Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  sirlə hesablaşır. Bu cür şəxslərlə pulun paylanması vəzifəsi, həmçinin kassir üçün



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə52/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   48   49   50   51   52   53   54   55   ...   323

116 

sirlə hesablaşır. Bu cür şəxslərlə pulun paylanması vəzifəsi, həmçinin kassir üçün 

təyin edilən hüquq və vəzifələr ona da həvalə və şamil edilən hallarda kassirlərdə 

olduğu kimi, tam məsuliyyət haqda müqavilə bağlanır. 

Pul  sənədlərində  imza  etmək  hüququ  olan  mühasib  və  digər  işçilər  (kassir 

ştatı  olmayan  kiçik  və  digər  təşkilatlar  istisna  olmaqla)  kassir  vəzifəsinin  yerinə 

yetirilməsinə cəlb edilə bilməz. 

Azərbaycan Respublikası Milli Bankının 27 iyun 1995-ci il tarixli 03 18/237 

saylı məktubunun 3-cü bəndinə müvafiq olaraq müvəkkil banklarla bütün hüquqi 

şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs 

arasında müqavilə əsasında kassa limiti müəyyən edilməlidir. Həmin limit rübdə bir 

dəfə müəyyən edilir. 

Mərkəzi Bankın  göstərişinə  əsasən  təşkilatlar  üçün  kassa  limitinin məbləği 

aylıq əmək haqqı fondunun 5 faizindən artıq ola bilməz. 

Nazirlər Kabineti tərəfindən təşkilatların hesablanna (və kassalarına) daxil 

olmuş  vəsaitdən  onların  zəzuri  ehtiyaclanna  ayırma  səviyyəsi  15%  həcmində 

müəyyən edilib. 

Təşkilatlara,  onlara  hesablaşma  hesabı  açan  və  xidmət  göstərən  bank 

tərəfindən həmin təşkilatların razılığı ilə təyin olunmuş  limit dairəsində nağd pul 

saxlamağa icazə verilir. 

Ticarət,  ictimai  iaşə  və  bir  sıra  xidmət  təşkilatları  tərəfindən  əhali  ilə 

hesablaşmalar zamanı nəzarət kassa aparatlarının (NKA) tətbiq edilməsi nəzərdə 

tutulmuşdur,  «Azərbaycan  Respublikası  ərazisində  nəzarət-kassa  aparatlarının 

tətbiq  olunması  haqqında»  ARNK  28  dekabr  1995-ci  il  tarixli  266  saylı  qəranna 

müvafiq  olaraq  1  yanvar  1996-cı  il  tarixdən  etibarən  yeni  yaradılmış  pərakəndə 

ticarət, ictimai iaşə və xidmət obyektlərinin fəaliyyətinə yalnız NKA qurulduqdan 

sonra icazə verilir. 

Təşkilatlar  öz  kassalarında  təyin  olunmuş  limitdən  artıq  ancaq  bankdan 

alındığı gündən hesablanmaqla üç iş günü ərzində əmək haqqı, mükafat, müavinət, 

təqaüd  vermək  üçün  nəzərdə  tutulan  həcmdə  nağd  pul  saxlaya  bilərlər.  Təşkilat 

işçiləri tərəfindən göstərilən məqsədlər üçün alınmış nağd pullar saxlanmaq üçün 

kassir  tərəfindən  banka  təhvil  verilməlidir.  Bu  əməliyyat  əmək  haqqı,  mükafat, 

müavinət vermək, əhalidən kənd təsərrüfatı məhsulları və digər əşyalar almaq üçün 

xərclənməsinə  məlum  təşkilata  xidmət  edən  bank  tərəfindən  icazə  verilmiş  satış 

puluna da aid edilir. 

Təşkilata  nağd  pul  çox  hallarda  kassir  vasitəsilə  pul  çeki  ilə  bankdakı 

hesablaşma hesabından daxil olur. 


117 

Çek  kitabçası  təşkilat  tərəfindən  ərizə  ilə  bankdan  almır  və  nağd  pulla 

birlikdə  kassada  saxlanılır.  Bankdan  pul  almaq  üçün  doldurulmuş  çek  müəssisə 

rəhbəri və baş mühasib tərəfindən imza edilir və möhürlə təsdiqlənir. Çekdə heç bir 

düzəlişə yol verilmir. 

Çekin  arxa  tərəfində  pulun  hansı  məqsədə  -  əmək  haqqı,  təhtəl-  hesab 

məbləğ,  təsərrüfat  xərcləri  və  i.a.  verilməsi  göstərilir.  Təşkilat  aldığı  pulu  ancaq 

çekdə yazılan məqsədlərə xərcləyə bilər. 

Təşkilatın  kassasına  digər  mənbələrdən,  məsələn,  fəhlə  və  qulluqçulardan 

onlara  buraxılmış  geyim  paltarlanna,  yanacağa,  materiallara,  hazır  məhsullara 

görə fəhlə və qulluqçulardan; verilmiş avansların istifadə olunmayan məbləğə görə 

təhtəl hesab şəxslərdən və i.a. daxil olur. Burada əsas kassa mədaxil sənədi pulun 

kassaya verilməsi üçün onu verən şəxsə verilən kəsilən qəbzlə kassa mədaxil orderi 

hesab edilir. Zəruri hallarda bu sənəd möhürlə (kassirin ştampı ilə) təsdiq olunur. 

Pulun kassadan məxarici hər şeydən əvvəl fəhlə və qulluqçlara əmək haqqı 

və  mükafatın  verilməsi,  ezamiyyə,  poçt-teleqraf  və  digər  təsərrüfat  xərclərinin 

aparılması,  təqaüd,  müavinət  və  i.a.  ödənilməsi  ilə  əlaqədardır.  Sadalanan 

məqsədlərə  nağd  pulun  istifadəsi  üçün  istifadə  olunan  əsas  sənəd  kassa  məxaric 

orderi hesab edilir. 

Nağd  pulun  kassaya  qəbulu  və  verilməsi  digər  sənədlərlə  (əmtəə-  material 

dəyərlilərinin  nağd  hesablaşma  yolu  ilə  buraxılması  üçün  rəsmiləşdirilən 

əmtəə-nəqliyyat qaiməsi, göstərilmiş xidmətlərə görə yazılmış hcsabnamələr, ödəmə 

cədvəlləri və s.) də rəsmiyyətə salma bilər. Bu cür vəziyyətdə sadalanan sənədlərdə 

kassa  orderinin  rek-  vizitlərini  özündə  əks  etdirən  ştamp  vurulmalıdır.  Kassa 

məxaric  orderinə  əlavə  edilən  sənəddə  (ərizədə,  hesabatnamədə  və  i.a.)  təşkilat 

rəhbərinin icazəverici dərkənarı olan hallarda, məxaric orderində onun imza etməsi 

zəruri hesab edilmir. 

Pul  verilən  zaman  kassir  onu  alandan  şəxsiyyəti  təsdiq  edən  sənəd  tələb 

etməli  və  sənədin  adı,  nömrəsi,  kim  tərəfindən  verilməsi  haqda  orderdə  müvafiq 

qeydiyyat aparmalıdır. 

Kassir pulları ancaq kassa məxaric orderində, yaxud onu əvəz edən sənəddə 

adı  yazılmış  şəxsə  verməlidir.  Pulun  təyin  olunmuş  qaydada  rəsmiləşdirilmiş 

vəkalətnamə  ilə  verilməsi  zamanı  yazılmış  orderdə  pulu  alası  şəxsin  adı  və 

soyadından  sonra  onu  almaq  etibar  edilmiş  şəxsin  adı  və  soyadı  göstərilməlidir. 

Pulun kassadan alınmasına dair ödəmə cədvəlindəki imza sətirində «Vəkalətnamə 

ilə»  qeydiyyatı  aparılmalıdır.  Yazılmış  vəkalətnamənin  özü  isə  məxaric  sənədinə 

əlavə edilir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə