R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə171/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   167   168   169   170   171   172   173   174   ...   177

353 
 
R.D.) bir neçə nəsil layiqli xələflər olacağı təqdirdə belə, çətin ki, bu (inkişaf - R.D.) 
alınaydı;  lakin  İranın  (Səfəvi  dövlətinin  -  R.D.)  taleyi  (qisməti)  belə  idi  ki, 
Səfəvilərin sonrakı (I Abbasdan sonrakı - R.D.) nümayəndələrinin əksəriyyəti həm 
hökmdar, həm də insan kimi eyni dərəcədə yaramaz, fərsiz o ldu» (165, s. 408). 
C.Kerzon  özünün  «İran  və  İran  məsələsi»  monoqrafiyasında  hələ  I  Abbas 
dövründə,  ordunun  yaxşı  vəziyyətdə  olduğu  bir  vaxt  hərb  elminin  əsasları, 
incəliklərinin  nəzərə  alınmadığı,  döyüş  taktikasının  öyrədilməsinə  barmaqarası 
münasibət bəsləndiyi barədə yazır və misal olaraq göstərir ki, «1622-ci ilin Hörmüz 
ko mpaniyası  zaman ı  iranlılarla  bahəm  vuruşan  ingilislər,  birincilərin  döyüş 
sənətinin  qayda-qanunlarına  riayət  etmə məsindən  təəccüblənmişdilə r»  (219,  s. 
574).  II  Abbas  dövründə,  1666-cı  ildə  hərbi  qüvvələrə  baxış  keçirilməsini 
müşahidə  etmiş  J.Şarden,  meydandan  eyni  qüvvələrin  10-12  dəfə  keçdiyi  (çoxluq 
təsəvvürü yaratmaq üçün  -  R.D.)  və yerli şəxsin  ona «bizim  ordumuz  yalnız  baxış 
keçidi üçün yaxşıdır, müharibə üçün isə yararlı deyil» deməsi barədə məlumat verir 
(219,  s.  575).  «Ordunun  hərbi  qüdrət  və  əhəmiyyətinin  son  Səfəvi  dövrünün 
vecsiz  şahlarının hakimiyyəti  zamanı  daha böyük sürətlə tənəzzül  etdiyi»  fikrində 
olan  C.Kerzona  görə,  bu  ordunun  nə  dərəcədə  yararsız  olduğu,  xüsusilə,  əfqan 
təcavüzü zamanı «50.000-dən artıq niza mi Sə fəvi o rdusu sayca özündən iki dəfə a z 
olan,  pis silahlanmış, uzunsürən davamlı yürüşdə yorulmuş, zəifləmiş əfqan ordusu 
tərəfindən  biabırçıcasına  məğlub  edildikdə,  ...İran  artilleriyaçıları  hər  birinin  400 
nüvəsi  olan  400  topdan  cəmi  400  əfqan  öldürə  bilmədikdə...»  özünü  bariz  şəkildə 
biruzə verdi (219, s. 575). 
L.Lo khart  ö zünün  «Nadir  Şah»  monoqrafiyasında  göstərir  ki,  Səfəvi 
sülaləsinin  sonunu  yaxınlaşdıran,  onu  böhranlı  vəziyyətə  salan  əsas  səbəb 
monarxların xarakteri idi ki, bu da şah I Abbasın taxt-tacın varislərinə münasibətdə 
yeritdiyi  dağıd ıcı,  mənfi  nəticələr  verən  siyasətlə,  yəni  xələfləri  və  onların 
qardaşlarını  hərəmxanada    saxlatdırmaq,      dünyadan      bixəbər      etmək,      qeyri-
məqbul, məhdud təhsillə kifayətlənməklə şərtlənirdi. «Hərəmxana divarları arasında 
vəliəhdlər  müharibə,  hərb  sənətini  yadırğayır,  degenerasiya  edərək  (mənəvi 
aşınmaya  məruz  qalaraq  -  R.D.)  xacələrin  pozucu  təsiri  altına  düşürdülər. 
Nəticədə,  varisin  ta xt-taca  yiyələnmə k  va xtı  yetişəndə  bu  şəxs  təbii  ki, 
hökmdarlıq  vəzifələrini  yerinə  yetirmək  iqtidarında  olmur,  xacələrin,  əyanların 
diktəsi  ilə  hərəkət  etmək  məcburiyyətində  qalırdı.  Başqa  bir  s əbəb,  ordunun 
getdikcə, ildən ilə zə iflə məsi id i. 1694-cü ildə Sultan Hüseyn şahlığa başlaması ilə 
Səfəvi  sülaləsinin  məhvi  möhürləndi.  Onun 
(şahın  -  R.D.)  xarakteri 
sələflərininkindən  təzadlı  şəkildə  fərqlənirdi.  Belə  ki,  həlim  xasiyyətli,  yumşaq 


354 
 
ürəkli olan bu şəxs hətta hər hansı heyvanın axan qanını gördükdə, böyük təşvişə 
düşərmiş.  Bu  şəxs  qətiyyən  öz  şəxsi  hakimiyyətinin  möhkəmləndirilməsi 
haqqında  düşünmürdü  və demək  olar  ki,  amb isiyalardan  xali  idi.  Qısası,  Su ltan 
Hüseyn taxt-tacdan daha çox rah iblik həyatı üçün yararlı idi» (245, s. 1-2). 
Mançester universitetinin professoru K.Bosvort is ə II Abbasın ölümündən 
sonra  (1666)  Səfəvi  sülaləsinin  tənəzzülünün  açıq-aşkar  xara kter  aldığ ını 
vurğulayır.  Səfəvi  sülaləsinin  süqutunda  böyük  rol  oynamış  əfqanlarla  bağlı 
K.Bosvort  yazır:  «Şərqdə  Səfəvilərin  hakimiyyəti  Əfqanıstanda  Qəndəhara  qədər 
uzanırd ı...  Bu  qatı  sünni  bölgədə  uzun  müddət  ərzində  yetişən  antişiə  əhvali-
ruhiyyəsini  qabaqcadan  sezmək  la zım  idi»  (97,  s.  228).  Lakin  artıq  yuxarıda 
göstərildiyi  kimi,  məzhəb  müxtəlifliyi  əfqanlar  məsələsində,  ambisiyalı  əfqan 
liderlərinin  mübarizəsinin  yalnız  qılafı  kimi  çıxış  edirdi.  Özü  də  bu  aspekt tolerant 
dini siyasət yeridilən dövrlərdə e lə bir  rol oynamırdı, ə ksinə süni Moğollardansa, 
şiə Səfəvilərə daha çox meyl edirdilər. 
L.Lo khart  Səfəvi dövlətinin tənəzzü l səbəbləri a rasında dövlət idarəçiliyi 
sahəsində baş alıb gedən bürokratiya və özbaşınalıq hallarını  xüsusi vurğulamaqla 
yanaşı,  Şah  Süleymanın  (1666-1694)  hökmdarlığı  dövründə  dövlət  işlərinə  real 
nəzarətin demək olar ki, tama milə saray xacələrinin əlinə keçməsi faktını nəzə rdən 
qaçırmamağa  diqqəti  çəkərək  yazır:  «...XVII  əsrin  sonuna  doğru...  dövlətin 
idarəet mə  me xanizmində zə ifliyin art ması getdikcə daha çox  müşahidə olunurdu. 
Hə m İran, həm də Səfəv i  sülaləsi  üçün  çox  faciə li  olan  o  oldu  ki,  ölkənin  idarə  
olunması üçün məsuliyyət daşıyan şəxslər nəinki bu təhlükəni görməyəcək dərəcədə 
kor  oldular,  hə mçinin  onun  qarşısını  almaq  vacib  ikən  vəziyyətlə  bacarmaq  
iqtidarında olmadıq larını nü mayiş etdird ilər» (246, s. 14-15). 
M.Heydərovun qənaətinə görə, XVII əsrin sonu XVIII əsrin əvvəllə rində, 
ümu miyyətlə,  şərq  ölkələrinin,  o  cümlədən,  Səfəvi  dövlətinin  iqtisadi 
tənəzzülünü  iki  fa ktor:  «da xili  fa ktor  -  feodal  istismarının  hədsiz  güclənməsi  - 
feodalların,  sənətkarların  izafi  əmək  və  ticarətdən  gələn  gəlirinə  təcavüz;  xarici 
faktor  -  Avropada  kapitalizmin  in kişafı  nəticəsində  Avropa  -  Asiya  magistral 
yollarının  yerdəyişməsi»  müəyyən  edir  (133,  s.  142).  Müəllif  Səfəvi  dövlətinin  
iqtisadi  tənəzzülünü  şərtləndirən  səbəblər  sırasında  «...dövlət  idarəet mə  
orqanların ın  deqradasiyası;  şahın  vəzir  və  məmurları  arasında  rüşvətxorluğun 
geniş yayılması, pul no mina lın ın enməsi»ni sadalayırsa da, bunların həlled ici  rol 
oynamadığına və daha ço x nəticə olduğuna diqqəti çəkir (133, s. 142). 
Digər  tə rəfdən,  M.Heydərovun  qeyd  etdiyi  kimi,  « XVII -XVIII  əsrin  
hüdudlarında  Səfəvi  dövlətində  gedən  ümu mi  iqtisadi  tənəzzül  fonunda 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə