R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə170/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   166   167   168   169   170   171   172   173   ...   177

351 
 
Səfəvi  sülaləsinin  tənəzzülündə  suçlu  olması  fikrində  israrlıdır:  «...Bunlar  (I 
Abbasın  gördüyü  tədbirlər  -  R.D.)  şahlıq  taxt-tacın ın  qüvvəsini  xeyli 
möhkəmləndirdisə  də,  ...nəticə  etibarilə  millətin  zəifləməsinə  və  onun 
hökmdarlarının degenerasiyasına gətirib çıxardı. Əvvəlki (I Abbasdan əvvəl - R.D.) 
şahlar  əsasən  qohumları,  güclü  tayfa  başçıları  və  turbulent  şəhər  əhalisinin 
ambisiyaları ucbatından əziyyət çəkmişdilər; ...Şah Abbas (isə) özü üçün əlac tapdı. 
Öz  oğullarını  yüksək  inzibati  mövqelərdə  yerləşdirmək  və  onlara  müharibələrdə 
görkəmli  rol  həvalə  etmək  əvəzinə  onları  ya  kor  etdirir,  ya  öldürtdürür  və  ya 
hərəmxanalarda  qapatdırırdı...  Böyük  əyanlar,  tayfa  başçılarını  pərakəndə  salmaq 
məqsədilə  sələflərinin  yeddi  tayfaya  (şamlı,  rumlu,  təkəli,  ustaclı,  zülqədər,  əfşar, 
qacar  tayfaları  nəzərdə  tutulur  -  R.D.)  bəxş  etdikləri  mövqeyə  (əslində  onlar  bu 
mövqeni  qazanmışdılar  -  R.D.)  əks  müqabil  qismində  şahsevənləri  bərqərar 
etmə klə  işarət edir. Daha qeyri-ordinar  misal, bütün böyük şəhərlərdə süni şəkildə 
antoqonistləşdirilmiş  iki  partiyanı  -...  Pələnk  və  Fələnk  qurumlarının  düşünülmüş 
şəkildə yaradılması olur (Bizansda sirk partiyaları misalı - R.D.); onlara... ən qanlı 
əlbəyaxa döyüş (döyüşlə məşğul olmaq - R.D.) imtiyazı bəxş edilir. T.Kruşinskinin 
sözləri ilə desək, onlar «bir-birlərinə o dərəcədə müxalif və o qədər düşmən olurdular 
ki, hətta müxtəlif ölkə lərin əhalisi bir-birinə qarşı silahlı  mübarizədə (müharibədə - 
R.D.)  nifrət  və  düşmənçilik  nümayiş  etdirməkdə  onlardan  irəli  gedə  bilməzdilər» 
(62.1,  s.  91).  Daha  sonra  müəllif  (62.1,  s.  92)  əlavə  edir  ki,  «onların  silahsız 
vuruşmasına  baxmayaraq,  belə  ki,  vuruşanların  daş  və  çubuqdan  başqa  heç  bir 
şeydən  istifadə  etməsinə  icazə  verilmirdi,  döyüş  o  qədər  qəddarcasına və  qanlı 
keçirdi  ki,  şah  onları  (döyüşçüləri  -  R.D.)  qılıncla  aralamaq  üçün  öz 
mühafizəçilərindən  belə  istifadə  etməyə  məcbur  olurdu  ...  1714-cü  ildə  İsfahanda 
vuruşanları  ayırmaqdan  ötrü  onlar  (mühafizəçilər  -  R.D.)  ...  300-ə  yaxın  adamı 
qılıncdan keçirirlər» (215, s. 119-120). 
Qeyd  etmək  lazımdır  ki,  bir  sıra  qərb  tarixşünasları  şərq  aləmində  böyük 
sülalələrin  məhv olma prosesində xacələrin oynadığı xüsusi rolu çox geniş şəkildə 
təhlil  edirlər.  Məsələn,  E.Roulinson  Əhəməni  dövrünə  aid  araşdırmasında  belə 
yazmışdır:  «(Artıq  o  zaman  -  R.D.)  Geniş  siyasi  qüvvəyə  malik  saray  xacələri 
dövlətdə  ən  mühüm  idarəetmə  işlərinə  getdikcə  daha  çox  nüfuz  etməyə 
başlayırdılar. On lar sarayda, hökmdarın ən yaxın məsləhətçiləri, döyüş meydanında 
isə onun ən müzəffər generalları idilər. Xacələr gənc şahzadələrin təlim-tərbiyəsi ilə 
məşğul olur, onları asanlıqla öz əllərində vasitəyə  çevirirdilə r.   Sonralar annallarda 
təsvir  olunmuş  qəsdlər,  xəyanətlər,  edamlar,  ta xtdan  devirmə  ha lla rının  ço xu  


352 
 
xacələ rin  yaratdıqları  intriqalar  və  onların  ambisiyaları  ucbatından  baş  verirdi» 
(259, s. 175-176). 
E.Gibbon isə həmin fikri bu cür ifadə etmişdir: « Əgər biz  İran,  Hindistan 
və  Çin in  ü mu mi  tarixini  diqqətlə  təhlil  etsək,  görərik  ki,  xacələrin  artan qüvvəsi 
hakim sülalələrin tənəzzülü və süqutunu şərtləndirmişdir» (231, s. 380).  Bütün bu 
deyilənlər Səfəv i sülaləsinə də a iddir. 
«Artıq  Böyük  Abbasın  hakimiyyətinin  son  illərində  sülalənin  gələcəyi  ilə 
bağlı  kifayət  qədər  bəd  əlamətlər  (nişanələr  -  R.D.)»  olduğunu  deyən  A.Müller 
göstərir  ki,  I  Abbasın  «...öz  ətrafına  münasibətdə  inamsızlığı,  qocalmaqda  olan 
hökmdarın  qəlbində  getdikcə  daha  xoşagəlməz  cizgilər  kəsb  edirdi;...  O,  özünün 
böyük  oğlu  -  həm  şəxsi  keyfiyyətlərinə,  həm  də  xalqın  məhəbbətinə  layiq 
olduğundan  böyük  ümidlər  verən  Səfi  M irzən in  öldürülməsin i,  daha  iki  kiçik 
oğlunun  isə  gözlərinin  çıxarılmasını  əmr  edir.  Bu  tədbirlərin  siyasi  əhəmiyyətinə 
özünü  çox  güman  ki,  inandırmış  Abbas,  ömrünün sonunadək  bu qara  fikirlərdən, 
bədgümanlıqdan azad ola bilmir: bu fikirlərlə də o, öldürtdüyü oğlunun oğlu (nəvəsi 
- R.D.) 17 yaşlı Sam Mirzəni öz vəliəhdi elan etməyi qərarlaşdırır» (165, s. 408). Şah 
Səfinin seçimini  o  qədər  də uğurlu olmayan  kimi  qiymətləndirən  A.  Müller,  onun 
«türk sultanı IV Muradın 1638-ci ildə Bağdad və müqəddəs torpaqları (şiələr üçün - 
R.D.)  yenidən  (I  Abbas  bu  torpaqları  türklərin  əlindən  almışdı  -  R.D.)  zəbt 
etməsinin  və  bununla  da  həmin  ziyarətgahların  həmişəlik  İran  şahlığı  üçün 
itirilməsinin qarşısını ala bilməməsinin» Səfəvi şiələri üçün mənəvi zərbəsindən bəhs 
edərkən yazır: «200 ildən artıq bir müddət (yalnız türk sultanı Əbdül-Məcidin (1839-
1861) dövründən etibarən iranlılara Məkkəyə getməyə icazə verilir  -  R.D.) ərzində 
şiələr tamamilə Məkkəni ziyarət edə bilmir, Kərbəla və Nəcəfin ziyarəti zamanı  isə 
türklər tərəfindən ço xsaylı sıxışdırma və incitmələrə məru z qalırlar» (165, s. 408-
409). 
Səfəvi  dövlətinin  Şah  I  Abbasdan  sonrakı  dövrdə  siyasi  vəziyyətini 
səciyyələndirərkən  A.Müller  yazır:  «Abbasın  ölümündən  sonrakı  tarix...  ya lnız 
ardıcıl  tənəzzül  tarixid ir  və  qarşıda hər  hansı  dirçəliş  olacağına  işarə  edən  daxili 
hərəkatlar,  demək  ola r  ki,  yo x  id i...  Abbasın  ölümündən sonrakı  dövrdə onun  (I 
Abbasın  -  R.D.)  ü mu mən,  əhəmiyyətli  tədbirlərini  davam  etdirmək  zərurətini 
başa düşmək  tendensiyası  mövcud  deyildi»  (165,  s.  407).  Məsələyə ümumasiya 
tarixi  kontekstindən  yanaşan  A.  Müller  göstərir  ki.  «...Asiyada  mövcud  olmuş 
despotlardan heç biri o  məqama yetişə bilməmişdi ki, yaranışından qoca, hər hansı 
inkişafa yararsız olan varlığ ı (burada dövlət nəzərdə tutulur -R.D.) həqiqi həyata 
qaytarsın  (inkişaf  yoluna  çıxarsın  -  R.D.).  Mövcud şəraitdə isə (Səfəvi dövlətində - 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə