R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə6/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   2   3   4   5   6   7   8   9   ...   177

13 
 
dövlətinin,  xüsusilə, onun son dövr tarixin in o dövrün vacib tarixi prosesləri ilə 
vəhdətdə vahid problem  kimi a raşdırılmasıdır.   Bu  məqsədlə,   Səfəvi dövlətinin  
XVII  əsrin  sonu  -  XVIII  əsrin  əvvəllərində  iqtisadi  həyatı,  siyasi  tarixi, 
mədəniyyət  və  məişət  problemlərinə  dair  tədqiq  olunan  dövrün  rəsmi 
sənədlərində  və  tədqiqatçıların  müvafiq  araşdırma larında  əksini  tapmış 
məsələ lərə,  ilk  növbədə,  faktiki  materiallara   tərəfimizdən  xüsusi  diqqət 
yetirilmiş,  indiyə  qədər  məlu m  o lmayan  hadisə  və  faktlar  aşkarlan mış,  məlu m 
məqa mlar isə dəqiqləşdirilmiş, yeni ba xımdan ş ərh edilmişdir. 
Tədqiqat  işi,  əsasən,  tədqiq  olunan  dövrə  dair  zə manə mizə  qədər  gəlib  
çatmış istər Avropa, istərsə də şərq dillərində olan sənədlərlə  müqayisə olunaraq 
tənqidi  analiz  edilmiş  ingilisdilli  tarixşünaslıq  nü mun ələri  əsasında yazılmışdır. 
Qarşıya  qoyulmuş  problemin  həlli  məqsədilə  istifadə  olunmuş  ədəbiyyatın 
bəzisinə A zərbaycan tarixşünaslığında ilk dəfə mü raciət o lunmuşdur. 
Tədqiqat  prosesi  za man ı  araş dırılan  mövzunun  ayn-ayrı  aspektlərinin  
öyrənilməsində  böyük  rol  oynamış  tanınmış  Azərbaycan  (O.Əfəndiyev, 
Y.Mah mudov,  F.Əliyev,  S.Onullahi,  S.Aşurbəyli,  M .Heydərov,  S.Məmmədov, 
Ş.  Fərzəliyev,  B.Əh mədov,  H.Abdullayev,  Ə.  Rəh mani,  Ə.Əbdürrəh manov  və 
b.)  və  Rusiya  (V.V.Bartold,  İ.P.Petruşevski,  P.P.Buşev,  V.N.Lev iatov, 
N.A.Smirnov,  N.N.Tu manoviç,  E.S.Zevakin  və  b.)  tarixçilərin in  əsərlərində 
əksini tap mış  mülah izələr və gəlin miş nəticələr nəzərə alın mışdır.  Bununla belə, 
hazırki  əsərin  yazılmas mda  əsas  vurğu  tədqiqat  mövzusunun  adından  məlu m 
olduğu  kimi  ingilis  və  amerikalı  müəlliflərin  əsərlərində  yer  almış  məlu matlara 
edilmişdir. Belə  ki, «elmin  inkişafının hazırki  mərhə-ləsində...ciddi tədqiqatların  
aparılması  zamanı  bütün  dillərdə  olan  mənbələrin  ko mpleks  istifadəsi  zəruri 
sayılır»  (99,  s.  8).  Əlimiz  çatan  kitab xanalarda  olmayan  bir  ço x  q iy mətli 
mənbələ rə  əsaslanan  və  faktik  materia l  ba xımından  zəngin  olan  bu  əsərlərdə  
Səfəvi dövlətinin ü mu mən və bizim üçün maraq kəsb edən son dövr tarixinə dair 
xeyli əhəmiyyətli  mate ria llar vardır. Mənbələr sırasına mü xtə lif dövlətlərin arxiv  
sənədləri, rəs mi şəxslərin yazış ma ları; Qərbi Avropa dövlətlərin in Səfəvi dövləti, 
Osmanlı  imperiyası,  Rusiya  və  s.  fəaliyyət  göstərən  diplomatik  missiyalarına 
göndərdikləri  məktub,  təlimat  və  is marıcları;  Avropa  ölkələrinin  konsullarının, 
İngiltərə,  Fransa  və  Hollandiya  Şərqi-Hind  ko mpaniyaları  rezidentlərinin  
verdikləri  mə lu matlar; Sə fəvi dövlətinə bu və ya digər məqsədlə (siyasi, iqtisadi, 
dini  təbliğat  və  s.)  yönəldilən  şəxslə rə  verilən  tapşırıqla r,  habelə  məqsədli 
səfərdən  qayıtmış  şəxslərin  höku mətlərinə  etdikləri  hesabatları  ö zündə  əks 
etdirən sənədlər; Səfəvi dövlətinə səyahət etmiş və ya yolüstü bu ölkədə səfərdə 
olmuş şəxslərin xatirələri, səyahətnamələri və s. aid etmək olar. 


14 
 
Tədqiq  etdiyimiz  möv zunun  daha  əhatəli  və  detallarla  təhlili  üçün 
əhəmiyyətli  olan,  bəzən  tədqiqat  işimizin  xronoloji  çərçivəsi  hüdudları  xaricinə 
çıxan  mənbələrə,  o  cü mlədən  anonim  və  müəllifi  bəlli  o lan  şərq  və  qərb 
mənbələ rinə  də  mürac iət  etməy i 
məqsədəuyğun  saymışıq.  Bə zi  şərq 
mənbələ rin in  ingilis,  rus  dillərində  olan  interpretasiyalarından  da  istifadə 
olunmuşdur. 
Tədqiqatın  elmi  yeniliy inə  toxunarkən,  qeyd  etmək  la zımdır  ki, 
Azərbaycan  tarixşünaslığında  ilk  dəfə  ola raq,  son  Səfəvi  dövrü  ciddi  elmi 
tədqiqat  obyektinə  çevrilmiş;  ingilisdilli  tarixşünaslıq  nümunələri  əsasında 
işıqlandırılmış,  bu  dövrə  dair  ing ilis,  amerikan,  A zərbaycan  və  rus 
tarixşünaslıqlarında  mövcud  məlu matlar  müqayisəli  şəkildə  təhlil  olun muş, 
Səfəvi  imperiyasının  tənəzzül  dövrü  tədqiqat  prosesinə  cəlb  edilmiş  zəngin 
faktiki  materia lla r  əsasında  yeni  baxımdan  öyrənilmiş,  dövlətin  süqut səbəbləri 
mü xtəlif  tarixşünaslıqlarda  əksin i  tapmış  mülahizələr  bazasında  təhlil  edilmiş; 
ingilis  Şərqi-Hind  ko mpaniyasının  «Qombrun  gündəliyi»,  «İran  və  Fars  körfəzi 
ilə  bağlı  sənədlər»  adlı  toplu,  Hollandiya  Şərq i-Hind  kompaniyasının  
«Daqrecister» qeydiyyat jurnalı və s. kimi  ingilisdilli ədəbiyyat vasitəsilə istinad 
etdiyimiz  ilkin mənbələ r, habelə ingilis, Amerika tarixçilərinin ço x sayda orijinal 
əsərləri  elmi  dövriyyəyə  daxil  ed ilmiş  və  təhlil  olun muşdur.  Bu  mənbələr  bizə 
Səfəvi  dövlətinin  XVII  -  XVIII  əsrin  əvvəllərindəki  tarixinə,  ict ima i-siyasi, 
iqtisadi, dini-mənəvi, beynəlxalq, o cü mlədən xa ric i-iqtisadi həyatına dair vacib, 
əhəmiyyətli  məqamları izləmək və  xarici tarixşünaslıqda bu problemlə bağlı  kök 
salmış  dominant  mövqelərlə  tanış  olmaq  imkanı  yaradır.  Belə  ki,  araşdırılmış 
materia lla r  sayəsində  biz  qərb  tarixşünaslığında  Səfəvi  dövlət inin  Zuhab 
sülhündən (1639) sonra sülh şəraitində daxili vəziyyəti;  xarici siyasəti; ordunun 
inkişaf  etdirilməsi  qayğısına  qalın maması;  dövlət  aparatında  rüşvətxorluq, 
korrupsiya və bürokratizmin baş alıb getməsi; dini sahədə təhlükəli tendensiyalar 
və s. ilə bağlı nə zər-nöqtələrini  müəyyən etmək imkan ı ə ldə etmiş oluruq ki, bu 
da  bizə   belə  bir  qənaətə  gəlməyə  imkan  verir:  Osmanlı  impe riyası  kimi  c iddi, 
güclü rəqiblə, onun ən qüdrətli  çağlarında  uzunmüddətli   müharibələr  silsiləsi,   
habelə böyük coğrafi kəşflərin mənfi nəticələri səbəbindən xeyli zə iflə miş Səfəvi 
dövlətinin  tənəzzü l  və  süqutunu,  Azərbaycan  və  rus  tarixşünaslıqlarında  iq rar 
edildiy i 
kimi  obyektiv 
-  sosial-iqtisadi  a millərlə  bərabər, 
ingilisdilli 
tarixşünaslıqda  irəli  sürülən  subyektiv  səciyyəli,  ikinci  dərəcəli  amillər  də 
şərtləndirmişlər.  İngiltərə,  Fransa,  Hollandiya  Şərqi-Hind  ko mpaniyalarının  
Səfəvi  dövləti  ə razisində  fəaliyyəti  ilə  bağlı  yeni  mə lu matla r  isə  Qə rbi  Avropa 
dövlətlərinin  bu ölkədə həyata keçirdikləri ticarət ekspansiyasını yeni baxımdan  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə