Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə35/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   31   32   33   34   35   36   37   38   ...   323

78 

Onlardan: 

a)

 

təbii itki norması hüdudunda olanlar uçotda belə əks etdirilir: 

721 saylı “İnzibati xərclər” hesabının debeti 

731 saylı “Sair əməliyyat xərcləri” hesabının krediti 

b)

 

günahkar maddi məsul şəxslərin hesabına silinmələrə bu cür köçürmə 

tərtib edilir: 

533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli 

kreditor borcları” hesabının debeti 

731 saylı “Sair əməliyyat xərcləri” hesabının krediti 

5.3.

 

Uçot registrləri, onların növləri və formaları 

Təsərrüfat fəaliyyəti haqqında lazımi informasiyaları əldə etmək üçün bütün 

təsərrüfat  əməliyyatlarını  ilkin  sənədlərdə  əks  etdirdikdən  sonra  onları  iqtisadi 

məzmunlan  üzrə  müəyyən  ardıcıllıqla  qeydiyyatdan  keçirmək  və  qruplaşdırmaq 

lazımdır. Belə qeydiyyat uçot registrlərinin köməyi ilə həyata keçirilir. Təsərrüfat 

əməliyyatlarını yazmaq üçün xüsusi ayrılmış kitablar, kartoçkalar və cədvəllər uçot 

registrləri adlanır. 

Uçot  registrlərində  təsərrüfat  əməliyyatlarının  yazılmasına  uçot  qeydiyyatı 

deyilir. 

Xarici görünüşlərindən asılı olaraq uçot registrləri mühasibat  kitab- lanna, 

kartoçkalanna və sərbəst vərəqələrə (cədvəllərə) bölünür. 

Kitablar  əməliyyatları  əks  etdirmək  üçün  cildlə  möhkəm  bərkidilmiş  və 

nömrələnmiş  kağız  vərəqələrindən  ibarətdir.  Kitab  ilin  əvvəlində  rəsmiləşdirilir. 

Onun cildində təşkilatın adı, kitabın adı, hesabat ili göstərilir. Səhifələri nömrələnir. 

Axırıncı vərəqənin aıXäsmda dairəvi möhürlə təsdiq edilmiş baş mühasibin imzası 

ilə səhifələrin miqdarı göstərilir. 

Kartoçkalar bir-biri ilə bərkidilmiş sərbəst kağız vərəqələrindən və ya nazik 

kartondan ibarətdir. Kartoçkalar kartoteka adlanan xüsusi qutuda saxlanılır. 

Kartoçkalar  torpaq,  tikili  və  avadanlıqların  obyektlər  üzrə  uçotu, 

materialların  növləri  üzrə  uçotu,  bəzi  hesablaşmaların  uçotu,  kalkulyasiya 

obyektləri üzrə istehsalat xərclərinin uçotu üçün geniş istifadə edilir. 

Sərbəst vərəqələr (cədvəllər) ayrı-ayrı vərəqələrdən və ya bir neçə vərəqənin 

bərkidilməsindən  ibarətdir.  Cədvəllər  kartoçkadan  ölçülərinə  və  saxlanma 

üsullarına görə fərqlənirlər. Onlar kartoçkadan böyük olur və 


79 

ondan fərqli olaraq, qutuda deyil, qovluqda saxlanılır. Uçot registrləri kimi cədVələ 

misal olaraq, köməkçi cədvəlləri göstərmək olar. 

Uçot  registrlərinin  təyinatına  və  məqsədlərinə  görə  bütün  registrlər 

xronoloji, sistematik və qarşılıqlı olmaqla üç yerə bölünürlər. 

Xronoloji  registrlər  xronoloji  qaydada  qeydiyyat  üçündür,  yəni  mühasibat 

sənədlərini,  onlar  daxil  olduqca  hesablara  yazılış  aparmadan  ardıcıllıqla 

yazmaqdan  ibarətdir.  Kassa  kitabı,  məhsulların  yola  salınması  və  satışı  cədvəli, 

qeydiyyat jurnalı xronoloji registrlərə aiddir. 

Sistematik  registrlər  iqtisadi  məzmunlanna  görə  bircinsli  təsərrüfat 

əməliyyatları  sintetik  və  analitik  uçot  hesablan  üzrə  qruplaşdırılır.  Sistematik 

registrlərə  baş  kitabı  misal  göstərmək  olar.  Sistematik  registrlərə  həmçinin  misal 

olaraq, analitik uçot kitablanm, kartoçka və ya cədvəlləri göstərmək olar. 

Əməliyyatların  eyni  vaxtda  həm  xronoloji,  həm  də  sistematik  qaydada 

yazılması  qarışıq  registr  adlanır.  Qarışıq  uçot  registrlərinə  hesabdar-  lığın 

jurnal-order forması zamanı tətbiq olunan jurnal-orderlər aiddir. Bəzi təşkilatlarda 

sintetik  uçot  “Baş  jurnal”  adlanan  registrlərdə  apanhr.  “Baş  jurnaF’da  qeydlər 

açılmış vərəqədə həm xronoloji, həm də məzmununun həcminə görə uçot registrləri 

sintetik, analitik və kompleks ola bilər. 

Sintetik uçot registrlərində təsərrüfat əməliyyatları ümumiləşdirilmiş şəkildə 

ancaq  pul  ifadəsində  əks  olunur.  Sintetik  uçot  registrlərinə  qeydlər  ayrı-ayrı 

sənədlərdən  deyil,  əvvəlcə  qruplaşdınlmış  eynicinsli  sənədlərin  məzmunundan 

edilir. Sintetik registrlərə Baş kitab, qeydiyyat jurnalı və b. aiddir. 

Analitik registrlərdə hər bir aynca əməliyyat lazımi bütövlükdə yazılır, hətta 

maddi qiymətlilər üzrə natural və pul ölçülərində yazılır. Analitik uçot registrlərinə 

torpaq,  tikili  və  avadanlıqlar  obyektlər  üzrə  və  ya  qrup  uçotu  kartoçkaları, 

ayrı-ayrı  kalkulyasiya  obyektləri,  istehsalat  məsrəfləri  və  məhsul  buraxılışı  uçotu 

kartoçkaları, ümumistehsalat və inzibati xərclərin maddələr üzrə uçotu cədvəlləri 

aiddir. 

Hazırda  sintetik  və  analitik  uçot  registrlərini  eyni  vaxtda  əlaqələndirən  və 

habelə xronoloji və sistematik qeydTöıi-^'erləşdirən müxtəlif növlü registrlər geniş 

yayılmışdır. Belə registrlər kompleks adlanır. Onlara malgöndərən və podratçılarla 

hesablaşmalar  üçün  olan  6  saylı  “jurnal-  order”,  təhtəl  hesab  şəxslərlə 

hesablaşmalann uçotu üzrə 7 saylı “jurnal- order”, məhsulların yola salınması və 

satışı cədvəli və s. aid etmək olar. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə