R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə9/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   5   6   7   8   9   10   11   12   ...   177

20 
 
1753-cü  il  London  nəşri  dörd  cilddən  ibarət  olmuşdur  və  onun  III  cild ində 
Nadirin  iyirmi  il  (1727-1747)  ərzində  yüksəlişi,  de mə k  ola r  ki,  ta ma milə, 
izlən ilmişdir (245, s. 308-309). 
Bu  mənbələrin  önəmli  cəhəti  onların,  bir  qayda  olaraq,  yeni,  əsrarəngiz, 
özləri və həmvətənləri üçün maraq lı, cəlbedici o lan bir ölkəyə düşmüş insanların 
şəxsi  müşahidə  və  təəssüratlarına  əsaslanmasındadır.  Həmin  müəlliflərin  
gördükləri  hər  bir  şeyi  -  hansına  ki,  Səfəvi  dövlətində  yaşayan  və  ya 
ümu miyyətlə,  müsəlman olan  müəlliflər əhəmiyyət vermird ilər -  mü mkün qədər 
ətraflı təsvir etməyə həvəsli olmaları  məh z bu amillə şərtlənirdi. Elə bu səbəbdən 
XVIII  əsr  Avropa  səyyahlarının  mə lu matla rı  Sə fəvi  dövlət inin  hə min  dövrdə 
siyasi, təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyətinin öyrənilməsi prosesində 
önəmli yer tuturlar (160a, s. 13). 
Hərçənd  ki,  Səfəvi  dövlət inə  təşrif  buyurmuş  şəxslər  öhdələrinə  düşən 
müəyyən  olunmuş  vəzifələrdən  başqa daha bir  funksiya  -  öz  ö lkələrinin  Şərqlə 
bağlı  siyasətinin  müvəffəqiyyətinin  təmin  olun ması  nəfinə  kəsfiyyat  xarakterli 
mə lu mat  toplanılması  (məsələn,  yaşayış  məntəqələrinin  koordinatlarının,  onlar 
arasında yolların, bölgələrin iqlim şəraitinin və təbii xüsusiyyətlərinin öyrənilməsi) 
missiyasını həyata keçirird ilər. Hər halda mü xtəlif sosial və əmlak qruplarını təmsil 
edən, müxtəlif məqsədləri olan səyahətçilərin verdikləri  mə lu matlara ço x ehtiyatlı 
yanaşma,  tənqidi  münasibət,  hərtərəfli  analiz,  başqa  mənbələrin  məlu matları  ilə 
tutuşdurma tələb olunur. Xüsusilə, şəxsi ad və toponimlərin əksəriyyəti  əcnəbilər 
tərəfindən  özünəmə xsus  şəkildə  və  ya  tamamilə  səhv  işlədilir,  bəzən  eyni  bir 
müəllif eyni bir adı müxtəlif məqamlarda mü xtəlif formalarda verir, ayrı-ayrı şəxslər, 
hadisələr, dini görüşlər, mədəniyyət barəsində qərəzli mövqedən çıxışlar edilir, bu 
və ya digər səbəbdən həqiqətə uyğun olmayan məlumatlar verilir(160a, s. 14). 
Araşdırdığımız  dövrdə  Səfəvi  dövlətinin  tarixinə  dair  maraqlı 
mə lu matla ra  rast  gəlinən  daha  bir  qrup  mənbə  -  bu  dövlətin  ərazisində  dini 
təbliğat  fəaliyyətini  həyata  keçirən,  mü xtəlif  məzhəb,  təriqət,  ordenləri  (yezuit, 
karmelit,  kapuçin,  fraksiskançı,  baptist,  dominikan,  hugenot  və  s.)  təmsil  edən 
missionerlərin yazışma ları və xatirələ ridir. 
İsfahandakı  Kapuçin  missiyasının  başçısı  Rafael  dü  Man  1644 -1696-cı 
illərdə Sə fəvi İranında yaşamış və burada vəfat etmişdir. Onun «İran dövləti 1660-
cı ildə» əsəri Səfəvi dövlət qurumları haqda xeyli müfəssəl məlu mat verir. 
XVII əsrin sonuna yaxın Səfəvi dövlətinə təşrif buyurmuş fransız missioneri 
Pyer Martin  Qavderan (Pere Mart in  Gauderean) bu ölkəyə həsr olunmuş bir neçə 
kitabın müəllifidir. 1698-ci ildə apostol qismində Hindistana səfər edən və yolüstü 
Səfəvi  dövlətinin  ərazisindən  keçən  Ankor  arxiyepiskopu,  Pyer  Qavderanı  özün ə 


21 
 
müavin  təyin  edir.  Qeyd etmək  lazımdır  ki,  P.Qavderan, həmçinin  arxiyepiskopun 
Səfəvi  dövlətinə səfərinin nəticələrini  əks etdirən  əsərin  (57)  də  müəllifidir  (271,  s. 
404). 
1698-ci  ildə  İsfahandakı  Kapuçin  missiyasına  katib  qismində  göndərilmiş 
bacarıqlı  Jan  Bilin  de  Kansevils  (Jean  Bilin  de  Cansevilles)  əslində  Səfəvi 
dövlətində  öz  fəaliyyətin i  genişləndirmək  əzmində  olan  Fransa  Şərqi-Hind 
kompaniyasının  nəfinə buradakı  ticarət  şəraiti  və  imkanlarını  daxildən  öyrənmək 
məra mına  qulluq  edirdi.  Onun  Fransaya  gönd ərdiyi  çoxlu  sayda  məlumatların  
toplandığı  memorandumların  xeyli  hiss əsi  Parisdə,  Xarici  İşlər  Nazirliyinin 
arxivində qorunub saxlanılıb (271, s. 404-405). Bu  mə lu matlarda Səfəvi dövlətinin  
iqtisadi  vəziyyəti  və  t icarət  imkanlarına  dair  maraqlı  fa ktlar  mövcuddur.  Biz 
Rafael dü Man, Pyer Qavderan, Jan Bilin de Kansevilsin ingilisdilli tarixşünaslıq 
nümunələrində əksini tapmış məlu matlarına istinad etmişik. 
Səfəvi  dövlətinin  əfqanla r  tərəfindən  işğal  olunduğu  zaman  (1722-1729) 
burada olmuş avropalılardan biri də,  1707-ci  ildə ölkəyə təşrif buyurmuş polyak 
yezuit  Tadeuş  Kruşinskidir  (1675-1756).  Ço x  qabiliyyətli,  bacarıqlı  və  çalışqan 
şəxs  olan  Tadeuş  1720-ci  ildə  Səfəvi  dövlətindəki  yezuit  missiyasının 
rəhbərlərindən  birinə  (procurator-general)  çevrilir.  Dilöyrən mə  sahəsində 
əhəmiyyətli,  nəzərəçarpacaq  irəliləyiş  əldə  edən  T.Kruşinski,  tezliklə  Səfəvi 
sarayında  tərcüməçi 
qis mində 
fəaliyyətə 
başlayır. 
Hətta 
İsfahanın 
mühasirəsindən  sonra  belə  T.Kruşinski,  Əfqan  Mahmudun  hökmran lıq  etdiyi 
sarayda  öz  fəaliyyətini  davam  etdirir.  O,  yalnız  Əşrəfin  hakimiyyətdə  bərqərar 
olmasından sonra Avropaya qayıdır  (271. s.408). Türkiyəyə  1726-cı  ildə gəlmiş 
T.Kruşinski  burada  Üsküdarda  (Radosta)  yaşayarkən  «Tarixi-səyyahi-Məsihi» 
(Xristian səyyahın tarix)  (18) əsərin i yazmışdır. Özünün «İran inqilabın ın tarixi»  
(62)  əsərində  T.Kruşinski  Səfəvi  sülaləsinin  yaran ma  dövründən  1727-c i  ilədək 
za man  barədə  mə lu mat  vermişdir.  Əs ərdə  əfqan  işğalları  və  onun  nəticələri 
barədə xüsusilə detallarla mə lu mat verilir. 
XVII  -  XVIII  əsrlərdə  Sə fəvi  dövləti  əra zisində  dini  təbliğat  aparmış 
karme litlə rin  rəs mi  xronikası  mövcuddur  ki,  burada  araşdırdığımız  dövrlə  bağlı 
zəngin mə lu mat vardır (38, 38a). 
Yezu it  missioner  Pyer  Başudun  ləzgilər  tərəfindən  mühasirədə  olan 
Şamaxıdakı vəziyyəti əks etdirən 1721-ci il  25 sentyabr tarixli  məktubu  maraqlı 
mənbədir (41a ). 
Tədqiqat  işimizin  adından  da  göründüyü  kimi,  XVII  əsrin  sonu  -  XVIII 
əsrin əvvəllərində Səfəvi dövlətinin tarixinin ing ilisdilli tarixşünaslıq nümunələri 
əsasında  işıqlandırılması  qarşıya  məqsəd  qoyulduğundan,  həmin  tarixşünaslıq 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə