R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə177/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   169   170   171   172   173   174   175   176   177

366 
 
şikayətlənmək  düzgün  olmasa  da,  hər  halda,  Səfəvilərin  son  dövrü  bu  cəhətdən 
istisna təşkil edir. 
Odur  ki,  ingilis  dilində  olan  mənbələr  və  müxtəlif  səciyyəli  sənədlərdə 
toplanmış  materialları,  ingilis,  Amerika  müəlliflərinin  və  digər  ölkələrin,  o 
cümlədən  Azərbaycan,  Rusiya  alimlərinin  tədqiqatlarının  nəticələrini  müqayisəli 
şəkildə təhlil edərək aşağıdakı nəticələrə gəldik: 
- Səfəvi dövlətinin tarixinə dair məsələlərə bu və ya digər dərəcədə toxunmuş 
tədqiqatçıların  demək  olar  ki,  hamısı  Səfəvi  imperiyasını  Şərqin  qüdrətli,  böyük 
imperiyalarından biri, orta əsrlərdə həm Şərqin, həm də Qərbi Avropanın həyatında, 
Avrasiya  kontekstində  taleyüklü  məsələlərin  çözülməsində  qabaqcıl,  həlledici  rol 
oynamış, bəşəriyyətin  mədəniyyət  xəzinəsinə  qiymətli  töhfələr  vermiş  dövlət  kimi 
səciyyələndirmişlər;  
-
 
müəlliflərin  əksəriyyəti,  Səfəvi  dövlətinin  türk  tayfaları  tərəfindən 
yaradıldığı,  məhz  Azərbaycanın  bu  dövlətin  mərkəzi  olduğu  və  yalnız  sonralar 
müəyyən  obyektiv  və  subyektiv  xarakterli  səbəblər  ü zündən  özünün  qabaqcıl 
mövqeyini əldən verdiyi fikrində yekdildirlər; 
-
 
uzunsürən  Səfəvi-Osmanlı  müharibələri  nəticəsində  Səfəvi  dövləti, habelə 
Osmanlı imperiyasının zəifləməsi Avropa üzərindən «türk təhlükəsini» sovuşdurdu, 
eyni  za manda  Qərbin  müstəmləkəçilik  planları  qarşısında  ciddi  hərbi-siyasi 
maneələri aradan qaldırmaqla, Avropa dövlətlərinin  Ya xın və Orta Şərqdə, habelə 
Hind  okeanı  hövzəsində  müstəmləkə  işğalları  üçün  əlverişli  şərait,  münbit  zəmin 
yaratmış oldu; 
Səfəvi  dövlətinin  ictimai-siyasi  həyatında  yeni  mərhələ  Şah  I  Abbasın 
hakimiyyətə gəlməsi ilə şərtlənir; xarici tarixşünaslıqda Böyük Abbas adlandırılan  
bu  Səfəvi  hökmdarının  şə xsiyyətinə  Səfəvi  dövrünə  toxunmuş  ingilisdilli 
müəlliflər  böyük  diqqət  ayırmışlar.  Lakin  ayrı-ayrı  müəlliflərin  onun şəxsiyyətinə 
münasibəti  mü xtəlifdir:  ehtiramlı  münasibət,  hətta  pərəstiş,  onun  bəzi  sərt 
tədbirlərinə bəraət qazandırmaq istəyindən tutmuş, Səfəvi dövlətinin təməlinə gec 
işə  düşən  partlayıcı  mina  qoyan,  onun  süqutuna  bilavasitə  baiskar  şəxs  imici 
yaratmağadək  mü xtəlif  çalarlı  səciyyələrədək.  Ço xlarının  qənaətinə  görə,  məhz 
Şah I Abbasın, şahzadələrin təcrid olunması metodunu «ixtira etməsi» səbəbindən, 
varislər  ta xt-taca  layiq  olmaq  üçün  zəruri  keyfiyyətlərdən  məhru m,  qeyri-
qənaətbəxş  şəkildə  böyüdülüb  tərbiyə  olunurdular;  digər  tərəfdən,  dövlət 
əyalətlərinin  xassə  torpaqlarına  konversasiyası  prosesinin  I  Abbasın  təşəbbüsü  ilə 
başlanması  fikri  vurğulanır.  Nəzər-d iqqətimizi  cəlb  edən  əsas  cəhət,  bu 
müəlliflərin  demək  olar  ki  hamısının,  Şah  I  Abbas  şəxsiyyətini  birtərəfli, 


367 
 
tendensiyalı şəkildə qiymətləndirməyə meylli olub, bu  görkəmli  Səfəvi  hökmdarının 
müsbət  və  mənfi  tərəflərini,  həyata  keçirdiy i  tədbirlərin  əhəmiyyəti  və  faciəli 
nəticələrini  ko mple ks ş əkildə təhlil et mək niyyətindən uzaq olduqlarını nümayiş 
etdirmələri oldu. Bu növ yanaşma is ə qeyri-məqbuldur; 
- ingilisdilli tarixşünaslıqda daha çox siyasi tarix  məsələlərin tədqiqinə diqqət 
verilməsi,  Səfəv i  dövlətinin  tarixinin  Səfəvi  sülaləsinin  tarixi  qismində 
araşdırılması obyektiv nəticələrin hasil olunması işinə əngəl yaratmışdır;  
-  əksinə  feodal  iqtisadiyyatının  əsasını  təşkil  edən  xırda  kəndli 
təsərrüfatların ın,  Səfəvi  dövrünə  dair  ingilisdilli  tarixşünaslıq  nümunələri  üçün 
xarakterik hallardan biri Şah I Abbasın hakimiyyət dövrünün Səfəvi dövlətinin qızıl 
dövrü,  onun  ölümündən  sonrakı  dövrün  isə  ardıcıl  tənəzzül  dövrü  kimi 
səciyyələndirilməsidir.  Bütün  avtokratiyalarda  stabillik  və  tərəqqinin  eksklü ziv  
olaraq  hökmdardan,  onun  şəxsi  keyfiyyətlərindən  asılı  olduğu  qənaətində  israrlı 
olan  ingilis,  A merika  tarixç iləri,  Şah  I  Abbasın  varislərinin  də  onun  kimi 
bacarıqlı,  qətiyyətli  olub,  möhkəm  əl  siyasəti  yeridəcəkləri  təqdirdə  Səfəvi 
sülaləsinin  tənəzzül  etməyəcəyi  ehtimalında  israrlıdırlar.  Nəzərdən  qaçırılır  ki, 
XVII  əsrin  sonu  -  XVIII  əsrin  əvvəllərində  Ya xın  və  Orta  Şərqin  bir  ço x 
ölkələrində  oxşar  tənəzzül  prosesi,  heç  də,  bir  neçə  onilliklər  ərzində  bütün bu   
ölkələrin  hökmdarlarının öz  sələflərinə nisbətən az  səriştəli  olmağa başlamaları  ilə 
şərtləndirilə  bilməz.  Səfəvi  inzibati-dövlət  maşınında  mövcud  olan  bütün 
qüsurlara  görə  şahların  məsuliyyətini  inkar  etmədən,  qeyd  etmək  lazımdır  ki, 
feodalizmin  sosial  böhranı,  XVII  əsrin  40-c ı  illə rindən  başlayaraq  Səfəvi 
dövlətində hökm sürən əmin-amanlıq, sülh şəraitindən ölkə iqtisadiyyatının inkişafı 
üçün  əlverişli  şəkildə  istifadə  olunmaması,  əsasən  sələmçi  kap italla  bağlı  olan  
dairələ rin  höku mətdə  təmsil  olunması,  habelə  vergilərin  məhsuldar  qüvvələrin 
inkişafına  qeyri-mütənasib  şəkildə  artırılması  səbəbindən  müflisləşməsi; 
avropalıların  əllərində  olan  dəniz  ticarət  yollarının  inkişafı  nəticəsində  karvan 
ticarətinin  tənəzzü lə  uğra ması,  t icarət  yolla rın ın  yerdəyişməsi;  Avropa 
ölkələrində  kapitalist  istehsal  üsulunun,  sənayenin  inkişafı  ilə  əlaqədar  Səfəvi 
dövlətində  istehsalın  və  sənətkarlıq 
məhsulların ın 
xaricə  ixracının  
məhdudlaşması,  habelə  Qə rbi  Avropa  məhsulların ın  id xa lın ın  sürətlə  artması 
səbəbindən  yaranmış  güclü  rəqabət  və  s.  fonunda  köklü  ictimai-iqtisadi 
dəyişikliklə r  edilmədən,  yalnız  möhkə m  ə l  siyasəti  ilə  Sə fəvi  dövlətinin  
mövcudluğunun ancaq müəyyən müddət uzadılmasına nail oluna bilərdi. 
-  ingilisdilli  tarixşünaslıq  nümayəndələrin in  böyük  əksəriyyəti  Səfəvi 
imperiyasının  süqutunda  siyasi  və  ikinci  dərəcəli  subyektiv  faktorları  önə 
çəkdikləri  halda,  A zərbaycan  və  rus  tarixçilərinin  demək  olar  ki,  hamısı  sosial-
iqtisadi a millə ri, habelə Avropa ölkələ rində istehsalın kapitalist üsulunun inkişafı 
və  dünya  ticarət  yollarının  yerdəyişməsi  kimi  beynəlxa lq  əhəmiyyətli  faktorları 
əsas götürürlər. Hərçənd ki, ingilisdilli tarixşünaslıqda Səfəvi dövlətinin tənəzzül 


368 
 
və süqut səbəbləri qis mində sadalanan amillə r, o cü mlədən vəliəhd şahzadələrin  - 
gələcək  şahların  hərə mxana  müh itində  degenerasiyaya  uğraması,  uğursuz  varis 
seçimləri;  Zuhab  sülhündən  sonra  uzun  müddət  sülh  şəraitində  praktikasızlıq  
səbəbindən  ordunun  döyüş  ruhunun  zəiflə məsi  və  mənəvi  düşkünlüyə  düçar 
olması;  xassə  torpaq  formasının  həddindən  artıq  genişlənməsi;  dövlət 
mə mu rla rının  korrupsiya  və  rüşvətxorluğa  hədsiz  şəkildə  qurşanması;  dini 
rəhbərlərin  qeyri-tolerant  hərəkətlə ri,  onların  və  saray  xacələrinin,  xüsusilə,  son 
Səfəvi  hökmda rla rın ın  za manında  dövlət  idarəsi  işində  yaxından  iştirakla rı;  
şahların  qətiyyətsizliy i,  iradəsizliyi,  dövlət  idarəetməsi  sahəsində təcrübəsizliy i, 
bacarıqsızlıq ları;  gürcü  və  əfqan  faktorları;  Nad irqulu  xan  Əfşarın  hakimiyyətə 
can  atması  və  s.  bu  imperiyanın  siyasi  s əhnədən  getməsində  heç  də  az  rol 
oynamamış,  əfqanların  müdaxiləsi  isə  bu  proses  üçün  katalizator  olmuşsa  da, 
bunlar əsla əsas səbəb kimi səciyyələndirilə b ilmə z. 
Əlbəttə,  bütün  bu sadalananlar  adı  çəkilən  prosesdə  böyük  rol  oynamış 
amillə rdir.  Bizim  qənaətimizə  görə,  Sə fəvi  dövlətin in  süqutunu  vətən 
tarixşünaslığında  iqrar  edildiy i  kimi,  sosial-iqtisadi  səciyyəli  səbəblərlə  yanaşı, 
ingilisdilli  tarixşünaslıqda  irəli  sürülən  siyasi,  subyektiv  səciyyəli  amillər  də 
şərtləndirmişdir. 
Ümu mən, ingilisdilli tarixşünaslıq üçün səbəb və nəticə, zərurət və təsadüf 
səciyyəli  məsələlərin qarışdırılması  çox  tez-tez  müşahidə  olunan  haldır  ki,  tədqiq 
etdiyimiz dövrlə bağlı tarixşünaslıq nümunələri də bu cəhətdən istisna təşkil etmir; 
Səfəvi  dövlətinin  süqutuna  gətirib  çıxaran  amillər  sırasında  şah  sarayının 
iddiasız,  prioritetsiz  xarici  siyasəti  və uğursuz  daxili  siyasəti  də  vurğulanmalıd ır. 
Be lə  ki,  Zuhab  sülhündən  sonra  təqribən  bir  əsrədək  müddət  ərzində  işğalçı 
müharibələrin  aparılmaması  Səfəvi  şahlarını  dövlətin  boşalmış  xəzinəsini  yalnız 
vergilərin amansızcasına artırılması hesabına doldurmaq yönündə siyasət aparmağa 
məcbur  etdi  ki,  bu  da  sosial-siyasi  həyatda  öz  mənfi  nəticələrini  verdi.  Əcnəbi 
tacirlərə gömrüksüz ticarət və digər imtiyazla r  bəxş  olunduğu halda, yerli  tacirlərə 
belə şəraitin yaradılma ması; ticarət kapitalının fəaliyyətinin addımbaaddım feodal 
üsul-idarəsinin yaratdığı maneələrlə rastlaşması; tacirlərin əmlak və şəxsiyyətlərinin 
dövlət məmurları, vilayət hakimləri və güclü feodalların özbaşınalıq və hərisliyindən 
qorunmaması; daxili istehsalın stimullaşdırılmaması və s. Səfəvi dövlətinin qorunub 
saxlanılmasını təmin edə biləcək iqtisadi bazanın formalaşmaması ilə sonuclandı. 
Bütün  bunlar,  nəticə  etibarilə,  Səfəvi  dövlətinin  süqutunu  şərtləndirdi  və 
iqtisadi  cəhətdən  daha  yaxşı  təşkilatlanmış  Qərb  ölkə lərinin  Şərqdə  gələcək 
müstəmləkə işğalları üçün əlverişli, münbit zəmin yaratmış oldu. 


369 
 
 
 


370 
 
S U M M A R Y  
An investigation has been made for researching the late period of Safavi 
Empire  -  one  of  the greatest  Turkish  empires  of  Medieval  East,  which  founded 
and  governed  by  Azerbaijan  Safavi  dynasty  —  on  the  foundation  of  English-
language historiography. 
The social, political, economical, cultural, spiritual life, internal situation 
and foreign politics, international trade relations of this state  at the end of XVII 
and beginning  of  XVIII  centuries  are  researching  on  the  basis  data of  number 
facts, which had been elucidating in the  work s of known English and American 
historians,  lik e  L.  Lockhart,  R.  Savory,  V.  Minorsk y,  G.  Curzon,  H.  Haas,  E. 
Browne J. Malcolm, P. Syk es, A. Wilson, R. Frye, S. V. Ben jamin and others. 
In the study also have been researching the reasons of decline and fall of 
Safavi dynasty. 
The  main goal  of  the  research  is the  studying  of  late Safavi period  as a 
single problem  on  the  basis of  critical  analysis  and  comparison of  the  data of 
number  English-language,  Azerbaijanian  and  Russian  historiography  work s, 
generalization and systematization of separate questions of this problem. 
While  solving  separate questions arising  during  the  process of  work   the 
author  took   into  consideration  the  opinions  and  conclusions  made  in 
fundamental  work s  of  prominent  Azerbaijanian  historians  Z.Buniatov, 
O.Efendiev,  Y.Mahmudov,  S.Onullahi,  S.Ashurbeyli,  F.Aliev,  M.Haydarov, 
S.Mamedov,  B.Ahmedov  and  others,  also  Russian  scientists  V.V.Bartold, 
A.E.Krimsk y, I.P.Petroushevsk y, A.P.Novoseltsev, V.N.Leviatov, P.P.Bushev and 
others. 
The limitation of the chronological frames o f this study by the second half 
of  the  XVII  century-the  first  three decades  of  the  XVIII  century  corresponds  to 
the historical realities - the decline and fall of Safavi state. For deeper research 
and track ing reason-consequence following of events, the facts, which are under 
the chronological limits of the subject, also have been investigated. 
This  study,  being  the  first  step  on  the  way  of  complex  at  integral 
researching of  said problems  in  Azerbaijan  historiography,  is at  the  same  time 
the  first  attempt  to  consider  the history of  la te Safavid's  epoch  on the basis  of 
English-language historiography. 


371 
 
Scientific  value  of  this  study  is  researching  pointed  problem  on  the 
back ground of number of most important stages and general problems of world 
history. 
At the same time in view of  the great complexity and multiplan character 
of  the  studied  problem,  author  doesn't  considers  all  the  scientific  conclusions 
made  to  be  final  and  indisputable,  becau ce  further  studying  of  the  primary 
sources,  available  and  still  unavailable,  may  lead  to  the  appearance  of  new 
studies of this problem. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


372 
 
 


373 
 
 


374 
 
 


375 
 
 


376 
 
 
 


377 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


378 
 
 


379 
 
 


380 
 
 
 


381 
 
 


382 
 
 


383 
 
 


384 
 
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


385 
 
 


386 
 
 


387 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


388 
 
 
 
 
 


389 
 
 
 
 


390 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


391 
 


392 
 


393 
 
Müəllif əsərin işıq üzü görməsi üçün öz 
köməyini əsirgəməyən xeyirxah insan- 
hörmətli bibisi oğlu 
RƏFAİL ALLAHYAR oğlu ƏSGƏROVA 
səmimi təşəkkür və dərin minətdarlığını bildirir. 
 
 
 
Rəhimə İltifat qızı Dadaşova 
 
Səfəvilərin son dövrü 
(ingilisdilli tarixşünaslıqda) 
 
 
 
 
Redak or: N.Məmmədli 
Redaktor müavini:Ġ.Zeynalov 
           Texnik i redaktor: R.Ġsmayılov  
Çapçılar: E.Hacıyev, R.Quliyev  
Tərtibatçılar: S.Ġsmayılova, M.Tağıyeva  
Kompüter dizayn: V.Nadirov  
Yığılmağa verilmiş 19.03.2003.  
Çapa imzalanmış 29.06.2003.  
Şərti çap vərəqi 27,5. Sifariş № 534.  
Kağız formatı 60x84 1/16. Tiraj 1000. 
Kitab «Nurlan» nəşriyyat-poliqrafiya müəssisəsində 
hazır diapozitivlərdən çap olunmuşdur. 
Direk tor: N.B.Məmmədli 
Tel: 97-16-32; 27-44-61; 850-311-41-89 
Ünvan: Bakı, İçəri Şəhər, Maqomayev 3, döngə 8/4. 

Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə