|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
kommersiya bankları sistemindən ibarətdir. Bank, təşkilatlara, xüsusilə onların
112
kommersiya bankları sistemindən ibarətdir. Bank, təşkilatlara, xüsusilə onların
müəyyən etdiyi əmək haqqı fondlarına, ezamiyyət və təsərrüfat xərclərinin
limitlərinə nəzarəti təmin edir, vergilər, rüsumlar və s. ödənişlər üzrə təşkilatların
dövlət büdcəsi ilə hesablaşmalarının vaxtında aparılmasını, malgöndərənlərin
hesabnamələrinin və ödəmə tələbnamələrinin ödənilməsini izləyir, müəyyən
təminatla müxtəlif məqsədlər üçün təşkilatlara ssudalar verir və müəyyən edilmiş
müddətdə həmin ssudalarm qaytarılmasını müşahidə edir.
Nağdsız köçürmələr yolu ilə ödəmələrin bank vasitəsilə aparılması
hesablaşmaların əsas forması hesab olunur. Bu formanın köməyi ilə təkcə
malgöndərənlərlə onlardan daxil olan maddi qiymətlilərə görə və ya malalanlarla
onlara göndərilmiş və ya buraxılmış məhsullara, yerinə yetirilmiş işlərə və
göstərilmiş xidmətlərə görə hesablaşmalar deyil, həm də vergilər üzrə büdcə ilə,
müxtəlif debitor- larla və kreditorlarla, özünün sahə idarəetmə orqanı ilə, trest
(idarə- daxili hesablaşmalar), törəmə və ana təşkilatlarla, həmkarlar təşkilatı ilə,
əmək haqqının əmanət bankı vasitəsi ilə verilməsi hallarında onlarla hesablaşmalar
və bir sıra başqa hesablaşmalar həyata keçirilir.
Nisbətən kiçik məbləğlərdə olan pul vəsaitləri əməyin ödənilməsi üzrə
işçilərlə nağd hesablaşmalar (təşkilatlarda əmək haqqının əmanət bankı vasitəsilə
ödənilməsinə keçirilməməsi ilə onun ödənilməsi, təhtəl hesab şəxslərə təhtəl hesab
məbləğin verilməsi, nağd pulla satılan qiymətlilərə görə qalıq pulun qaytarılması)
üçün istifadə olunur.
Bu baxımdan belə vəsaitlər kassada saxlanılır və orada onun dövriyyəsi təşkil
olunur. Pul vəsaitləri bütün hesablaşmalarda əsas vasitəçi hesab olunduğundan,
onun makroiqtisadi səviyyədə normal dövriyyəsini, bazar iqtisadiyyatı şəraitində
fəaliyyətin tələb olunan səviyyədə aparılmasını və s. zəruri işlərin yerinə
yetirilməsini təmin etmək üçün bütün hesablaşmaları düzgün və vaxtında yerinə
yetirmək lazımdır. Bununla birlikdə hesablaşma əməliyyatlarının səmərəliliyi, pul
vəsaitləri və hesablaşma əməliyyatları mühasibat uçotunun vəziyyətindən asılı
olduğundan, onun aparılması və təşkilinə xüsusi diqqət yetirilməlidir.
Birliyin və ya təşkilatın baş mühasibi: bütün daxil olan pul vəsaitlərinin tam
uçotunu, eləcə də digər xidmətlərin (hüquq, maliyyə və i.a.) rəhbərləri ilə birlikdə
debitor borcların alınmasını və kreditor borclarının ödənilməsini, ödəmə intizamına
riayət olunmasını, ödəmələr üzrə müəyyən olunmuş müddətlərdə pul vəsaitlərinin,
hesablaşmaların inventarlaşmasmm aparılmasını, qüvvədə olan qanuna mü-
113
vafıq olaraq alınması mümkün olmayan borcların mühasibat balansından
silinməsini təmin etməlidir.
Bir qayda olaraq iri təşkilatların tərkibində bütün hesablaşma
əməliyyatlarını yerinə yetirən müstəqil maliyyə xidməti yaradılır. Bu cür halda
maliyyə xidməti maliyyə və hesablaşma əməliyyatlarının qismən uçotunu, bu
əməliyyatların rəsmiləşdirilməsinin qanunauyğun, vaxtında və düzgün aparılması
üzərində nəzarəti həyata keçirir. Maliyyə xidmətinin olmaması hallarında pul
vəsaitlərinin və hesablaşma əməliyyatlarının tam uçotunu aparmaqla yanaşı,
onların həyata keçirilməsi də mühasibata həvalə edilir.
Bütün bunlarla əlaqədar olaraq pul vəsaitləri və hesablaşmaların uçotu
sahəsində mühasibat uçotu qarşısında aşağıdakı əsas vəzifələr qoyulur:
a)
kassada, hesablaşma və bankdakı digər hesablarda olan pul vəsaitinin
mövjudluğu və mühafizə edilməsi üzərində nəzarət etmək;
b)
ayrılmış limitlər, fondlar və smetalara müvafiq olaraq, pul vəsaitlərinin öz
təyinatına istifadə olunmasının müəyyən edilmiş qaydalarına riayət etmək;
c)
həm qeyri-nağd köçürmələr, həm də nağd pulla aparılan bütün
hesablaşmaları həyata keçirmək;
ç) pul vəsaitlərinin və hesablaşma əməliyyatlarının mövcudluğunu və
hərəkətini uçot registrlərində vaxtında əks etdirmək;
d)
müəyyən edilmiş vaxtda pul vəsaitlərinin və hesablaşmaların vəziyyətinin
invcntarlaşmasını aparmaq, vaxtı keçmiş debitor və kreditor borclarının baş verə
bilməsinin qarşısını almaq üçün səmərəli tədbirlər görmək;
e)
hesablaşma - ödəniş qaydalarına riayət olunması, material dəyərliləri və
xidmətlərin vaxtlı-vaxtmda köçürülməsi üzərində nəzarət etmək.
Təşkilatın “Mühasibat balansı” və “Mənfəət və zərər haqqında” hesabatları
birlikdə maliyyə hesabatlarının istifadəçilərini təşkilatın hesabat dövrünün sonuna
olan maliyyə vəziyyəti barədə tam informasiya ilə təmin etmir. Mənfəət və zərər
haqqında hesabatda maliyyə ili ərzində təşkilat tərəfindən əldə olunmuş gəlir,
mühasibat balansında isə hesabat dövrünün sonuna təşkilatın maliyyə vəziyyəti
açıqlanır. Lakin, bu hesabatlardan təşkilatın nağd pul vəsaitlərinin vəziyyəti
haqqında informasiyanı əldə etmək olmur. Nağd pul vəsaitləri təşkilatın
fəaliyyətinin davam etməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Hətta mənfəətli
təşkilatlar belə borclarını ödəmək üçün nağd pul vəsaitlərinə malik olma-
Dostları ilə paylaş: |
|
|