R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə12/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   8   9   10   11   12   13   14   15   ...   177

26 
 
Nadirin Muğan çölündə keçirdiyi qurultayda onun ş əxsi dəvəti  ilə iştirak 
etmiş  Eçmiədzin  katalikosu  Abraam  Kretasi,  orada  keçirilmiş  tədbirlər  barədə 
xeyli fa ktik  mə lu matla r verir (17). Müəyyən səbəblər üzündən Muğanı 5  ma rtda 
(1736) tərk et mə li olan katalikos, Nadirin tacqoyma  mərasimində (8  ma rt, 1736) 
iştirak  edə  bilmir.  Katalikosun  bu  mərasim  və  ondan sonra baş  verənlərlə  bağlı 
mə lu matla rı  Muğanda,  Mirzə  Mehdinin  çadırında  qalan,  bu  s əbəbdən  Nadirin  
iqa mətgahına  yaxın  olan  Ter  Tu ma  adlı  e rməni  dindarının  verdiyi  xəbərlərə  
əsaslanır. 
Səfəvi  dövləti  barədə  Avropa  ölkə ləri  konsulların ın,  ingilis,  fransız  və 
Hollandiya  Şərq i-Hind  ko mpaniyaların ın  rezidentlərinin  verdikləri  məlu matlar 
çox əhəmiyyətlidir. 
1715-c i ilin 13 avqustunda Parisdə imzalan mış yeni ticarət  müqaviləsinin  
şərtlərinə  əsasən  Şevalye  Anje  de  Jarden  fransız  konsulu  qismində  İsfahana 
yollanır.  Qardaşı  Fransuaz  da  onu s əfərdə  müşayiət  edirdi.  Jarden  qardaşları  on 
altı  il  müddətində  Səfəvi  dövlətində  qalırlar:  əfqanlar  tərəfindən  İsfahanın 
mühasirəsinin,  Mahmud  və  Əşrəfin  uzurpatorluq  dövrlərində  Səfəvi  dövlətinin  
ən çətin, böhranlı günlərinin canlı şahidi olur və yalnız Nadirqulu bəyin  əfqanları 
ölkədən  qovub,  Səfəvi  sülaləsini  bərpa  etməsindən  sonra,  Fransaya  qayıda 
bilirlər (271, s.407).  Şevalye de Jardenin canlı şahidi o lduğu hadis ələr haqqında 
verdiyi  mə lu matla r  obyektivliyə  ya xın lığ ı  cəhətdən  qiymətli  və  əhəmiyyət  ild ir 
(76). 1727-1730-cu illərdə İsfahanda fransız konsulu olmuş Şevalye de Jardenin, 
mənşəcə  ermən i  olan  tərcüməç isi  və  katibi  Co zef  Apisalay miyan  İsfahanın 
mühasirədə olduğu dövr haqqında maraqlı  məlu matlar verir  (40).  Bu şəxs 1722-
ci  ilin  20  oktyabrında,  İsfahanın  əfqanlara  təslim  olacağı  aydın  olan  bir  vaxtda 
fransız  konsulu  tərəfindən  İsfahandakı  fransızların  mənafey inin  müdafiəsi  üçün 
Əfqan  Mahmudla  danışıq  aparmaq  məqsədilə  Fərəhabada  ezam  olunmuşdu. 
Əfqan  lideri  onu  ehtiramla  qarşılayaraq,  fransız  konsulunun  xahişin ə  əməl 
edəcəyini  bildirmişdi.  La kin  C.Apisalay miyanın  qeydlərinin  ən  maraqlı  hiss əsi, 
Fərəhabadda  missiyasını  həyata  keçirdiy i  za man,  Şah  Sultan  Hüseynin  taxt-
tacdan  Mahmudun  xeyrinə  imtina  etməsi  kimi  tarixi  hadis ənin  şəxsən  şahidi 
olması  ilə  bağlı  verdiyi  məlu matlard ır.  Məhz  bu  məlu matlara  istinadən  fransız 
tarixşünası  M.Kleyrak  (63)  həmin  dövrü  işləmişdir.  Petros  di  Sarg is  Gilanentz 
(20)  də  Coze fin  məlu mat larına  istinad  et mişdir  (məsələn,  Mah mudun  İsfahana 
daxil olma prosesini təsvir edərkən). 
Şirazdakı  fransız  konsulu  Etyen  Paderi  mənşəcə  yunan  olub,  Fransa 
səfirliyində  tərcü məçi  kimi  fəa liyyət  göstərmişdi.  Bacarıqlı,  qabiliyyətli  şə xs 
olan  Etyen  yunan,  fransız,  italyan,  ispan,  portuqal,  həmç inin  türk,  fars  və  ərəb 


27 
 
dillərini  bilirdi.  Onun  Sə fəvi  dövlətin in  mü xtə lif  bölgələ rindən  Fransaya 
göndərdiyi  ismarıclarda  (deneşa)  ölkədəki  vəziyyət,  baş  verən  bu  və  ya  digər 
hadisə  ilə  bağlı  mə lu matla r  verilir  (51).  Onun  deneşaları  «Papie rs  de  Paderi» 
başlığı  altında  «Negociations  en  Perse»  məcmuəsində  toplanıb.  Biz  onun 
depeşalarından  L.Lo khartın  əsərlərində  ara-sıra  verilmiş  iqtibaslardan  istifadə 
etmişik. 
Müxtəlif  Avropa  ölkələrinin  Səfəvi  dövlətində,  habelə  Türkiyə, 
Rusiyadakı səfirlərinin yazışmaları, habelə elçilərin  məlu matları tədqiq etdiyimiz 
dövrün  siyasi  hadisələrinə  xeyli  aydınlıq  gətirmək  iqtidarında  olan  ilkin  
mənbələ rdir. 
İngilisdilli  tarixşünaslıq  nümunələrində  İngiltərən in  İstanbuldakı  səfirləri 
(Böyük  Britaniyanın  Səfəvi  dövlətində  diplo matik  və  konsulluq  korpusu, 
nümayəndələri  yo x  idi)  Abraham  Stenyan  (49),  xələfi  Örl  Kinnoul  (50), 
İngiltərən in  Peterburqdakı  nümayəndəsi  nazir  Edvard  Finç,  Böyük  Britaniyanın  
Peterburqda  fövqəladə  və səlahiyyətli  səfiri  Turaley,  xələfi  Orl  Hindford,  xələfi 
II  Orl  Bukkinge m;  Bəndər-Abbas  (Qombrun),    İsfahan,    Kirman  və    Şirazda   
fəaliyyətini  bərqərar  et miş  İngilis  Şərq i-Hind  Ko mpaniyasının  nümayəndələri  - 
rezident  V.Ko kke l,  onun  assistenti  C.Gikki,  Qo mbrun  agenti  Con  Horn, 
İsfahandakı nümayəndə Peyerson, Kirmandakı nü mayəndə Qreyvs; Fransa Şərqi-
Hind Ko mpaniyasının nü mayəndələri J.Otter, rezident Duplessis və başqalarının  
yazış malarına  istinadlar  edilmişdir  ki,  b iz  yeri  gəldikcə,  onlardan  istifadə 
etmişik. 
Tədqiqat prosesində, ingilis dilində olan  mənbələr q ismində, « Britanika» 
(53)  və  «İranika»  (53a )  ensiklopediyalarında  Səfəvi  dövləti,  Səfəvi  hökmdarları 
və şəhərləri barədə verilmiş mə lu matla rdan da istifadə et mişik. 
Be ləliklə,  ing iliscə  müəllif  əsərlə ri,  rəs mi  sənədlər,  təsərrüfata  dair 
hesabatlar  və  s.  Səfəvi  dövlətinin  XVII  əsrin  sonu  -  XVIII  əsrin  əvvəllərində 
tarixinə  dair  ü mu mi  ad  -  ingilisdilli  mənbələr  q ismində  çıxış  edərək,  tədqiq 
olunan dövrün tarixi  mənzərəsini daha dəqiq, əhatəli təsvir etmək, can landırmaq  
yönündə, şübhəsiz, vacib yer tutur. Lakin artıq yuxarıda qeyd etdiyimiz  kimi, bu 
mənbələ rlə  iş  tədqiqatçıdan  nəinki  təkcə  tənqidi,  ehtiyatlı  yanaşmanı,  digər 
mənbələ rin  məlu mat ları  ilə  c iddi  tutuşdurmanı,  hə mç inin   onların  ü mu mdünya-
tarixi  prosesləri  çə rçivəsində  təhlilin i  tələb  edir.  Ya lnız  bu  ş ərtlər  da xilində 
tədqiq  etdiyimiz  proble mlə rin  hərtərəfli  təhlili,  öyrənilməsi,  onun  az  öyrənilmiş 
tərəflə rin in ma ksimu m işıqlandırılması mü mkündür. 
Səfəvi  dövlətinin  süqut  ərəfəsində  daxili  iqtisadi  və  siyasi  vəziyyəti 
barədə  maraq  kəsb  edən  xeyli  sayda  məlu mat lara  Rusiya  dövlətinin  elçisi, 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə