R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə15/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   11   12   13   14   15   16   17   18   ...   177

32 
 
gəlir  ki. «şiəlik, nəin ki təkcə iki yüz iyirmi iki  illik Səfəvi hakimiyyəti dövründə, 
hətta  bizim  günlərədək  ö zünün  müqavimət  (mü xalifət)  ətri,  əhval-ruhiyyəsi  ilə, 
əzabkeşliyi,  üsyankarlığı  ilə  İran  xarakteri  ilə  uyarlı  cütlük  təşkil  edir»  (250, 
s.256). 
V.M inorskinin  səfəvişünaslıq  sahəsində  ən  böyük  xid mətlə rindən  biri, 
anonim  müəllifin  «Təzkiratül-Mülü k»  (250a)  əsərini  ingiliscəyə  tərcümə  etməsi 
olmuşdur.  Bu  tərcüməyə  ön  söz  yazmış  və  izahlar  etmiş  V.M inorski  Səfəvi 
inzibati  idarəet məsi  haqda  olan  bu  qiymətli  mənbəni  dünya  miqyasında 
tanıtmışdır. 
Səfəvi  dövlətinin  tarixinə  dair  ən  məşhur  əsərlər  sırasında  Toronta 
Universitetinin  professoru  Rocer  Seyvorinin  «İran  Səfəvilərin  hakimiyyəti 
altında»  (264)  əsəri  və  «Səfəvi  İran ının  tarixinə  dair  hekayələr»  (265)  ad lanan 
məqa lələ r  toplusu  xüsusi  yer  tutur.  Bu  əsərlərdə  müəllif  mü xtəlif  mənbələr  - 
Qərbi  Avropa  və  Amerika  tarixşünaslığında  toplanmış  fakt iki  materiallardan  v ə 
şərq  mənbələrindən  istifadə  edərək  Səfəvi  dövlətin in  yaranışı,  dövlət  quruluşu, 
hüquqi  və  inzibati  idarəçiliyi,  xarici  siyasət  məsələlərini,  xüsusilə  Qərblə 
əlaqələrini 
geniş 
işıqlandırmış, 
sülalənin 
mövcudiyyatının 
mü xtəlif 
mə rhələ lərində sosial,  iqtisadi, siyasi tarixin i, intelle ktual həyatını a raşdırmışdır. 
Müəllifın  Səfəv i  dövlətinin  tənəzzül  və  süqutu  ilə  bağlı  fikir  və  mülahizələri 
tədqiqatımız  üçün  xüsusilə  önəmlidir.  Lakin  R.Seyvorin in  Səfəvilərin  türk 
mənşəli olmasın ı şübhə altına alması, ə lbəttə ki, qeyri-məqbuldur. 
Amerika  Şərqşünaslıq  Cəmiyyətinin  dərgisində  dərc  etdird iyi  «Səfəvilər 
dövründə  Xəlifət  əl-xü lafa  institutu»  məqaləsində  (263)  R.Seyvori,  sufilik 
ideoloji  bazası  üzərində  hakimiyyətə  gəlmiş  Səfəvilərin  zaman ında  sufıliyin  
böhranı,  onun  mövqelərin in  geriləməsi,  sufi  təriqətlərinin  daxili  quruluşu  və  s. 
barədə olduqca maraqlı mə lu mat verir. 
Oksford Un iversitetinin professoru Corc Kerzon, ö zünün iki cildlik «İran 
və İran məsələsi» (219,  220) əsərində İran tarixinə qısa ekskurs etməkdən əlavə, 
onun bütün vilayətlərinin  iqtisadi-coğrafı vəziyyəti barədə məlu mat verir, torpaq 
mü lkiyyət  formaları,  təbii  sərvətlər,  istehsal  sahələri,  ticarət,  iqtisadi  əlaqələr,  o 
cümlədən    İngilis  Şərq i-Hind  ko mpaniyası  və  onun  bu  ölkə  ərazisində  iflası, 
Rusiya-İran tica rət əlaqələ ri, Fransa və Hollandiya Şərq i-Hind  ko mpaniyalarının  
buradakı fəaliyyəti, İran körfəzində fəaliyyət göstərən limanların dövriyyəsi və s. 
haqqında  kifayət  qədər  geniş  söhbət  açır.  Onun  Səfəvi  dövlətinin  vilayətləri 
barədə verdiyi mə lu matla r arasında Azərbaycanla bağlı  xey li  maraqlı fikirlər yer 
almışdır.  Yeri  gəlmişkən,  «Azərbaycan»  sözünün  etimologiyasını  araşdıran  


33 
 
C.Kerzon  onun  «Azər»  -  od  və  «baycan»  -  qoruyucu  sözlərindən  yarandığı 
qənaətinə  gəlir  və  bunu  hələ  qədimdən  atəşpərəstlərin  bu  regionda  ço x  o lması 
faktı ilə  izah edir (219, s.517). «Xorasan istisna olmaqla İranın ən tez-tez  xarici 
təcavüzə  məruz  qalan  bu  v ilayətin in  (A zərbaycan  nəzərdə  tutulur  -  R.D.)  İran  
tarixində  « xüsusi  siyasi  maraq»  (219,  s.514)  kəsb  etdiyini  vurğulayan  müə llif, 
onun  iqlimi,  əhalisi,  gəlir  və  vergilə ri,  paytaxt ı  Təbriz  şəhəri  barədə,  habelə  ən 
önəmlisi - «erməni problemi» haqda məlu mat verir: «Burada ...burnunu hər yerə 
soxan  ermənilər  və  onların  ayrılma z  və  qarşısıalın ma z  iddia ları  mövcuddur» 
(219,  s.515).  Bir  daha  qeyd  edək  ki,  bu  sözlər  1892-ci  ildə  avropalı  tədqiqatçı 
tərəfindən deyilib. 
C.Kerzon  Azərbaycanın  Avropanın  diqqətini  özünə  cəlb  etməsini  və 
missioner  fəaliyyətin  ocağı  olmasını  qədim  xristian  ic ma larına  aid  olan  ço x 
sayda əhalinin məskunluğu ilə izah edir (219,s.514). 
Azərbaycanın  siyasi  problemlərinə  gəlincə,  C.Kerzon  belə  bir  məntiqi 
nəticə hasil edir  ki, «Azərbaycanın heç bir siyasi problemi Rusiya və Türkiyənin  
ayrı-ayrılıqda  və  ya  hər  hansı  mü mkün  ittifaqda,  fəal  müdaxiləsi  olmadan 
yaranmır» (219, s.514). 
C.Kerzona görə, « məh z Azərbaycanda bütün İran əhalisinin ən qətiyyətli 
və  döyüşkən  elementləri  yetişmişdir;  Təbriz  kimi  ko mme rsiya  mə rkə zi  olan, 
zəngin resurslarına görə Şimali İranın taxıl anbarı adlandırılan bu məkana, ədalət 
naminə, qayğısız yanaşmaq və ya nəzarətsiz qoymaq yara ma z» (219, s.515). 
A.Vilson  «İran  körfəzi:  erkən  zamanlardan  XX  əsrin  əvvəllərinədək 
dövrün  tarixi  oçerki»  (277)  əsərində  Qərb i  Avropa  dövlətlərinin  İran  körfəzi 
hövzəsində  bərqərar  olmaq  uğrunda  apardıqları  mübarizəni  ard ıcıl  şəkildə 
araşdırmışdır.  Əsər,  tədqiq  olunan  dövrdə  ingilis-Səfəvi,  Hollandiya-Səfəvi 
iqtisadi  əlaqələrinə  dair  maraq lı  mə lu matla rın,  habelə  nadir  fotoşəkillə rin  
zənginliyi  ba xımından  böyük  maraq  doğurur.  A.Vilsonun  «İran  h əyatı  və  adət-
ənənələri»  (276)  əsərində  də  bizi  maraqlandıran  dövrün  sosial-məişət  həyatına 
dair ma raq kəsb edən mə lu matla r mövcuddur. 
Oksford  Universitetinin  nəşri  -  E.Qroseqlozun  «İranla  tanışlıq»  (232) 
əsərində  İranın  coğrafiyası;  əhalisi  (burada  məskunlaşmış  tayfalar),  onun 
mənəviyyatı,  adət-ənənələri  (o  cümlədən,  dini  mə rasimlər);  tarixi  keç mişi, 
ərazisində  mövcud  olmuş  qədim  dövlətlər,  məhşur  hökmdar  və  sərkərdələri, 
ərəb,  türk  işğalları;  ədəbiyyat  və  mədəniyyəti,  görkəmli,  dünya  şöhrətli  şairləri 
və  s.  barədə,  zənnimizcə,  xeyli  ma raqlı  mə lu matla r  toplan mışdır.  Əs ərdə 
E.Qroseqloz qarşısına qoyduğu məqsədə sadiq qalaraq, qərb o xucusunu İranla - 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə