R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə20/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   16   17   18   19   20   21   22   23   ...   177

42 
 
XVI  əsrin 
II  yarısı  -  XVII  əsrin  I  yarısmda  İngiltərən in  
Şərqdə 
ticarət-iqtisadi 
siyasətinin 
araşdırılmasına 
B.Əhmədovun 
bir 
neçə 
müvəffəqiyyətli 
tədqiqat 
işi 
həsr 
olunmuşdur 
(89.111). 
Onun 
araşdırmalarında 
irəli 
sürülən 
mülahizələr 
və 
qət 
edilən 
nəticələrdən 
bizim 
tədqiqat 
işimizdə, 
yeri 
gəldikcə 
istifadə  
olunmuşdur. 
Fuad Əliyev özünün «XVIII əsrin I yarısında Azərbaycanda antiiran çıxışlar 
və  türk  işğalına  qarşı  mübarizə»  (80)  əsərində  Səfəvi  dövlətinin siyasi,  iqtisadi, 
sosial həyatına  dair  çox  maraqlı  məlu matlar  verir,  xüsusi  tədqiqat  obyekti  olaraq, 
Azərbaycan xalq ının XVIII əsrin 20-40-c ı illərində Osmanlı işğalına qarşı apardığı 
mübarizə  hərəkatını  təhlil  etmiş,  Rusiyadakı  zəngin  arxiv  materiallarına,  mü xtəlif 
mə xə zlərə,  həmçin in  sələflərinin  əldə  etdikləri  nəticələrə  istinad edərək,  mövzunu 
kompleks şəkildə işləmişdir. Əsərdə Bakının ruslar tərəfindən zəbt edilməsi (80, s.57-
62),  Rusiyaya  meyllər  ətraflı  şəkildə  tədqiq  edilmişdir.  Osmanlı  ordusunun  1723-
1725-ci  illərdə  irəlilə məsinə  qarşı  Azərbaycan  xalqının  mübarizəsi  diqqətlə 
işıqlandırılmış,  lakin  bu  hərəkatın  sonrakı      illəri      müəllifin      nəzər-diqqətindən   
kənarda   qalmışdır. F.Əliyevin digər əsərlərində (81, 82. 112, 113) də mövzumuzun 
mü xtəlif aspektlərinə dair materiallar vardır. 
Osmanlı  qoşunlarının  yürüşlərinə  qarşı  Qafqaz  xalqlarının  birgə  çıxışları 
azərbaycanlılar və ermənilərin qarşılıqlı tarixi əlaqələrinin öyrənilməsi konteksində öz 
geniş əksini S.Məmmədovun (152-154, 156) əsərlərində tapmışdır. 
M.  Heydərovun  Səfəvi  dövlətinin  iqtisadi,  sosial  vəziyyəti  ilə  bağlı  maraqlı 
tədqiqatları da xüsusi qeyd olunmalıdır (131,  132).  Xüsusilə onun sonuncu əsərində 
(133)  Səfəvilərin  son  dövründə  iqtisadi  vəziyyət,  ticarət  əlaqələrinə  dair  maraqlı 
məlu matlar çox saydadır. 
Azərbaycan  tarixşünaslığında  Səfəvi  dövlətinin  erkən  və  orta  dövrlərində 
siyasi,  iqtisadi,  sosial,  mədəni  həyatının,  ticarət,  kənd
 
təsərrüfatı,  sənətkarlıq 
məsələlərinin,  xarici  və  daxili  siyasətinin  araşdırılması  ilə  yuxarıda  adları 
sadalananlardan  əlavə  bir  sıra  tədqiqatçılar,  o  cümlədən  S.Aşurbəyli  (85.  86,  88), 
Ə.Ciddi  (106a),  Ş.Fərzəliyev  (116),  Z.Həsənəliyev  (129),  D.Həsənzadə  (130), 
A.Hüseynov  (136a),  X.Qambayzadə  (127)  A.Quliyev  (136),  R.Muğanlinski  (160), 
T.Musəvi (161, 162), S.Onullahi (173), Ə.Rəcəbli (185), Ə.Rəhmani (186, 187) və b. 
məşğul  olmuşlar.  Ba xmayaraq  ki,  Səfəvi  dövlətinin  tənəzzül  və  süqut  dövrü 
Azərbaycan  tarixşünaslığında  ayrıca  mövzu  kimi  işlənilməmişdir,  ümumiyyətlə, 
Səfəvilərin  son  dövrünün  ayrı-ayrı  məqamlarına  dair  tədqiqat  işləri  yox  deyildir: 
H.Abdullayev  (77,  78),  S.Aşurbəyli  (87),  Ə.Əbdürrəh manov  (79),  F.Əliyev  (80-
82,112,  113),  F.Hacıyev  (117),  M.Heydərov  (133),  A.Qu liyev  (136), 


43 
 
G.Məmmədova  (155),  Q.  Məmmədov  (151),  T.Mustafayev  (163-164),  Ə.Rəcəbli 
(185),  L.Yunusova  (201-203)  və  b.  öz  əsərlərində  həmin  dövrün  müxtəlif 
problemlərinə bu və ya digər dərəcədə toxunmuşlar. Əlbəttə, XIX əsrin ensiklopedik 
biliyə  malik  alim,  görkə mli  A zərbaycan  tarixç isi  Abbasqulu  ağa  Bakıxanovun 
monumental əsəri olan «Gülüstani-İrəm» (2, 2.1) xüsusi qeyd olunmalıdır. Bu əsərdə 
A.Bakıxanov  qədim,  orta  əsrlər  və  öz  dövrünün  mənbələrinə  istinadən  Şirvan və 
Dağıstanın  ən  qədim  zamanlardan  1813-cü  ilədək  olan  tarixini  izləmişdir:  təbii  ki, 
əsərdə  bütövlükdə  Səfəvilər  dövrünə  dair  olduqca  maraqlı  məlu matlar  vardır. 
Z.Bünyadovun göstərdiyi kimi: «A.A.Bakıxanovun «Gülüstani-İrəm» əsəri yarandığı 
dövr  üçün  unikal  olub,  bizim  dövrümü zdə  də  öz  əhəmiyyətini  itirməmişdir; 
A.A.Bakıxanovun zəkası, ensiklopedik istedadı Azərbaycan tarixçilərinin hal-hazırki 
nəsli üçün də təqlid nümunəsi olmalıdır» (99, s. 8). 
Tədqiqat  prosesində  toxunulan  problemlərin  ümu miləşdirilməsi  baxımından 
Səfəvi  tarixşünaslığını  yeni  faktlar,  nəticə  və  mülahizələrlə  xeyli  zənginləşdirmiş 
Azərbaycan tədqiqatçılarının əsərləri olduqca əhəmiyyətli olmuşdur. 
Səfəvi  dövləti tarixinin  ayrı-ayrı  aspektləri  rus tarixçilərinin  də  diqqətindən 
kənarda qalma mışdır. XIX əsrin böyük rus tarixçisi Sergey Solovyovun «Ən qədim 
zamanlardan  bəri  Rusiya  tarixi»  (191)  əsərində  Rusiya-Səfəvi  münasibətləri 
kontekstində  Səfəvi  tarixşünaslığına  dair  xeyli  materiala  rast  gəlinir.  Bizim 
araşdırdığımız  dövrlə  bağlı  məlumatlar,  əsasən,  adı  çəkilən  əsərin  XVIII  cildində 
toplanmışdır. S.Solovyov Rusiyanın Xəzərboyu regionunda yeritdiyi siyasətə, onun 
Osmanlı  imperiyası  ilə  qarşılıqlı  əlaqələrinə  xüsusi  diqqət  vermişdir.  Lakin 
S.Solovyov 
Azərbaycanı, 
Rusiya-Osmanlı  ziddiyyətlərin in  əsas  düyün 
nöqtələrindən  biri  kimi  qəbul  etmir  və  ümu miyyətlə,  başqa  oktyabr  inqilabına 
qədərki tarixçilər  kimi, Azərbaycan məfhumu yerinə «İran torpağı» ifadəsini işlədir, 
azərbaycanlıları isə gah fars, gah da türk adlandırır. 
XIX  əsr  rus  tarixşünaslığında  Səfəvi  dövlətinin  son  dövr  tarixinə  dair 
diqqətçəkən  ədəbiyyat  1869-cu  ildə  nəşr olunmuş  «1722-c i  ildən  1803-cü  ilədək 
Qafqazın  yeni  tarixinə  dair  materiallar»  (100)  adlı  üç  cildlik  əsərdir  ki,  onun 
müəllifi  1796-1797-ci  illərdə  imperatriçə  II  Yekaterinanın  təşəbbüsü  ilə  həyata 
keçirilən  general  V.Zubov  ekspedisiyasının  iştirakçısı  olmuş  P.Q.Butkovdur  (1775-
1857). Müəllif ö mrünün on iki ilini (1791-1803) Qafqazda keçirmiş və Azərbaycanın 
XVIII əsrdə siyasi və iqtisadi vəziyyətinə dair zəngin mə lu mat vermişdir. Oktyabr 
çevrilişinə  (1917)  qədərki  rus tarixşünaslığında  bizi  maraqlandıran problemlərə  dair 
məlu matlar  A.E.Krımskiy  (128).  P.P.Melqunov  (157),  M.N.Sobolev  (190)  və  b. 
əsərlərində yer almışdır. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə