R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə172/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   169   170   171   172   173   174   175   176   177

355 
 
sənətkarlıq  da  tənəzzü l  edir,  habelə  Rusiya  və  Avropa  ölkələrində  ucuz 
manufa ktura  məhsulları  istehlakının  həc minin  art ması  şərq  ma lla rına,  o  
cümlədən,  Səfəvi  dövlətin in  sənətkarlıq  məhsullarına  tələbatın  azalması,  ixrac 
üçün  nəzərdə  tutulan  sənətkarlıq  məhsulları  istehsalının  da  məhdudlaşması  ilə 
nəticələnir.  İqtisadi  tənəzzül  əsas  ixrac  məhsulu  olan  xa m  ipəyə  də  mənfi  təsir 
göstərir» (133, s. 97). 
Rus  tarixşünaslığına  gəlincə,  məsələn,  V.Bartold  belə  mülah izə  irəli 
sürürdü  ki,  araşdırd ığımız  dövrdə  «bütün  müsəlman  Asiyasının»  iqtisadi,  siyasi 
və mədəni tənəzzü lünün əsas səbəbi «çox güman  ki, hələ  XV əsrdən başlayaraq 
qərbi  avropalıla rın  ə llərində  olan  dəniz  t icarət  yollarının  inkişafı  və  ka rvan 
ticarətinin tənə zzü lə uğra masıdır» (91, s. 48). 
İ.Petruşevski  isə  xey li  sayda  tarixi  dəlilləri  ü mu miləşdirərək,  belə  bir 
qənaətə gəlir ki, «t icarət yolla rının yerdəyişməsi təsərrüfat tənəzzülünün yeganə 
səbəbi  deyildi.  Şəhərlə rin  və  xaric i  ticarət in  tənəzzü lü,  işğalla rın  sayı  və 
miqyasının  azalması  nəticəsində  hərbi  qənimətlərin  həcmin in  ixtisarı  (hərbi 
qənimət lər müharibə lərin, məsələn, XVI əsrin sonu - XVII əsrin əvvəllə rində baş 
vermiş  müharibələrin  vurduğu  böyük  ziyanın  yalnız  cüzi  b ir  hiss əsini  ödəyə 
bilərd i  -  R.D.)  şah  xə zinəsi  və  feodal  əyanların ın  gəlirin in  aza lmasına      gətirib    
çıxardı  və  bu,  XVII  əsrin  sonunda hiss  olunacaq səviyyəyə  çatdı.  Bununla  belə, 
despotik dövlətin, onun bürokratik  aparatı  və  hərbi-feodal  əyanlarının  tələbatları 
azalmırdı. XVII əsr ərzində kənd təsərrüfatında məhsuldar qüvvələrin inkişafı ilə 
qeyri-bərabər  şəkildə  kəndlilərin  feodallar  tərəfindən  istismarının  durmadan 
artmasını da məhz bu vəziyyətlə izah etmək olar» (179, s. 296; 178, s. 83-84). 
E.Zevakin J. Şardenə istinadən, Səfəvi dövlətinin iqtisadi tənəzzülünün XVII 
əsrin  II  yarısından  başladığını  vurğulayaraq,  bunun  səbəblərini  belə  izah  edir: 
«Şübhəsiz  ki,  tənəzzü lün  əsas  səbəbi  İran  (Səfəvi  -  R.D.)  feodalizminin  sosial 
böhranı və bununla əlaqədar kəndlilərin  istismarı,  (nəticədə isə) əzilən aşağıların 
hakim feodal yu xarılarına qarşı sinfi mübarizəsinin güclənməsi idi. İkinci səbəb isə, 
Avropa  sənayesinin  inkişafı  ilə  əlaqədar  istehsalın  və  İran  sənətkarlıq 
məhsulla rın ın xa ricə  ixrac ının məhdudlaşdırılması olur» (207, s. 54).  
Be ləliklə,  Səfəvi  dövlətin in  iqtisadi  cəhətdən  süqutunda  xarici  səbəbi 
(dəniz ticarətinin genişlənməsi və s.) əsas götürən V.Ba rtolddan fərqli, E.Zevakin və 
İ.Petruşevski daxili xarakterli amilləri də d iqqətə çəkirlər. 
İ.Petruşevskinin  müharibələrin  səngiməsi  ilə  bağlı  fikrinə  gəlincə,  qeyd 
etmə k  la zımdır  ki,  XVII  əsrin  40-c ı  illərindən  başlayaraq,  Səfəvi  dövlətində 
hökm sürən əmin-amanlıq, sülh şəraiti, əslində, iqtisadiyyatın inkişafı üçün münbit 


356 
 
şərait  yaradırdı.  Bir  səbəb  kimi  sinfi  mübarizənin  güclən məsi  barədə 
İ.Petruşevskinin  mülahizəsi  M.Arunova  və  K.Əşrəfyan  tərəfindən  dəstəklənir.  Bu 
məsələdə sələm kapitalının rolunu xüsusi qeyd edən müəlliflə r ya zırla r: «Sə lə mç ilik, 
...kapitalın  yeni  yo lunu  yaratmadan  feodal  istismarının  ağırlığını  xeyli  artıraraq, 
kəndli təsərrüfatının müflisləşməsini şərtləndirirdi» (83, s. 43-50). 
N.D.M iklu xo-Maklay da öz növbəsində yazır: «fa ktların araşdırılmasından 
mə lum olur ki, Şah Sultan Hüseyn dövründə sələmçi kapita lla bağlı olan dairələrin 
hökumətə  gəlmələri,  bir  tərəfdən zəhmətkeş  xalqın  istismarına, digər tərəfdən isə 
dövlət aparatının dağılmasına səbəb oldu» (159, s. 138). 
Yu xarıda  sadaladığımız  müəlliflərin  fikirlərindən  belə  bir  qənaətə  gəlmək 
olar  ki,  onlar  Sə fəvi  dövlətinin  XVII  əsrin  sonu  XVIII  əsrin  əvvəllərində  iqtisadi 
tənəzzülünün səbəbini bu dövlətin feodal iqtisadiyyatının əsasını təşkil edən  xırda  
kəndli  təsərrüfatların ın  müflisləş məsində  görürlər.  Dünya  ticarət  yollarının 
yerdəyişməsinə  gəlincə,  zənnimizcə,  bu  vacib  amil  olsa  da,  həlledici  ro l 
oynamırd ı. 
M.Heydərov  «Ya xın  və  Orta  Şərqin  xarici  ə mtəə  dövriyyəsinin 
məhdudlaşması  prosesinin,  dünya  ticarət  yollarının  yerdəyişməsinin  daha  dərin 
sosial-iqtisadi, beynəlxalq  əhəmiyyətli  faktorla rla  -  Avropa  ölkələrində  istehsalın 
kapitalist üsulunun inkişafı ilə əlaqədar olduğunu» vurğulayaraq göstərir ki, «məhz 
bu  səbəbdən  Ya xın  Şə rqin  nəinki  Avropa  ölkə ləri,  hə m  də  ...Hindistanla 
yüzilliklərlə bərqərar olmuş ənənəvi xarici ticarət əlaqələri pozulu r» (133, s.  131-
132). 
XVIII  əsrin  I  rübündə  Səfəvi  dövlətinin  vəziyyətini  Y.H.Cəla lyan  belə 
səciyyələndirir:  «ölkədə  süqut  ərəfəsində  hər  hansı  rifah  məhv  oldu...  Onla rın  
(hakimlə r  və  mə mu rla rın )  rəh msiz  və  imansız  davranışı,  ...fəqirləri  qarət  
etmə ləri,  xəyanətkarlıqları  və  qanunsuzluqları,  a xmaqlıqları,  ara larındakı 
ziddiyyətlər,  mü xtəliffikirlilik  və  ümumiyyətlə,  onların  bütün hərəkətləri,  ...bütün 
bunlar onların məhv olmasına səbəb oldu» (6, s. 21). 
«The  Camb ridge  history  of  Iran»-da  Səfəvilərin  tənəzzül  etmə  səbəbləri 
kimi aşağıdakılar göstərilir: «On lar  (Səfəv ilər -R.D.) bir araya gəlməsi  mü mkün 
olmayanları: 
-türkü və farsı (turk and persian); 
-tayfa quruluşunu və urbanlaşmanı (tribal organisation and urbanisation); 
-köçəri maldarlıq ənənələri ilə oturaq əkinçilik həyatını; 
-inqilabi ruhlu sufizmi və ehkamçı (dogmatic) şiəliyi; 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə