R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə23/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   19   20   21   22   23   24   25   26   ...   177

49 
 
göndərilmiş nökərinin rus elçiliyindən olduğunu bildikdə, «onu öldürmək istəyiblər 
və  deyiblər  ki,  elçi  (burada  A.Volınski  -  R.D.)  bura  gələn  kimi  çörək  onun 
ucbatından... bahalaşıb» (32, str. 158 ob.). 
Gilan əyalətində 1717-ci ildə baş vermiş qiyam XVII əsrin sonu XVIII əsrin 
əvvəllərində  şah  Sultan  Hüseynin  həyata  keçirdiyi  vergilərin  artırılması  siyasətinə 
narazılıqdan irəli gəlirdi. Belə ki, «XVII əsr ərzində kəndlilər, sənətkarlar və tacirlər 
üzərinə qoyulmuş vergilər yavaş-yavaş, aramla artırılırdı, 1698-1701-ci illər ərzində 
isə bunlar  birdən-birə  2-3  dəfə  artırıldı...  Bundan  əlavə  3  yeni  vergi növü  («XVIII 
əsrin I yarısında renta və verginin natural forması əsas formalar idi» - 138, s. 26) təsis 
olundu» (123, s. 306). 
Hər  ha lda  qiya mla r  şah  hökumətin i  gələcə k  addımları  atarkən  daha 
ehtiyatlı  olmağa  məcbur  edird i.  Belə  ki,  ölkənin  hərbi  cəhətdən böhran  keçirdiyi 
zaman  Bəhreyndə,  Xorasan  və  Heratda  hərbi  uğursuzluqlar  fonunda  şah  yanında 
keçirilən  şurada  «qoşun  toplanması  məqsədilə  bütün  ölkə  miqyasında  adi 
vergilərdən  əlavə  350000  tümən  miqdarında  əlavə ödənc» tətbiq  edilməsi      qərara   
alınırsa   da,   A.Volınskinin   yazdığına   görə, «...nanəcib  xalqın hər yanda qiyam 
qaldıracağından  ehtiyatlanaraq, həmin  məbləği  təbəələrdən deyil, senat  (burada Ali 
şura  -  R.D.)  üzvlərindən,  əyalətlərdə  xanlardan  və  hakimlərdən,  bütün  əyanlardan, 
habelə  tacirlərdən  toplamağı  qərara  alırlar»  (32,  s.  270-273  ob.).  Xorasana  özbək 
hücumlarından ehtiyatlanan şura qərara gəlir ki, «Məşhəddəki əsas məscid (imam Rza 
məqbərəsi  -R.D.)  və  şah  evindəki  qızıl  və  digər  (qiymətli)  şeyləri  yığışdırıb,  bura 
İsfahana  gətirmək»  lazımdır  (32,  s.  271).  P.Buşev  göstərir  ki,  bu  addımların  
atılmasına  səbəb  «şah  xəzinəsinin  acınacaqlı  maliyyə  vəziyyəti...,  əhalinin  vergi 
ödəmə  qabiliyyətinin  aşağı  səviyyəsi  və  vergilərin  yığılmasına  fəal  şəkildə 
müqavimət göstərməsi» idi (102, s. 163). 
Y.H.Cəlalyan  vergilərlə  bağlı  yazır:  «Hakimiyyətinin  onuncu  ilində  (1704  - 
R.D.)  şah  Sultan  Hüseyn  əhalinin  siyahıya  alınmasının  keçirilməsi  haqqında  əmr 
verdi (Qeyd etmək lazımdır ki, siyahıyaalma ölkədə güclü iqtisadi tənəzzüldən sonra 
baş verdi  -R.D.)  ...Beləliklə  onun  (şahın)  məmurları  hakimiyyətə sədaqətli  adamlar, 
mirzələr,  katiblər  yaşı  15  və  ondan  yuxan  olan  bütün  adamlan  düzgün  və  heç  nə 
gizlətmədən  qeydiyyata  almaq  üçün  yola  düşdülər.  O  (şah), tərkibində həmçinin hədə 
olan şah fərmanı verdi: «Kim  ...  gizlənmiş şəxsi tapıb, onun  barəsində şaha  məlumat 
verərsə, gizlənənin başı şaha, əmlakı isə onu tapana çatacaq»» (6, s. 18). 
Daha  sonra  Y.H.Cəla lyan  göstərir  ki:  «...Monastır,  ...kənd  kilsələri, 
yepiskop,  monax,  iyerey  və  ümumiyyətlə  hamı  daxil  olmaqla  siyahıya  alınırdılar. 
Bu  bitdikdən sonra onlar  tacirləri,  səyyahları...  siyahıya  almağa  başladılar...  Ha mı 


50 
 
siyahıya  alındıqdan sonra onları  (siyahıları)  şaha göstərdilər.  Siyahıdakılar  üzərinə 
əvvəlki  ilə  müqayisədə 3 qat artıq vergi təyin edildi. Kilsə xadimlərinin üzərinə də 
həmçinin  vergi  qoyulur,  halbuki  əvvəllər  bunu  etmird ilə r;  bir  də  ki,  onlara   adi 
adamlara  nisbətən  10  dəfə  çox  vergi  təyin  olunur.  Siyahıyaalma  zorla  3  il 
müddətinə  başa  çatır...  Əmr  olunur  ki,  əhalidən  (adambaşından)  ötən  3  il  üçün 
yeni ölçü ilə vergi toplanılsın... Təbrizdə bulunan Atrpatakan vəziri Mirzə Tah ir 
adlı  birisi  1100  kişi  ilə  Qarabağ  ölkəsinə və  Gəncə şəhərinə gəlib qəbul olunmuş 
məbləğdən də çox vergi qoparmağa başladı. Ordu siyahıya salınmış mü xt əlif vilayət 
və  kəndlərə  səpələnir.  Vergi  həddindən  artıq  olduğundan,  ödəmək  (dözmək) 
mü mkün  deyildi,  odur  ki,  əhalini  incidir,  əzab  verir,  döyməklə  istədikləri  qədər 
qoparırdılar» (6, s. 19). 
«Hər  il  üzərinə vergi  qoyulmuş  əhali  yenidən sayılırdı,  vergi toplayanlar  isə 
gəlib, səliqə  ilə  vergiləri  yığırdılar.  Daha  sonra  apikuran  (abikuran  -  suvarmadan 
istifadə  üçün  tətbiq  olunan  vergi)  adlanan,  həmçinin  şahzadi  ixracat  (şahzadeyi-
ixracat -şahzadələrin xərclərini ödəmək ücün vergi) vergisi, bir qədər sonra şeş dinar 
adlı  vergi  (6  dinar  həcmində  vergi  -  təyinatı  qeyri-məlumdur)  əlavə  olunur.  Bu 
vergiləri 3 dəfə artırırdılar. 
Bütün  bunlardan  sonra  şah  fərman  verir  ki,  bütün  vilayət,  kənd  və 
qəsəbələrdə torpaq, su, bağ, otlaq, ağac və digər əkinlər, bir sozlə, insana vacib olan 
hər  bir  şey  siyahıya  alınsın...  Eyni  zamanda  tərəkəmə  tayfaları  (köçəri  türkmən 
tayfaları) da siyahıya alınır. Siyahıya onların otlaq yerləri, at və digər heyvan sürüləri 
də salın mışdı. 
Bütün  bu  sadaladıqlarımız  yeni  soyğunçuluq  oldu,  belə  ki,  əvvəllər  təyin 
edilmiş vergilərə əlavə olunmuşdu və qeyd etmək lazımdır ki, əwəlki vergilər də çox 
ağır idi, indi isə yükü azaltmaq əvəzinə, üzərinə daha çox əlavə olundu» (6, s. 20). 
Ümu miyyətlə,  XVII  əsrin  II onilliyi  ərzində  Səfəvi dövləti  ərazisində həyata 
keçirilən vergi siyasəti ilə əlaqədar məlumatlara ən ço x  Y. H.  Cəlalyanın  əsərində 
rast  gəlinir.  Be lə  ki,  Y.H.Cəlalyanın  yazdığı  kimi:  «...İran  dövlətində  qəbul 
olunmuş  qaydaya  görə,  bütün  şəhər  və  vilayətlərə  hakim  və  hərbi  rəislər  -  xan, 
sultan, qulbəyi, vəzir, darğa və tiyuldar təyin olunurdu. Əvvəllər... onlar o qədər də 
asan dəyişdirilmir  və  vəzifələrindən uzaqlaşdırılmırd ılar...  indi  is ə  bu  şahın  (şah 
Sultan  Hüseyn)  dövründə  ayrı  qayda-qanun  bərqərar  olundu.  Şah  və  onun 
nazirləri  haramzada  olub,  onları  (vəzifəli  şəxsləri  -  R.D.)  tez-tez  dəyişirdilər:  1  il 
ərzində eyni şəhərə 2 və ya 3 hakim bir-birinin ardınca göndərilirdi. Öz vəzifəsini 
pulla  əldə  etmiş  bu  şəxslər  yerlərdə  hər  hansı  ədalət  hissindən  uzaq,  xalqın 
hüquqlarını saya salmadan öz təbəələrini qarət edir, soyurdular» (6, s. 20). 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə