R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə16/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   12   13   14   15   16   17   18   19   ...   177

34 
 
«Arilər ölkəsi» ilə yaxından tanış edir, bu qədim və  zəngin tarixə  malik ölkənin  
möhtəşəmliy i  önündə  öz  valehliy ini  biruzə  verir.  Diqqətimizi  çəkən  
məqa mlardan  biri,  Oksford  professorunun  İranla  Amerika  arasında  paralellər 
a xtarmaq  istəyi  oldu.  Müəllif  ya zır:  «Ari  İran  və  A me rikan  mədəniyyətləri 
arasında  qohumluq  dillərinin  o xşarlığ ı  və  bir  ço x  fars  sözləri  ilə  ü mu mi  kö klü  
olmasından bilin ir: padər «fazə»;  madər və bəradər « mazə» və «brazə», du «tu» 
və  şeş  «siks»  sözlərinə  uyğun  gəlir...  Ya xınlıq  hətta...  təmiz  iranlılar  və  tipik 
ame rikan və ya ingilislərə  xas başın uzunluğu (long heads), uzunsov gözlər (level 
eyes),  hündür  alın  və  düz  burunda  da  özünü  göstərir...»  (232,  s.11).  Bunun 
ardınca daha «müəmmalı» yaxın lıqlar, paralellər (atlara və at sürməyə məhəbbət, 
qonaqpərvərlik,  səmimilik,  açıq  mə kanları  sevmək,  mistikaya  ina m,  isti  içkilərə  
mey l və s.) sezən müə llif A merikanı İran irsi ilə ya xın laşdırmağa ciddi-cəhd edir. 
E.Qroseqloz  «Kraliçə  Ye lizavetanın  (Tüdor  -  R.D.)  müasiri  Böyük  Şah 
Abbası  və  Nadiri»  Əhəməni  hökmdarı  Dara  və  260-cı  ildə  Ro ma  imperatoru 
Valerian ı  əsir  götürmüş  Sasani  hökmdarı  Şapurla  birlikdə  İranın  tarixində 
görkəmli yer tutan şəxslər sırasında sadalayır (232, s. 18). 
ABŞ-ın İrandakı elçisi S.Bencaminin  «İran» əsəri (213) 1887-ci ildə Nyu-
Yo rkda  işıq üzü görmüşdür. Kitabın nəşr olunduğu dövr elə bir vaxt  idi  ki, qərb  
oxucusu  İran  haqqında  kifayət  qədər  məlu matlı  deyildi,  istifadəsində  olan 
mə lu matla r  isə  qırıq-q ırıq  olub,  heç  də  həmişə  doğru-dürüstlüyü  ilə  seçilmird i. 
XIX  əsrin  sonunda  Irana  dünya  kapitalmın  marağının  art ması  fonunda  bu  növ 
mə lu matsızlığın,  boşluğun  aradan  qaldırılması  tələb  olunurdu  ki,  S.Bencamin  də 
sıravi  oxucunun  başa  düşəcəyi  sadə,  anlaşıqlı  tərzdə  bu  ölkən in  -  əfsanəvi 
qəhrəmanla r 
dövründən  Fətəli  şah  Qacarın  (1797-1834)  hakimiyyətə 
gəlməsinədək olan dövr tarixini əks etdirməyə cəhd göstərmişdir. Kitabın ön sözündə 
«bu  kitab  İranı necə varsa, eləcə,  olduğu  kimi  təsvir  etmək  məramı  daşıyır»  (213, 
s.5) deyən amerikan müəllif Səfəvi sülaləsinin tarixi üzərində xeyli dayanır, Səfəvi 
dövlətinə daha çox d iqqət ayırsa da, Azərbaycan dövlətinin tarixinin b ir çox vacib 
məqa mlarını  ya  özünün  iranpərəstlik  meyli  ucbatından  və  ya  qəsdən  diqqətdən 
kənarda saxlayır, nəzərə çatdırmır. 
Məşhur  ingilis  arxeoloqu,  numizmat  və  şərqşünas-tarixç isi  S.Len-Pulun 
1894-cü  ildə  işıq  üzü görmüş «Müsəlman  sülalələri  »  (243)  əsəri  XIX  əsrin  güclü 
inkişaf  edən  şərqşünaslıq  və  Şərq  numizmatikası  elmlərinin  son  nailiyyətləri 
əsasında yazılmış olaraq, Səfəvi dövlətinin tarixinin öyrənilməsində müəyyən maraq 
kəsb  edir.  Şübhəsiz  ki,  bu  əsər  bir  sıra  kəm-kəsirlərinə,  qeyri-dəqiqliklərinə 
baxmayaraq,  şərqşünaslıq  elminin  inkişafında  hissolunacaq  rol  oynamış  oldu, 


35 
 
P.Qryazneviçin  sözləri  ilə  desək,  «...(kitab)  ilk  dəfə  ola raq  müs əlman  Şə rqi 
tarixin in  xronoloji  məhək  daşını,  özəyini  bərpa  edir  və  artıq  bir  neçə  onillik 
ərzində  müsəlman  dünyasının  yüz  əlliyə  yaxın  daha  əhəmiyyətli  sülalələrinin 
xronologiya və genealogiyası  üzrə  ziddiyyətli  məlu matlar  burulğanında əsl  bələdçi 
qismində xidmət göstərir» (135, s.7). 
S.Len-Pul Səfəvilər sülaləsi haqqında məlumatı Əfşarlar, Zəndlər, Qacarlar, 
Əfqanıstan  hökmdarları  ilə  birlikdə  (92-96-cı  fəsillər)  «İran  şahları  (907-
1311/1052-1893)»  başlığı  altında  yerləşdirmiş,  Səfəvilər  ü zərində,  müqayisəcə 
daha  çox  dayanmışdır.  Qeyd  etmək  lazımdır  ki,  bu  sülalənin  genealogiyası, 
özündən  əvvəlki  digər  Azərbaycan  sülalələri  ilə  müqayisədə  daha  dəqiq  əks 
olunmuşdur. 
Səfəvi  dövlətinin  tarixşünaslığmda  əhəmiyyətli  işlərdən  biri  də  E.Braunun 
1802-ci ildə işıq üzü görmüş «Müasir İran ədəbiyyatı tarixi (1500-1924)» (215) adlı 
əsəridir. Bir neçə dəfə təkrar nəşr və yeni işləmələrdən sonra bu çoxcildlik əsər «İranın 
ədəbiyyat tarixi» adı ilə 1928-ci ildə çap olunub. Xeyli sayda istər orijinal, istərsə də 
tərcümə  olunmuş  halda  olan  ilkin  mənbələr  əsasında  E.Braun  İran  və  fars 
mədəniyyətinin  təsiri  altına  düşmüş  ölkələrdə  ədəbi  fikrin  inkişafın ı  (hə m  nəsr, 
həm  də  poeziya  sahəsində)  əsaslı  şəkildə  işıqlandırmışdır.  Bu  əsərin  önəmi 
ondadır  ki,  ədəbiyyatın  başlıca  tədqiqat  mövzusu  olmasına  baxmayaraq, 
qarşısına  qoyulan  vəzifənin  daha  əhatəli  həlli  məqsədilə  müəllif,  müvafiq  
dövrlərin tarixi hadisələrinin  kifayət qədər geniş icmalını vermişdir. Bu  mənada 
bizim  üçün  xüsusi  maraq  kəsb  edən,  adı  çəkilən  əsərin  II  kitabımn  I  hissəsində 
(«Son dörd əsr ərzində İran tarixinin ümu mi cizg iləri», «Səfəvi sülaləsi haqqında 
bəzi  vacib  mülahizə lər»)  Sə fəvilər  sülaləsi,  onun  bərqərar  olması,  tərəqqi  və 
tənəzzülü ba rədə əhəmiyyətli fikirlə rdir.  V.Barto ldun düzgün olaraq qeyd etdiyi 
kimi,  «E.Braunun  «İranın  ədəbiyyat  tarixi»  əsəri,  müəyyən  dərəcədə  İranın 
nəinki  mədəni,  həmç inin  siyasi  tarixinə  dair  əsər  kimi  qəbul  edilmə lidir»  (93, 
s.322).  Müəyyən  qeyri-dəqiqliklərinə  baxmayaraq  V.Bartoldun  fikrincə,  «...bu 
əsərin  elmi  əhəmiyyəti  əhatə  etdiyi  materialların  miqdarı  və  diqqətə  çatdırılan  
nəzər-nöqtələr et ibarilə fövqəladə dərəcədə böyükdür» (93, s.324). 
C.Ma lko lm  (247,  248)  və  P.Sayksın  (269,  270)  mü xtə lif  məsələlər,  o 
cümlədən  Səfəvi  dövlətinin  d iplo matik  və  ticarət  əlaqələrinin  tədqiqinə  həsr 
olunan  əsərlərinin  xü lasəsinə  gəlincə,  bu  əsərlərdə  bizi  maraq landıran  dövrdə 
Səfəvi  dövlətinin  İngiltərə  ilə  münasibətləri,  İngiltərən in  Şərqdə  yeritdiyi 
müstəmlə kə  siyasəti  və  s.  barədə  əhəmiyyətli  fa ktiki  materia l  və  maraqlı 
müşahidələr  diqqəti  çəkir.  Bir  sıra  məsələlər,  o   cü mlədən  İngiltərənin  Şərq  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə