Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  dığı halda iflasa uğraya bilərlər. Buna görə də, təşkilatın mənfəətinin olması onun



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə51/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   47   48   49   50   51   52   53   54   ...   323

114 

dığı halda iflasa uğraya bilərlər. Buna görə də, təşkilatın mənfəətinin olması onun 

sərbəst pul vəsaitlərinə malik olması deyil. 

Pul  vəsaitləri-  nağd  pul  vəsaitləri,  bank  hesablarında  saxinılan  və  tələblər 

üzrə  verilən  pul  vəsaitləridir.  Pul  vəsaitlərinin  eknivalentləri  investisiya  və  digər 

məqsədlərdən  daha  çox  qısamüddətli  pul  öhdəliklərinin  yerinə  yetirilməsi  üçün 

istifadə edilirlər. 

Yeni  hesablar  planının  22-ci  maddəsində  5  saylı  Milli  Mühsibat  Uçotu 

Standartlarına  uyğun  olaraq  pul  vəsaitləri  və  onların  ekvivalentlərinin  uçota 

alınması  haqqında  ümumiləşdirilmiş  məlumatlar  öz  əksini  tapır.  Belə  ki,  221-ci 

hesabda nağd pul qaydasında kassa, müvafiq qaydada 222-ci hasabda yolda olan 

pul  köçürmələri,  223-ci  hesabda  bank  hesablaşma  hesabları  və  224-cü  hesabda 

tələblərə  əsasən  verilən  digər  bank  hesabları  vasitəsilə  nağdsız  qaydada  pul 

vəsaitlərinin  hərəkəti  üzrə  əmə-  liyyatlann  aparılması  uçota  alınır.  Yeni  hesablar 

planının 225-ci hesabı isə qısa ödəniş müddətinə malik olan pul vəsaitlərinə dərhal 

çevrilə bilən və pul vəsaitlərinin digər növləri üzrə dəyərin dəyişməsi risklərinə cüzi 

məruz  qalan  yüksək  likvidli  qoyuluşlarına  aid  olunan  ümumiləşdirilmiş 

məlumatları əhatə edir. Mühasibat uçotunun yeni hesablar planının bu bölməsində 

milli  və  xarici  valyutadan  ibarət  olmaqla  təşkilatın  kassasında,  hesablaşma 

hesabında, və digər hesablarda olan pul vəsaitlərinin, qiymətli kağızların, həmçinin 

ödəniş və pul sənədlərinin mövcudluğu və hərəkəti uçota alınır. 

2.2.

 

Kassa əməliyyatlarının sənədləşdirilməsi və uçotu 

Nağd  pul  vəsaitinin  mövjudluğunun  saxlanması  və  onun  köməyi  ilə 

hesablaşmaların aparılması üçün hər bir təşkilatda, yaxud idarədə kassa yaradılır. 

İri  təşkilatlarda  kassanın  ayrı-ayrı  bölmələrdə  yerləşən  filialı  ola  bilər.  Kassa 

əməliyyatlarının  həyata  keçirilməsi  qaydası  Azərbaycan  Respublikası  Milli 

Bankının  (ARMB)  6  aprel  1993-cü  ildə  təsdiq  etdiyi  «Xalq  təsərrüfatında  kassa 

əməliyyatlarının  aparılması  qaydaları»  ilə  reqlamentləşdirilir.  Kassa,  xüsusi 

avadan-  lıqlaşdırılmış,  siqnalizasiyası  olan,  kənar  şəxslərin  daxil  olmasına  imkan 

verməyən  qurğularla  quraşdırılmış,  pulların  və  qiymətli  kağızların  saxlanması 

üçün  yanmayan  metal  şkaflarla  təchiz  edilmiş  qapalı  otaqlardan  ibarətdir. 

Əməliyyatın  aparılması  zamanı  kassanın  qapıları  daxili  tərəfdən  bağlı  olmalıdır. 

Kassanın işi ilə münasibətləri olmayan şəxslərin oraya daxil olması qadağan edilir. 


115 

Bütün  nağd  pullar  və  qiymətli  kağızlar  bir  qayda  olaraq  kassanın  işi 

qurtardıqdan  sonra  açarla  bağlanan  və  kassirin  surğuc  möhürü  ilə  möhürlənən 

yanmayan  metal  şkaflarda,  bir  sıra  hallarda  isə  komibinləşdirilmiş  və  adi  metal 

şkaflarda  saxlanmalıdır.  Metal  şkafların  açarı  və  möhür  kassirdə,  açarın  qeydə 

alınmış nümunəsi isə kassir tərəfindən möhürlənmiş zərfdə, sandıqçada və s. təşkilat 

rəhbərində mühafizə edilməlidir. Rübdə bir dəfədən az olmayaraq onlar komissiya 

tərəfindən yoxlanılmalıdır. 

Pul  vəsaitlərinin  kassada  qorunub  saxlanmasının  təmin  edilməsi  üçün 

təşkilatda  lazımi şərait  yaradılmalıdır.  AR  Daxili  İşlər  Nazirliyi tərəfindən  təsdiq 

edilmiş  «Pul  vəsaitlərinin  saxlanması  və  daşınması  zamanı  onların  salamatlılığmı 

təmin  etmək  barədə»  və  «Təşkilatlarm  kassa  binalarının  texniki  cəhətdən 

möhkəmləndirilməsi  və  yanğından  mühafizə  siqnalizasiyası  vasitələri  ilə  təchiz 

olunması  barədə»  tövsiyələrə  təşkilati-hüquqi  formasından  və  fəaliyyət  növündən 

asılı olmayaraq bütün təşkilatlar tərəfindən əməl olunmalıdır. 

Kassa əməliyyatları qəbul edilmiş bütün pul və qiymətli kağızların mühafizə 

edilməsinə  və  öz  vəzifəsinə  həm  qəsdən,  həm  də  diq-  qətsiz,  yaxud  məsuliyyətsiz 

yanaşmaq  nəticəsində  təşkilata,  idarəyə  dəymiş  bütün  ziyanlara  görə  məsuliyyət 

daşıyan kassir tərəfindən yerinə yetirilir. Bunun üçün onu işə götürərkən tam fərdi 

məsuliyyət  haqqında  onunla  müqavilə  bağlanmalıdır.  Bununla  birlikdə,  təşkilat 

rəhbəri  onu  kassa  əməliyyatlarının  aparılması  qaydası  ilə  tanış  etməlilir.  Kassir 

etibar edilmiş işin digər işçi tərəfindən yerinə yetirilməsinə, məlum təşkilata məxsus 

olmayan nağd pul və digər dəyərlilərin kassada saxlanılmasına icazə verilmir. 

Bir  kassiri  olan  təşkilatlarda  onun  əvəz  edilməsi  tələb  olunan  hallarda 

təşkilat rəhbərinin əmri ilə kassir vəzifəsinin icrası birinci işçiyə həvalə edilə bilər. 

Bu işçi də kassa əməliyyatlarının aparılması qaydası ilə tanış edilir və onunla tam 

maddi məsuliyyət haqda müqavilə bağlanılır. 

Kassirin qəflətən öz işini qoyub getməsi hallarında kassada olan bütün pullar 

digər  kassir  tərəfindən  sayılır  və  təşkilat  rəhbəri  və  baş  mühasibin,  yaxud  bu 

məqsəd üçün yaradılmış komissiyanın iştirakı ilə ona verilir. Pulun sayılmasının və 

təhvil verilməsinin nəticəsi aktla rəsmiyyətə salınır. 

Əmək  haqqının,  mükafatın  və  digər  kassa  ödənişlərinin  bölmə  üzrə 

verilməsini  təşkil  etmək  üçün  müəssisə  rəhbərinin  əmri  ilə  xüsusi  şəxslər  (ictimai 

kassirlər) təyin oluna bilər. Bu şəxslər bölmələrin tələbatına müvafiq miqdarda pul 

vəsaitini kassadan alır və sonra kas 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə