Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Əgər  tam  maya  dəyəri  topdansatış  dəyərindən  artıqdırsa,  onda  fərq



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə40/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   36   37   38   39   40   41   42   43   ...   323

91 

Əgər  tam  maya  dəyəri  topdansatış  dəyərindən  artıqdırsa,  onda  fərq 

zərərdən ibarətdir. Satışdan əldə edilən mənfəət, satılan məhsulların satış dəyəri 

(təşkilatın  topdansatış  qiyməti  ilə)  və  onun  tam  maya  dəyəri  arasındakı  fərqdən 

ibarətdir. 

Satışın  həcmi  və  onun  nəticəsi  üzrə  planın  yerinə  yetirilməsinə  nəzarət 

etmək məqsədilə uçotun qarşısında belə vəzifələr durur. 

1.

 

Satışın faktiki həcminin müəyyən edilməsi. Bu vəzifəni yerinə yetirmək 

üçün  mühasibat  uçotu  satılan  məhsulların  miqdan  haqqında  həm 

bütövlükdə,  həm  də  növlər  üzrə  məlumatların  alınmasını  təmin 

etməlidir. Bu zaman satılan məhsulların növləri haqqında məlumatların 

olması nəinki pul ifadəsində, həm də natural ifadədə olması vacibdir. 

2.

 

Satışın  faktiki  nəticələrinin  müəyyən  edilməsi.  Bunun  üçün  satılan 

məhsulların tam maya  dəyərini  hesablamaq  və  onu  satış  qiyməti  üzrə 

(topdansatış dəyəri ilə) müqayisə etmək lazımdır. Alınmış göstərici, yəni 

mənfəət və ya zərər, satış prosesində meydana çıxan təşkilatın təsərrüfat 

fəaliyyətinin  maliyyə  nəticələrini  bildirir  və  onun  işini  rentabellik 

səviyyəsini müəyyən etmək üçün xidmət edir. 

Satışı uçota almaq üçün mühasibat uçotunun hesablar sistemində 601 saylı 

“Satış”  hesabından  istifadə  edilir.  Onun  debetində  istehsal  maya  dəyəri 

(fabrik-zavod) və istehsaldan kənar kommersiya xərcləri əks olunur. 

Kreditin də məhsulların satışından daxil olan pul yazılır. 

Beləliklə,  satış  hesabında  satılmış  məhsulların  2  cür  qiymətləndirilməsi 

müqayisə  edilir,  yəni  faktiki  tam  maya  dəyəri  (müvafiq  hallarda  dövriyyədən 

vergilər  də)  və  topdansatış  dəyəri.  Bu  müqayisənin  nəticəsində  satışın  maliyyə 

nəticəsi müəyyən edilir. Satış hesabının kredit qalığı satışdan əldə edilən mənfəəti, 

debet qalığı isə zərəri göstərir. 

Satış hesabının sxemi 

DT 

KT 

Satılmış məhsulun tam maya dəyəri



 

Topdansatış qiyməti ilə (satış) satılan məhsulların dəyəri



 

Dövriyyədən vergilər



 

Satışdan daxil olan hasilat



 

K-t > D-t - satışdan mənfəət D-t > 

K-t - satışdan zərər 


92 

Satışın  nəticəsi  601  saylı  “Satış”  hesabından  801  saylı  “Ümumi  mənfəət 

(zərər)”  hesabına  silinir.  Özgə  şəhərli  alıcılara  yüklənmiş  və  yerli  alıcılara 

buraxılmış məhsulları əks etdirmək üçün 205 saylı “Mallar” adlı aktiv hesabın 2-ci 

“Yüklənmiş mallann dəyəri” subhesabmdan istifadə edilir. 

Bu hesabın debetində məhsullann alıcılara göndərilməsi  üzrə, onun faktiki 

istehsalat  maya  dəyəri  qiymətində  əməliyyatlar  əks  etdirilir.  Bu  zaman  204  saylı 

hesab  kreditləşir.  Hesabın  krediti  üzrə  alıcılar  tərəfindən  ödənilmiş  məhsullar 

silinir  (həmçinin  faktiki  istehsalat  maya  dəyəri  ilə).  Bu  zaman  601  saylı  hesab 

debetləşir. 205.2 saylı hesabın debet qalığı faktiki istehsalat maya dəyəri ilə alıcılara 

göndərilmiş,  lakin  dəyəri  ödənilməmiş  məhsulun  dəyərini  göstərir.  O,  balansın 

aktivində əks olunur. 

Məhsullann yüklənməsi və satışı ilə əlaqədar xərcləri uçota almaq üçün 711 

saylı “Kommersiya xərcləri” adlı əməliyyat hesabından istifadə edilir. 

Əlavə dəyər vergisi (ƏDV) üzrə hesablaşmalann uçotu üçün 521 saylı “Vergi 

öhdəlikləri” hesabından istifadə edilir. Bu hesab passivdir. 


93 

IKINCI BOLMƏ

 

I

 

FƏSİL. TƏŞKİLATLARDA MÜHASİBAT (MALİYYƏ) 

UÇOTUNUN TƏŞKİLİNİN ƏSASLARI 

1.1

 

Mühasibat (maliyyə) uçotunun mahiyyəti, onun 

vəzifələri və məqsədi 

Bazar münasibətləri şəraitində təsərrüfatın səmərəli idarə olunması, istehsal 

tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edilməsi və təsərrüfatçılıqla məşğul olap 

subyektlərin (hüquqi şəxslərin) lazım olan məlumatlarla təmin edilməsi təsərrüfat 

fəaliyyətinə  müşahidənin  təşkilini  tələb  edir.  Bu  müşahidə  təsərrüfat  uçotunun 

köməkliyi ilə həyata keçirilir. 

Uçot məlumatlarının xarakterindən və əldə edilməsi üsulundan asılı olaraq, 

təsərrüfat uçotunun müxtəlif növləri - statistika, operativ və mühasibat (maliyyə və 

idarəetmə) uçotu tətbiq edilir. Bu uçot növləri idarəetmədə mühüm əhəmiyyət kəsb 

etdiyindən  onların  geniş xarakterizə  olunması  günün  ən  vacib məsələsi  olmalıdır. 

Statistika öz xarakterinə görə icra hakimiyyəti və digər qanunverici və idarəetmə 

orqanlarını  zəruri  iqtisadi,  siyasi,  mədəni  və  s.  informasiyalarla  təmin  edir,  həm 

müəssisə,  həm  də  ayrı-ayrı  sahələrin  və  ümumilikdə  ölkənin  makroiqtisadi 

inkişafına  lazım  olan  qarşılıqlı  əlaqələri  və  uyğunluqları  öyrənir,  təbii,  əmək  və 

maddi  resursların  və  onların  bölgələr,  sahələr  və  bütövlükdə  ölkə  üzrə  istifadə 

edilməsinin uçotunu təşkil edir. Statistika onun qarşısına qoyulan vəzifələri yerinə 

yetirmək  üçün  yalnız  uçot  və  hesabatın  məlumatlarından  deyil,  həm  də  müxtəlif 

siyahıya  almaların  tam,  seçmə  və  digər  statistik  müşahidə  və  müayinələrin 

məlumatlarından  istifadə  edir.  Bu  məqsədlə  informasiyaların  toplanması  və 

işlənməsinin  xüsusi  üsulları  (qruplaşdırma,  dinamik  sıralar,  orta  indekslər  və  s.) 

tətbiq olunur. 

Statistika  uçotu  kütləvi  sosial-iqtisadi  hadisələrin  və  proseslərin,  onların 

qanunauyğunluqlarının  və  qarşılıqlı  əlaqələrinin  kəmiyyət  və  keyfiyyət tərəflərini 

əks etdirir. 

Statistika nəinki maddi istehsala aid olan proses və hadisələri, həm də sosial 

həyatın ayrı-ayrı tərəflərini öyrənir. Onun köməyilə 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə