R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə14/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   10   11   12   13   14   15   16   17   ...   177

30 
 
Kembric  professoru  L.Lokhartın  1958-ci  ildə  nəşr  olunmuş  «Səfəvi 
sülaləsinin  tənəzzülü  və  İranın  əfqanlar  tərəfindən  işğalı»  (246)  monoqrafiyasında 
tədqiq etdiyimiz  dövrlə  bağlı  daha çox  materia l  vardır,  zira  L.Lokhart ın  tədqiqat 
obyekti ilə b izim araşdırma pred met imizin  xronoloji çərç ivələ ri b ir-b irinə uyğun 
gəlir.  Istər  şərq  mə xəzlə rinə  istinadən,  istərsə  də,  qərb  tarixşünaslıq  nümunələri 
əsasında  L.Lo khart  Səfəvi  dövlətin in  son  dövrünün  geniş,  əhatəli  təsvirini 
verməyə  cəhd  edir.  Zənnimizcə,  bu  cəhd  uğurlu  sayıla  bilər.  Əsərdə  Səfəvi 
sülaləsinin  tənəzzü l  səbəbləri  araşdırılır,  Şah  Sultan  Hüseynin  (1694-1722) 
ətraflı  səciyyəsi  verilir,  onun  hakimiyyəti  dövründə  Səfəvi  dövlətin in  ərazisi, 
əhalisi,  in zibati  quruluşu,  daxili  vəziyyəti,  beynəlxalq  əlaqələri,  xarici  siyasəti, 
qonşu  dövlətlərlə  (Türkiyə,  Rusiya,  Moğol  imperiyası,  Oman)  münasibətləri; 
mövqeləri  zəifləmiş  rəsmi  ideologiya  olan  şiəliyin  dirçəldilməsi  yönündə 
Mollabaşı Məhəmməd Bağ ır əl-Məclisin in səyləri; ölkədə yaşayan sünnilərin və 
dini  azlıq ların  (atəşpərəstlər,  yəhudilər,  xristianlar)  vəziyyəti;  gilzay  və  abdal 
əfqanların   üsyanları;  A.Vo lınskinin  missiyası;  Qəndəharlı  Mah mudun  İsfahana 
yürüşü  barədə  məlu mat  verilir,  Gülnabad  döyüşü  (8  mart,  1722),  İsfahanın  altı 
aylıq  mühasirəsinin  (mart-o ktyabr,  1722)  müfəssəl  təsviri  verilir,  I  Pyotrun 
Xəzə rboyuna  yürüşü,  türk  işğalları,  Təh masib-Nadir  münasibətləri,  nəhayət 
Səfəvi  monarxiyasının  bərpası  prosesi  əks  olunur.  Ümu miyyətlə,  L.Lo khartın  
əsəri  son  Səfəvi  dövrünə  dair  ingilisdilli  tarixşünaslıqda  ən  dəyərli  əsər  sayıla 
bilər.  La kin  o  da,  M.Heydərovun  fikrin i  nəzə rə  alsaq,  bir  ço x  başqa  Qərbi 
Avropa  tarixçiləri  kimi  Səfəvi  dövlətinin  XVII  əsrin  sonu  -  XVIII  əsrin  
əvvəllərində  tənəzzülü  səbəblərin i  araşdırarkən,  «siyasi,  daha  çox  isə  ikinci 
dərəcəli  subyektiv  amilləri»  (133,  s.  125)  qabardır,  sosial-iqt isadi  səbəbləri 
kölgədə  qoyur.  Belə  ki,  L.Lo khart,  Səfəv ilərin  süqut səbəbləri  kimi  hərəmxana 
şəraitində  şahzadələrin  -  gələcək  şahların  degenerasiyasını  (bu  praktikanın  
ixtirasına görə, demək olar  ki, bütün Avropa tarixçiləri yekd illiklə  Şah I Abbası 
(1587-1629)  suçlandırırla r);  ordunun  1639-cu  il  Zuhab  sülhündən  sonra  davam 
etmiş uzunmüddətli sülh şəraitində fəaliyyətsizlik səbəbindən gücdən düşməsini, 
təcrübəsizliy ini;  xassə  torpaq  formas ının  genişlənməsini;  son  Səfəvi  şahlarının  
içki  və  digər  məstedici  vasitələrə  aludə  olmalarını,  qorxaqlıq  və  hərbi  işlərə 
biganəliklə rin i; dövlət  mə mu rla rın ın həddən ziyadə  korrupsiya və rüşvətxorluğa 
mübtəla  o lmalarını;  d ini  rəhbərlərin  fanatik  tədbirləri,  dövlət  idarəçiliy ində 
müstəsna  rol  oynamağa  cəhd  etmələrini;  gürcü  və  əfqan  faktorlarını;  Os manlı-
Səfəvi  müharibə lərini;  dövlətin  taleyüklü  dövründə  Etimadül-Dövlə  Fətəli  xan  


31 
 
Dağıstaninin fiziki cəhətdən aradan götürülməsini; Nadirqulu  xan  Əfşarın şahlıq  
amb isiyalarını və s. göstərir. 
L.Lo khartın  « Nadir  Şah»  (245)  monoqrafiyası  zaman  etibarilə  «Səfəvi 
sülaləsinin  tənəzzülü...»  əsərindən  20  il  əvvəl  işıq  üzü  görmüşdürsə  də,  əslində 
sonuncu,  birincinin  məntiq i  başlanğıcıdır.  Əs ər,  ad ından  mə lu m  olduğu  kimi, 
H.Vamberinin  «Asiyanın  son  böyük  fatehi»  (273,  s.339)  adlandırd ığı  türk 
dünyasının qüdrətli sərkərdəsi Nad irə həsr olun muşdur. L.Lokhart «çobanlıqdan 
şahlığa  yüksələ  bilmiş»  (245,  s.  1)  Nadiri  bütün  əsər  boyunca  əmir  Tey murla 
müqayisə edərək, onun özünü məh z  Tey murləngə bənzətmək, onun dəst-xəttinə 
sadiq  qalmaq  üçün  səy  göstərdiyi  fikrini  vurğulayır,bu  fikrin i  əsaslandırmaq  
üçün  onların  həyat  və  fəaliyyətlərində  hətta  təsadüfi  paralellərə  böyük  önəm 
verir.  Nadir  şəxsiyyətinə  ehtiram  və  rəğbətini  gizlətməyən  müəllif  onu  «hərbi 
düha»  (245,  s.266)  adlandırır  və  G.Kerzonun  belə  bir  fikri  ilə  razılaşdığını 
bildirir  ki,  «Avropanın  XIX  əsrdə  Napaleonu  var  idisə,  Asiyanın  belə  bir 
fenomeni artıq XVIII əsrdə var idi» (219, s.575). 
Türk  dünyasının  böyük  oğlu  Nadirin  şəxsiyyəti,  dövlət  başçısı,  mü zəffər 
sərkərdə  kimi  mə ziyyətlərinin  təhlilinə  ingilisdilli  tarixşünaslıqda  M.Düranın  
1908-c i  ildə  işıq  üzü  görmüş  «Nadir  şah»  (222)  əsəri  də  həsr  edilmişdir.  La kin  
zənnimizcə, L.Lokhart ın eyni adlı tədqiqat işi daha uğurludur. 
«Nadir  şah»ın  girişində  Kembric  professoru  Səfəvi  dövlətinin  tənəzzülü  
və  süqut səbəblərinə  to xunaraq,  son  Səfəvi  dövrünə  qısa  ekskurs  edir,  Nadirin  
şəcərəsini,  onun  mənsub  olduğu  tayfanın  tarixçəsini  araşdırır,  türklüyünü 
vurğulayır (245. s.17). Təh masiblə aralarında olan münasibətlərə aydınlıq gətirir. 
London Universitetinin professoru, məşhur şərqşünas alim  V.M inorskinin  
«İranika»  (250)  məcmuəsində  toplanmış  iyirmi  seçilmiş  məqalə  mü xtəlif 
dövrlərdə İran həyatının mü xtəlif sahələrini əks etdirən mükəmməl elmi tədqiqat 
işidir.  Məcmuə  Tehran  Universiteti  nəşrlərin in  775-ci  cildində  (1964)  çap 
olunmuşdur.  Bizim,  üzərində  daha  çox  dayandığımız  məqalə  «Müsəlman  
sivilizasiyasında 
ümumilik 
və 
mü xtəliflik» 
möv zusunda 
keçirilmiş 
konferensiyada (1955) edilmiş «İran: din və tarix» ad lı çıxış ın  mətnidir.  Burada 
İran ərazisinin müsəlman ərəblər tərəfindən işğalı, onlara qarşı bir-birin in ardınca 
üsyanlar, «şüubilik nəzəriyyələrin in Abbasidlər dövründə islamaqədərki yaddaşı 
dirçəltməsi» (250, s.243), yerli sülalələrin siyasi emansipasiyası, sufi mistisizmi, 
səlcuq türklə rin in,  monqolların, tey murilə rin,  Səfəvilərin,  Nadir şah, Qacarlar və  
Rza  şah  Pəhləvinin  hökmranlığı  dövründə  dini  vəziyyəti  ilə  bağlı  maraqlı 
mü lahizələr  irəli  sürülür.  Şiəliyə  dair  fikir  yürüdərkən  V.Minorski  belə  qənaətə 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə