Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  dəliklərin,  kapitalın,  hesablaşmaların  və  digər  sərvətlərin  inventar-  laşmasının



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə46/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   42   43   44   45   46   47   48   49   ...   323

104 

dəliklərin,  kapitalın,  hesablaşmaların  və  digər  sərvətlərin  inventar-  laşmasının 

nəticələrini uçotda tam və düzgün əks etdirməlidir. 

Təşkilatın uçot siyasəti əsasən aşağıdakıları özündə əks etdirir: 

-təşkilat  əmlakının,  öhdəliklərinin,  kapitalın,  dövriyyə  vəsaitlərinin  və 

ümumiyyətlə, bütün maliyyə - təsərrüfat fəaliyyətindəki təsərrüfat əməliyyatlarının 

natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa sənədləşdirilmiş 

və mühasibat registrlərindo qarşılıqlı əlaqədə, mühasibat hesablarında ikili yazılış 

üsulu  ilə  heç  bir  istinaya  yol  vermədən  düzgün  yığılması  və  qaydaya  salınması 

sistemini təmin edir; 

-təşkilat  rəhbəri  mühasibat  uçotunun  təşkili  formasını,  sənəd  dövriyyəsi 

qaydasını və uçot məlumatlarının texnologiyasını təmin edir, daxili uçot və hesabat 

sistemini işləyib hazırlayır, mühasibat uçotunun məqsədini həyata keçirmək üçün 

vacib  olan  təsərrüfat  əməliyyatları  üzərində  nəzarət  qaydasını,  sənədlərə  imza 

etmək hüququ olanları və s. müəyyən edir

-təşkilat  ilkin  uçot  sənədlərində  məzmunu  qeyd  olunan  təsərrüfat 

əməliyyatlarını  uçot  və  hesabatda  əks  etdirən  zaman  onun  iqtisadi  məzmununun 

mənaca  qalan  bütün  əlamətlərindən  üstünlüyünü  təmin  edərək,  onların  uçot 

siyasətində kommersiya sirri kimi qorunub saxlanmasını tələb edir; 

-təşkilat  maliyyə  nəticələrini formalaşdıran  zaman potensial  zərərin,  yaxud 

öhdəliyin son dərəcə mənfəətə və aktivə çevrilərək, uçot və hesabatda əksini tapması 

üçün böyük hazırlıq işini ehtiyatlılığı təmin edir; 

-təşkilat hər dəfə analitik uçot məlumatları ilə tutuşduraraq mühasibat uçotu 

və hesabatın düzgünlüyünü yoxlayır. 

Uçot  siyasətinin  formalaşması  zamanı  mühasibat  uçotunun  təşkili  və 

aparılması  (daxili  uçot  və  hesabat  qaydalarının  yaradılması),  invcntarlaşma 

qaydası, əmlak və öhdəliklərin qiymətləndirilməsi üsulları, fondlar və ehtiyatların 

yaradılması, satışdan gələn gəlirin müəyyən edilməsi, ilkin uçot formalarının təşkili, 

aylıq,  rüblük  və  illik  hesabatların  hazırlanması  və  s.  işlərin  görülməsi  barədə 

təşkilat rəhbəri daxili əmrlər, qərarlar, qaydalar və s. hazırlayır. 

Təşkilatın  əmlakının,  öhədliklərinin,  dövriyyə  vəsaitlərinin,  maliyyə 

vəziyyətinin, 

təsərrüfat 

fəaliyyətinin 

nəticələrinin, 

kapitallarının, 

maliyyələşmələrinin və s. yekun göstəriciləri istifadəçilər (sahibkarlar, səhmdarlar, 

dövlət  orqanları,  kreditorlar  və  s.)  üçün  təyin  edilmiş  mühasibat  (maliyyə) 

hesabatlarında heç bir istisnaya yol verilmədən düzgün əks etdirilməlidir. Maliyyə, 

bank, vergi orqanları, in- 


105 

vestorlar,  malgöndərənlər,  malalanlar,  kreditorlar,  dövlət  orqanları  və  digər 

marağı  olan  təşkilatlar  və  şəxslər  tərəfindən  operativ  rəhbərlik  və  idarəetməni 

həyata  keçirmək  üçün  təsərrüfat  prosesləri  və  maliyyə-təsərrüfat  fəaliyyəti 

haqqında  zəruri  məlumatları  düzgün  təhlil  etmək  və  təşkilatın  gələeək  inkişaf 

perspektivlərinin maksimum yollarını düzgün araşdırmaq məqsədilə uçot siyasəti 

açıqlanır.  Təşkilatın  kommersiya  sirlərindən  başqa,  bu  açıqlamalar  mühasibat 

(maliyyə) hesabatlarına əlavə edilən arayışlarda öz əksini tapır. 

Maliyyə  hesabatlarında  edilmiş  qeydlərin  uçot  siyasəti  bölməsində 

aşağıdakılar əks etdirilməlidir: 

a)

 

maliyyə hesabatlarının hazırlanmasında istifadə olunmuş qiymətləndirmə 

əsası (əsaslar); 

b)

 

maliyyə  hesabatlarının  düzgün  anlaşılması  üçün  zəruri  olan  uçot 

siyasətinin hər bir konkret aspekti. 

Maliyyə  hesabatlarında  bir  neçə  qiymətləndirmə  əsası  istifadə  edildikdə 

(məsələn,  müəyyən  uzunmüddətli  aktivlərin  yenidən  qiymətləndirilməsində), 

qiymətləndirmə  əsasına  müvafiq  olaraq  tətbiq  edildiyi  aktivlərin  və  öhdəliklərin 

kateqoriyasının göstərilməsi kifayətdir. 

Uçot  siyasətinin  konkret  aspektlərinin  açıqlanması  barədə  qərar  qəbul 

edərkən  rəhbərlik  bu  açıqlamalann  istifadəçilərə  nə  dərəcədə  yardımçı  olacağını 

nəzərdən keçirməlidir. Həmin açıqlamalar o halda faydalı hesab edilə bilər ki, onlar 

istifadəçilərə  təşkilatın  fəaliyyətində  olan  əməliyyatların  və  hadisələrin  təşkilatın 

maliyyə vəziyyətinə və fəaliyyətinin maliyyə nəticələrinə təsirini anlamaqda təqdim 

etsin. Təşkilatın nəzərdən keçirə biləcəyi uçot siyasətinin aspektlərinə aşağıdakılar 

daxil edilir, lakin bununla məhdudlaşmır: 

-

 

gəlirin tanınması; 

-

 

törəmə  və  asılı  təşkilatlar  da  daxil  olmaqla  Konsolidə  (birləşmə) 

prinsipləri; 

-

 

təşkilatlann fəaliyyətlərinin birləşdirilməsi

-

 

birgə fəaliyyət; 

-

 

maddi və qeyri-maddi aktivlərin tanınması və amortizasiyası; 

-

 

məsrəflərin kapitallaşdırılması; 

-

 

tikinti müqavilələri; 

-

 

daşınmaz əmlaka investisiyalar; 

-

 

maliyyə alətləri və investisiyalar; 

-

 

icarə; 

-

 

elmi-tədqiqat və təcrübə konstruktor işləri üzrə məsrəflər; 

-

 

ehtiyatlar; 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə