R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə174/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   169   170   171   172   173   174   175   176   177

359 
 
göstərir (264, s. 245).  Şahın dövlət işlərinə biganəliyini nəzərə aldıqda, orduda baş 
alıb gedən mənəviyyat aşınmasının təbii olduğunu anlamaq olur. 
L.Lokhartın  mülahizəsinə  görə:  «rəhbərlər  (dövlət  rəsmiləri  -R.D.)  və 
dövlətin sütunları ö z şəxsi maraqları və bir-birinə qarşı düşmənçilikləri (intriqaları 
- R.D.) səbəbindən dövləti hansı aqibət gözlədiy inə şahın gözlərini bağlayır, ... hər 
hansı bir tədbir görülməsinin qarşısını alırd ılar» (246, s.99). 
Təkcə Mir Veys və onunla bağlı hadis ələrin təhlili za manı Sə fəvi dövlətinin 
istər idarəetmə  me xanizmində, istərsə də ordusunda mövcud olan qüsurları, mənfi 
halları  müşahidə  etmək  asandır.  Belə  ki,  XI  Georgi  tərəfindən  tutulub  İsfahana 
göndərildikdə Mir  Veys paytaxtda hökm sürən abı-havanı öyrənmək imkan ı əldə 
edir.  O,  te zliklə  aşkar  ed ir  ki,  Səfəvi  sarayında  rüşvətlə  hər bir  şeyə  nail  olmaq 
mü mkündür.  Belə  ki,  dövlətə  qarşı  cinayətdə  suçlandırılan  Mir  Veys  rüşvət 
vermə k hesabına nəinki özünə tam bəraət qazan mağa, hətta şahın audiensiyasına 
və Məkkəni ziyarət et mə k üçün izn a lmağa nail o lur.  
Daha  bir  maraqlı  məqam  saray  əhlinin,  mənşəcə  gürcü  olan  Qəndəhar 
general-qubernatoru  XI  Georgiyə  qarşı  düşmən  münasibət  bəsləməsi  olu r. 
Hiy ləgər Mir  Veys bu haldan öz mənfəəti üçün yararlanmaq şansını  əldən vermir. 
Nəticə  etibarilə,  Qəndəharda şah hakimiyyətinə  qarşı  üsyanın  təşəbbüskarına  (Mir 
Veysə)  Səfəvi  in zibati  maşının ın  oradakı  tə msilçisinə  (XI  Georgiyə)  nə zarət  
etmə k tapşırığı verilir (246. s. 87). Bu «tapşırığın» absurdluğunu, məntiqsizliy ini 
sübut etməyə, fikrimizcə, ehtiyac yo xdur. 
Ən  maraq lısı  budur  ki,  həmin  absurd  hərəkətin  ard ınca  cərəyan  edən 
hadisələr  göstərir  ki,  saray  xadimləri,  şahın  nazirləri,  heç  olma zsa,  böhranlı 
məqa mlarda  belə  intriqala rın ı,  da xili  çəkişmələrini  bir  kənara  qoyub,  dövlət 
əhəmiyyətli,  dövlətin  təhlükəsizliyi  baxımından  taleyüklü  problemlərin  həlli  ilə 
məşğul olmaq iqtidarında deyildilər. XI  Georgi Mir  Veys tərəfindən öldürüldükdən 
və  sonuncunun  əsl  siması  açıldıqdan,  Key  Xosrovun  başçılığı  altında  cəza 
ekspedisiyası Qəndəhara yola salındıqdan sonra saray funksionerləri  XI  Georginin  
qohumu  olduğundan  onu  (Key  Xosrovu)  da  «yıxmaq  üçün  əllərindən  gələni 
edirdilər» (62, s. 138-139).  Belə ki, onlar Key Xosrovun qoşununa ödənilmə li olan  
müavinəti  b ilərəkdən  gecikdirir,  bununla  da  qızılbaş  qüvvələrlə gürcü  komandan 
arasında onsuz da gərgin olan münasibətləri daha da alovlandırırdılar. Son nəticədə 
imperiya maraq larına ziyan dəyird i. 
Digər  tərəfdən,  Key  Xosrovun  taktiki  s əhvləri  səbəbindən  Mir  Veysin 
silahlıları  ilə  həlledici  vuruşda  Səfəvi  qoşununun  məğlub  olması, şah  ordusunda 
peşəkarlıq səviyyəsinin, mənəvi-psixo loji  vəziyyətin  qeyri-məqbulluğundan  xəbər 


360 
 
verird i.  L.Lokhartın  sözləri  ilə  desək,  bu döyüş «şah  ordusunun uzun  illər  ə min-
amanlıq şəraitindən sonra verdiyi ilk c iddi (hərbi - R.D.) imtahan» oldu (246, s.91). 
Səfəvi  ordusundakı  acınacaqlı  vəziyyət  və  şah  hökumətinin  bu  strateji 
əhəmiyyətli  məsələyə  necə  biganə  münasibət  bəsləməsini  fikrimizcə,  A.  Volınski 
missiyasının  üzvü  olmuş  Con  Bellin  aşağıdakı  iqtibası  gözəl  ifadə  edir:  «Onlar 
(şahın  nazirləri  -  R.D.)  ...üsyançılara  (burada əfqanlara  -  R.D.)  nifrət  bəsləyir  və 
eyni  zamanda  onları  veclərinə  belə  almayaraq,  qoşun  göndərərək  onlan  tikə-tikə 
elətdirəcəkləri  ilə  ədalı  şəkildə  hədələyirdilər.  Zaman  bu  yüksək  sözlərin  faydasız, 
yalnız  qürur  nümayiş  etdirmək  üçün  deyildiyini  aşkarladı.  Mən  müşahidə  edirdim 
ki,  onların  nə  adam,  nə  də  pul  cəhətdən  ehtiyacları  yox  idi;  lakin  əsgərlər  çox 
intizamsız idilər və ən dəhşətlisi, bu əsgərlərə ko mandanlıq etmək üçün lazımınca 
bacarığa malik zabitləri yox idi» (42, s. 92). 
XVIII  əsrin  əvvəllərindən  ölkəni  lərzəyə  salan  qiyam  dalğası  fonunda 
təhlükəsizliy in  tə min  olun ması  nöqteyi-nəzərindən  paytaxt ın  1717/ 18-ci  illərdə  
İsfahandan  yenidən  Qəzv inə  köçürüldüyü  zaman  belə,  şahın  nazirləri  vəziyyətin 
ağırlığını heç cür başa düşmək istəmir, rüşvətxorluqdan əl çəkmir, yaxşı binaları zəbt 
etmək uğrunda mübarizə aparır, öz keflərindən qalmırdılar. «Kim isə düşmənə qarşı 
çıxış etmək istədikdə qalanları ...onu bu işdən çəkindirird ilər. On ları köçürülmələri 
və rahatlıqla  yerləşdirilmələri qayğılandırırdı. Qəzvində qaldıqları üç il ərzində onlar 
binaları satmaq və rüşvət almaqla məşğul olurlar» (246, s. 99) 
Əlbəttə,  Səfəv i  in zibati  maşınında  mövcud  olan  bütün  qüsurlarda  şahın 
məsuliyyəti danılma zdır.  Bu  mənada H. Haasın belə bir fikri  maraqlıdır  ki, «bütün 
avtokratiyalarda olduğu kimi, İranda da stabillik və tərəqqi, eksklüziv olaraq (yalnız 
və yalnız) hökmdardan asılı idi» (234, s.26).  
Səfəvi  sülaləsinin  süqutunda  onun  qarşısını  ala  biləcə k  addımın 
atılmamasını  L.Lokhart  vacib  amil  kimi  dəyərləndirir.  Belə  ki,  o,  şah  Sultan 
Hüseynin  Gülnabad  döyüşündən  sonra  Mahmud  İsfahana  daxil  o lmamışdan 
əvvəl  İsfahanı  tərk  etməsi  üçün  real  imkan  mövcud  olduğunu  qeyd  edir. 
L.Lo khart  göstərir  ki,  «şahın  keçirdiyi  şura  iclasında...  M əhəmmədqulu  xan 
(Etimadül-Dövlə -  R.D.) onu (şahı -  R.D.) şəhəri tərk edib,  istənilən yerə gedib, 
yeni  qüvvələr  toplamaq  və  onlarla  birgə  əfqanları  məğ lub  etmək  fikrinə 
inandırırdı»  (246,  s.  145).  Məhəmməd  Əli  Həzin  də  bu  fikirdə  idi  ki,  «...şah 
(İsfahanı)  tərk  etdikdən  sonra  düşmənin  (əfqanların  -  R.D.)  paytaxtla  bağlı  hər 
hansı  ideyası  və  ona qarşı  qüvvə  işlətmək  marağı  olmayacaqdı;  o, yalnız  öz şəxsi 
təhlükəsizliyi  barədə  düşünməli  olacaqdı...  Əfqanlar  ya  gəldikləri  yolla  geri 
qayıtmalı, ya da ö zlərin i güclü Sultanla (Sultan Hüseyn - R.D.) döyüşə hazırlamalı 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə