R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə10/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   6   7   8   9   10   11   12   13   ...   177

22 
 
nümayəndələri tərəfindən bilavasitə istifadə olunmuş, lakin bizim üçün əlimizdə 
olmaması  səbəbindən  istifadəsi  mü mkünsüz  olan  bəzi  mənbələrə,  ü mu mən  
tədqiqat  işinin  nəfinə  bilvasitə  istinadlar  edilmişdir.  Bu  mənada  biz  L.Lo khart, 
R.Seyvori,  V.M inorski  və  başqalarının  əsərlə rində      yer      almış      iqt ibas      və   
istinadlara      vurğu      et mişik.  Zənnimizcə  ad ı  çəkilən  müəlliflərin  yaşayıb-
yaratdıqları  ö lkələrin  arxiv  və  kitabxanalarından  yararlanma  imkanlarının  bizdə 
olmad ığı,  hə mç inin  bunun  tədqiqat  işimizin  möv zusu  və  xara kterinə  zidd 
olmadığı nəzərə alınarsa, bu amil bizə irad tutulmaz. 
Biz  tədqiq  etdiyimiz  mövzunun  daha  əhatəli  və  detallarla  təhlili  üçün 
əhəmiyyətli  və  hətta  vacib  olan,  lakin  bəzən  tədqiqat  işimizin  xronoloji  çərçivəsi 
hüdudları  xaricinə  çıxan  mənbə  və  sənədlərə  də  müraciət  etməyi  məqsədəuyğun 
saymışıq.  Bu  mənada toxunduğumuz  proble min  bəzi  aspektləri  öz  təsdiqi  və  ya 
tamamlanmasını  şərq  müəlliflərinin  (Mirzə  Məhəmməd  Mehdi  xan  Astarabadi, 
Məhəmməd  Kazım,  Məhəmməd  Xəlil,  Məhəmməd  Möhsün,  Şeyx  əl-Hə zin, 
Fəzlullah ibn Ruzbihan Hunci, Həsən Fəsayi və b.) əsərlərində, o cümlədən, onların 
ingilis interpretasiyalarında tapmışdır. 
Fəzlullah  ibn  Ruzbihan  Hunci  Ağqoyunlu  sultanı  Yaqubun  on  iki  illik 
hakimiyyəti  dövrünün  müasiri  və  şahidi  olmuşdur.  Yaqubun hakimiyyətinin son 
illərində  (1487-ci  ildən  etibarən)  Fəzlullah  sarayda  divanın  katibi  vəzifəsini  icra  
etmiş, hökmdarı səfərlər və ölkə üzrə səyahətlərdə müşayiət etmiş, hesabatlar tərtib 
etmişdir.  Faktiki  materiallarla  zəngin  bu  əsəri  ingiliscəyə  tərcümə  etmiş 
V.F.Minorski  onun  haqqında  yazmışdır  ki,  «(əsər)  İran  tarixşünaslığı  və 
ədəbiyyatında xüsusi yer tutmağa layiqdir» (10, s.7). «Tarixi aləm arayi A mini»-də 
Səfəvi süla ləsinin u zaq sələflərinin dini görüşləri haqqında nadir faktlar mövcuddur 
(10). 
Şeyx  Əli  Həzin  (1692-1779)  Şeyx  Səfiəddinin  mənəvi  rəhbəri  olmuş  Şeyx 
Zahid  Gilaninin  nəslindən  olub,  doğum  ilindən  1734-cü  ilədək,  yəni  vətəni  tərk 
edib Hindistana gedənədək doğma şəhəri İsfahanda yaşamışdır. Onun, müasirləri 
olan qabaqcıl dövlət və din xadimləri, şairlər haqqında, həmçin in İsfahanın əfqan 
işğalı  altında  olduğu  dövr  barədə  məlumatlar  verdiyi  «Təzkirat-ül-əhval»  1741-ci 
ildə  qələmə  alınmışdır  (75).  Bu  əsər  1830-1831-ci  illərdə  F.K.Belfur  tərəfindən 
ingiliscəyə tərcüməsi ilə birlikdə nəşr edilmişdir (215, s.115-116).  Ba xmayaraq ki, 
Şeyx Həzin İranı  Nadirin de-fakto hökmranlığı  zamanında tərk etmişdi və  Səfəvi 
nəslinin qanuni hakimiyyətin in tərəfdarı  idi, bu ona Nadiri görkə mli hərbi xadim 
kimi təriflə məyə, mədh etməyə mane olmurdu: hətta Nadirin Hindistanı işğal etməsi 


23 
 
barədə (Şeyx Həzin ö zü  bu  zaman  Hindistanda  idi)  yazdıqla rında  da  Nadiri  v əsf 
edirdi. 
Tədqiq  etdiyimiz  möv zunun  daha  əhatəli  və  detallarla  təhlili  üçün 
əhəmiyyətli və hətta vacib olan, lakin bəzən tədqiqat işimizin  xronoloji çərçivəsi 
hüdudları  xaricinə  çıxan  şərq  müəlliflərinin  əsərlərinə  də  müraciət  etməyi 
məqsədəuyğun saymışıq. To xunduğumuz proble min bəzi aspektləri öz təsdiqi və 
ya tamamlan masını şərq müəlliflərinin M irzə Məhəmməd Mehdi xan Astarabadi, 
Məhəmməd Ka zım, Şey x əl-Hə zin, Fə zlu llah ibn Ruzb ihan Hunci, Həsən Fəsayi, 
Həsən  bəy  Rumlu,  İsgəndər  bəy  Münşi  və  b.  əsərlərində  tapmışdır  ki,  biz  bu 
əsərlərin ingilis və rus dillərində Dian interpretasiyalarından istifadə etmişik. 
V.Bartolda görə, «Mərv şəhərinin vəziri Məhəmməd Kazımın Nadir şahın 
tarixi  haqqında  yazdığı  əsəri  («Kitabi-Nadiri»)  material  zənginliyi  baxımından 
digər  əsərlərdən,  hətta  artıq  XVIII  əsrdə  fransız  və  ingilis  dillə rinə  çevrilmiş 
Mirzə Mehdi can Astrabadinin əsərindən də üstündür.» (93, s. 302).  V.M inorski 
isə üstünlüyü «Tarixi-Nadir»ə (70) verir.  Əslən Astrabadlı olan Mirzə Mehdinin  
doğum  tarixi  dəqiq  b ilin mir,  lakin  məlu mdur  ki,  XVII  əsrin  sonlarında  anadan 
olmuşdur.  Türk  d ilini  mükəmməl  bilird i,  türk  dilinin  qrammatikası  (məbanil-
lüğət)  və  danışıq  kitabının  müqəddiməsində  M.Mehdi  göstərir  ki,  hələ  gənc 
yaşlarından Mir Əlişir Nəvain in əsərlərin i o xuyub, başa düşməyə olan möhtəşəm 
istəyi  səbəbindən  çətin  sözləri  toplayaraq  lüğət  hazırla maq  qərarına  gəlir. 
Fərziyyəyə görə, M irzə Mehdi Astarabadlı olduğuna görə, çox güman  ki, Fətəli 
xan  Qacarın  xid mətinə  daxil  olmuş,  onu  Sariyə  müşayiət  etmiş,  Təhmasibin  
sarayında  1726-cı  ildən  və  ya  bir  qədər sonra  hər  hansı  vəzifə  utmuş,  yəqin  ki, 
şah  fərmanların ın  tərtibatçısı  və  katib  qis mində  çalışmışdır.  1731-ci  ilin  
yanvarında  Nadirin  böyük  oğlu  Rzaqulu   ilə  Fatimə  Sultan  bəyimin  n ikah  
kontraktın ın  müqəddiməsini  məh z  o  yazmışdır.  Nadirin  8  mart,  1736-cı  ildə 
tacqoyma  nərasimindən sonra  Mirzə  Mehdi  rəsmi  tarixşünas  təyin  olunur  (245, 
s.293). 
Əbd-əl-Rəzzaqın  «Maasiri-Sultaniyə»  əsərini  H.Brid js  ingiliscəyə 
tərcümə  edərək  «Qacarlar  sülaləsi»  (216)  adı  ilə  çap  etdirib.  H.Büsse  Həsən-i 
Fəsayinin  «Farsnameyi-Nasiri»  əsərini  tərcü mə  edərək  «İran ın  Qacarlar  dövrü 
tarixi»  (43)  adı  altında  çap  etdirmişdir.  İngilis  dilinə  tərcümə  edilmiş  şərq 
mənbələ ri  sırasına  (Tarixi  Alə m-arayi  Abbasi»  və  «Təzkirat-ə l-Mü lük»ü  də  aid 
etmə k  İsgəndər  bəy  Münşinin  «Tarixi  Alə m-aray i  Abbasi»  (186)  əsərin i  fa rs 
dilindən ingiliscəyə Rocer Seyvori tərcü mə et mişdir.  O,  iki cildlik bu tərcü məni 
1979-cu  ildə  işıq  ü zü  görmüş  «İran  irsi»  seriyasında  nəşr  etdirmişdir.  Özünün 
dediyi  kimi.  R.Seyvori,  fars  dilini  bilməyən  tədqiqatçıla ra  Səfəv i  dövrü 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə