R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə22/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   18   19   20   21   22   23   24   25   ...   177

47 
 
ilə» razılaşmayan L.İ.Lavrov yazır ki, «bu (yanaşma - R.D.) doğru deyil, belə ki, təbii 
dağıntılar  və  kütləvi qırğınla nəticələnən  xəstəliklər...  iqtisadi,  demoqrafik  və siyasi 
vəziyyətə  böyük  təsir  göstərir»  (137,  s.  65).  Müəllif  araşdır-dığımız  dövr  ərzində 
Səfəvi dövlətinin ərazisində baş vermiş bir sıra təbii fəlakət və epidemiyalar barədə 
məlu mat verir. Məsələn, 1668-ci ilin 13 yanvarında Dağıstan və şimali Azərbaycanda 
böyük  sahəni  əhatə  etmiş  və  dağıdıcı  qüvvə  etibarilə  çox  güclü  zəlzələ  barədə 
məlu mat  verən  L.Lavrov,  yeraltı  təkanların  martadək  təkrarlandığ ı  və  nəticədə 
Şamaxı  şəhəri  və  Saxu r  kəndin in  dağıldığını  göstərir  (137,  s.  67).  Daha  bir böyük 
zəlzələ 1688/89-cu illərdə Dağıstanda baş verir. Etnoqraf alim  L.İ.Lavrov 1677/78-ci 
illərdə  Dağıstanda  taun  xəstəliyinin  yayılması,  bir  neçə  ildən  sonra  epidemiyanın  
yeni dalğasının uzun müddət davam etməsi, «...təkcə lak kəndi Qumukda 500-dən 
çox adamın öldüyü», həmin xəstəliyin 1687/88-ci  illərdə Tabasaranda tüğyan etdiyi, 
habelə  1716/17-ci illərdə Azərbaycanda tüğyan etməsi nəticəsində təkcə Şama xı  və  
onun ətraflarında  70  min ada mın  öldüyü və epidemiyanın Dağıstana da yayıldığı, 
1726-cı  ildə  Rəştdə peyda olmuş  xəstəliyin  dəniz  havası  ilə şimalda böyük ərazilərə 
yayılması barədə də məlu mat verir (137, s. 67-70). 
Səfəvi  dövləti  ərazisində  ərzaq  qıtlığı  ilə  bağlı  qiymətlərin  birdən-birə  qısa 
müddət ərzində dəfələrlə qalxması barədə müxtəlif  müəlliflər  məlumat verirlər. XVII 
əsrin  70-80-ci  illərində  baş  verən  bahalaşmalardan  bəhs  edərkən,  M.Heydərov 
Zəkəriyyə  Əylisliyə  istinadən  1673-cü  ilin  əvvəlində  unun  250  dian,  düyünün  250 
dian, ətin 200 dian, çovdarın 200 diana satılmağa başlaması barədə, habelə 1691-ci 
il  aclığı  zamanı  çovdarın  taxıldan  da  baha  satıldığı,  düyünün  2000  diana  satıldığı 
barədə məlumat verir (133, s. 36-37).  Dian  -  «danq»ın  təhrif  olun muş  formasıdır. 
Danqın abbasiyə nisbəti 7:1 = 10:1 kimi idi; şah Hüseynin dövründə 1 abbası 7 danqa 
bərabər idi (133, s. 35). M.Heydərov qeyd edir ki, «sosial mənşəli səbəblər  üzündən 
baş verən ərzaq qıtlıq ları xüsusilə ciddi və uzunsürən olurdu...» (133, s. 37). 
XVII-XVIII 
əsrlərin  hüdudlarında  kənd  təsərrüfatı  məhsullarının 
qiymətlərinin  xeyli  artması  barədə  Şirvanda  olmuş  Korneli  de  Brüin  də  məlumat 
vermişdir: «Artıq 2-3 ildir ki, yağış olmayıb,  hər  şey dəhşətli  dərəcədə  bahalaşıb... 
(adətən) 2 sola (1681-ci ildə 21,25 sol = 1 böyük abbasi - R.D.) olan çörəyə görə indi 
10 sol ödəyirlər; qalan ərzaq ların qiy mətləri də elə bu səviyyədə qalxıb» (16, s. 
42; 133, s. 38). 
Ümumilikdə  isə,  ərzaq  məhsullarının  bahalaşması  təkcə  quraqlıqla  deyil, 
Səfəvi  dövlətində  araşdırdığımız  dövrdə  feodal  iqtisadiyyatının  tənəzzülü  ilə  
şərtlənirdi:  «güclənmiş  feodal  istismarı  kəndlilərin  öz  yerlərini  qoyub  qaçmasına 


48 
 
səbəb olurdu  ki,  bu  da  öz  növbəsində  əkinlərin  və  heyvandarlığın  məhvinə  gətirib 
çıxarırdı»(133, s.38). 
Səfəvi  dövlətində  korrupsiyanın  s əviyyəsi  və  iqtisadi  böhranın göstəricisi 
kimi,  1717-ci  ildə  vergilərin  və  qiymətlərin  artırılması  və  xa lq  kütlə lərinin  buna 
qarşı  etiraz  aksiyalarını  göstərmək olar. P.Buşevin yazdığı kimi, «21 aprel - 4  may 
(1717)  arasında  baş  verən  hadisələr  mərkəzi  hakimiyyətin  laxladığını,  da xildəki 
sosial-siyasi  ziddiyyətlərin  və  əhalinin  nara zılığın ı  nü mayiş  etdirdi»  (102,  s. 
106). 
A.Volınski  24  aprel  tarixində  öz  jurnalında  yazırdı:  «Burada,  İsfahanda 
(Qispoqan)  qiyam  (rebelion)  qalxıb,  əvvəlcə  kasıblar  qalxdılar,  onlara  is ə  lütlər 
qoşuldular; ona görə ki, çörəyi çox baha qiymətə satırlar... Əvvəllər çörəyin batmanı 
(Təbriz  batmanı  -2,969kq,  şah  batmanı  -  5,939kq  bərabərdir  -  R.D.)  4  a ltına  (3 
qəpik) id isə, indi 4 qrivno (10 qəpik) olmuşdu. Ətin batmanı 5  altın idisə, indi 6-8 
qrivnaya qalxmışdı. Taxıl (1 batman) 2 qrivnaya idisə, indi 8 qrivna olmuşdu» (32, s. 
157 ob; 102, s.157 ob.). 
Bu  qiyam  -  çörək  qiyamı  haqda  məlumat  verən  A.Volınski  əhalinin  
İsfahanda ərzaq sursatları və  istehsal olunan parça üzərində öz inhisarını bərqərar 
etmiş iqtidar sahibləri tərəfindən hədsiz dərəcədə qarət olunduğunu göstərir. «Bütün 
xərc (xarc - burada ərzaq - R.D.), habelə ən yaxşı parçaları satmaq bunların  istehsal  
olunduğu  zavod    və    müəssisələrin    sahiblərinə  qadağan  edilib.  Bütün  bunları 
Etimadül-Dövlə  (Extema-Dovlet)  adından  alıb-satırlar,  ...başqaları  yaln ız  ondan 
alıb-sata bilərlər, kimsə (başqa yerdən) gətirərsə, bunu satın alanlara satmalıdır, o  
(sonuncu  -  R.D.)  isə  öz  növbəsində  bunları  şəhərdə  reallaşdıracaqdır»(102,s.  106-
107). 
Təbii  ki,  ac lıq  şərait ində  belə  ticarət  sistemi  çörəyin  qiy mətinin  daha da 
bahalaşmasına və  geniş  əhali  kütləsinin  narazılığına  səbəb  olur.  A.Volınski  çörək 
qiyamının  yaratdığı  rezonans  barədə  belə  yazır:  «(Qiyam  barədə)  eşidəndə  şah 
qiyamçıları dilə gətirmək üçün divanbəyini göndərir, lakin onu daş-qalaq edirlər. Sonra 
isə şahın evinə (sarayın qarşısına - R.D.) əlində ağac çubuq və daşlar olan 3000-nə  
yaxın adam gəlib darvazanı sındırırlar. Şah hərəmxanada gizləndi və onlar (hücum 
çəkənlər  -R.D.)  oraya  getmədilər:  Həmin  gecə  (şah)  3-4  nəfərlə  yeni  qala  olan 
(saray - R.D.) Fərəhabada (Farabat) mürə xxəs oldu» (32, s. 158; 102, s. 107). 
Çox  maraqlıdır,  çörək  alverçilərindən,  yəni  yaranmış  vəziyyətin  əsl 
günahkarlarından diqqəti  yayındırmaq  məqsədilə  paytaxt  İsfahanda belə bir  təbliğat 
aparılır  ki,  guya  çörəyin  bahalaşmasına  baiskar  məhz  «kafir  elçilər»dir.  Belə  ki, 
A.Volınskinin  yazdığına  görə,  onun  missiyasının  şəhərə  ərzaq  almaq  üçün 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə