və balansda ancaq təşkilatın mülkiyyəti olan 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə