R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə3/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   2   3   4   5   6   7   8   9   ...   177


 
Səfəvilərin  son  dövr  tarixinin,  demək   olar k i,  bütün  məsələlərinə nəzər  salınır. 
Başlıcası isə budur ki, R. Dadaşova Səfəvi tarixinin, özü də bu mühüm problemi 
işıqlandırark ən 
ingilisdilli 
tarixşünaslıqda 
yol 
verilmiş 
təhriflərə, 
saxtalaşdırmalara  öz  mövqeyini  bildirir,  elmi-tənqidi  müqayisə  yolu  ilə  tutarlı 
cavab  verir.  Elə  buna  görə  də  Rəhimə  Dadaşovanın  «Səfəvilərin  son  dövrü 
monoqrafiyası  milli-mənəvi  dirçəliş  dövrünü  yaşadığımız  və  Azərbaycançılıq 
məfk urəsinin  formalaşdığı  indik i  vaxtda  Azərbaycan  səfəvişünaslığına  mühüm 
töhvədir. 
 
Yaqub MAHM UDOV, 
 Əməkdar elm xadimi,  
Tarix elmləri doktoru, professor 



 
GİRİŞ 
XVII  əsrin  sonu  -  XVIII  əsrin  əvvəllə rində  Səfəv i  dövləti  tarixinin  
öyrənilməsi  vətən  tarixşünashğının,  səfəvişünaslığın  vacib  istiqamətlərindən 
biridir.  Tədqiq  olunan  proble min  a ktuallığ ı  da,  hər  şeydən  əvvəl,  bununla  izah  
olunur. Digər tə rəfdən, Sə fəvilərin son dövr tarixinin  mü xtəlif aspektlərinə  istər 
Azərbaycan  tarixç ilə ri,  istərsə  də  xarici  ölkə  tədqiqatçıla rı  tərəfindən  xeyli  əsər 
həsr  edildiyinə  ba xmayaraq,  hə min  proble m  indiyədək  istənilən  səviyyədə 
araşdırılmamışdır. Odur  ki, tədqiqat obyekti olaraq seçdiyimiz həmin problemin  
daha  dərindən  öyrənilməsinə  böyük  ehtiyac  var.  Tədqiqat  işində  Sə fəvi 
dövlətinin  tənəzzül  və  süqut  dövrünün  ayrı-ayrı  məqamlarma  dair  mü xtəlif 
müəlliflərin  nəzər  nöqtələrini  izləmək,  bu  problemin  ingilisdilli  tarixşünaslıqda 
Səfəvi  impe riyası  və  onunla  qonşu  dövlətlərin   tarixinə   həsr  olun muş  əsərlərdə 
öyrənilmə  dərəcəsini  araşdırmaq  yönündə  mövcud  boşluğu  aradan  qaldırmağa 
cəhd  etmişik.  Be lə  ki,  Azərbaycan  tarixşünaslığında  Səfəvi  dövlətinin  tarixinə  
həsr  olunmuş  çox  sayda  tədqiqat  işinin  mövcudluğuna  baxmayaraq,  mərhu m 
akademik  Z.Bünyadovun  1986-cı  ildə  « Gülüstani-İrəm»  əsərinin  təkrar  nəşrinin  
redaktəsi  za man ı  haqlı  ola raq  qeyd  etdiyi  kimi:  « müasir  A zərbaycan 
tarixşünaslığında  indiyədək,  ...  I  Abbasdan  sonrakı  Səfəvilərin  ...  hakimiyyət 
dövründə  Azərbaycan  (o  cümlədən  ümu mən  Səfəvi  -  R.D.)  tarixinə  dair 
monoqrafik  tədqiqat  yoxdur...  (ü mu miyyətlə)  XVII  əsrin  II  yarısının  siyasi 
tarixinə dair araşdırma  mövcud deyil» (99, s. 8,  246). O  za mandan 17  ildən artıq  
müddət  keçməsinə  baxmayaraq,  vəziyyət  dəyişməmiş,  Səfəv i  dövlətinin  son 
dövrünə dair tədqiqat işi yaranmamış və bu dövrə dair ingilisdilli tarixşünaslıqda 
mövcud  bilgiləri  də  ümu miləşdirməyə  xüsusi  cəhd  edilməmişdir.  Biz  qarşımıza 
məh z  bu  məqsədi  qoymuş,  Azərbaycan  tarixşünaslığında  ilk  dəfə  olaraq  Sə fəvi 
dövlətinin  son  dövrünə  dair  həm  Azərbaycan,  Rusiya,  həm  də  ingilisdilli 
tarixşünaslıqda  əksini  tapmış  fikir  və  mü lahizələri  vahid  tədqiqat  işində 
toplamağa,  onları  müqayisəli  təhlil  etməyə,  Səfəv i  imperiyasının  süqut 
səbəblərin i  aşkarla mağa  cəhd  göstərmişik.    Zənnimizcə,  ha zırkı  tədqiqat  işi  bu 
sahədə  ilk  təşəbbüs  olaraq,  tarixşünaslığ ımızın  zəngin ləşməsinə  xid mət  
edəcəkdir. 
 
Ümu miyyətlə,  böyük  imperiyaların  dağılması  və  tarix  səhnəsindən 
silinməsi  səbəblərinin  araşdırılması  tarixşünaslıq  elmi  üçün  maraq  kəsb  edən 
problemlərdəndir. Orta əsrlərdə Şərqdə mövcud olmuş böyük imperiyalardan biri  - 
Səfəvi  dövlətinin yaranmasından  beş  yüz  il  ötdüyü  bir  za man,  bu,  b ir  za man lar 



 
qüdrətli türk imperiyası olmuş, Azərbaycan dövlətçilik tarixinin qızıl səhifəsi, Şah 
İsmayıl  yadigarı  olan  bir  dövlətin  tənəzzül  və  süqut  səbəblərinin  araşdırılması 
vətən tarixşünaslığı üçün də önəmli məsələ lərdəndir. Bu ba xımdan, Azərbaycanın 
əvvəlcə  mərkəzi,  ö zəyi  («bütün  XVI  əsr  ərzində  Azərbaycan,  dövlətin  /Səfəvi 
dövlətinin  -  R.D./  metropoliyası  və  mərkəzi  vilayəti  olaraq  qaldı...»  -  110,  s.  8), 
daha  sonra  is ə  vacib  vilayətlərindən  biri  olduğu  Səfəvi  dövlətinin  ümumi  və 
xüsusilə də son dövr tarixinin öyrənilməsi prosesində müxtəlif dillərdə, o cümlədən, 
ingilis  dilində  nəşr  edilmiş,  müəlliflərinin  çox  za man  bizim  əlimizdə  olmayan 
mənbələrə  istinad  etdikləri  əsərlərində  mövcud  olan  zəngin  faktiki  materia lla rın  
araşdırılması  xüsusi  əhəmiyyət  kəsb  edir.  Digər  tərəfdən,  tədqiq  olunan 
möv zunun aktuallığı həm da onunla əlaqədardır ki, «Orta Asiya,  Çin,  Hindistan 
və  İran  körfəzi  ölkələrini Qara dəniz və Aralıq dənizi hövzələri ilə,  Ya xın və Orta 
Şərq  ölkələrin i  isə  Dərbənd  keçid i  və  Volqa-Xəzər  su  yolu  vasitəsilə  Rusiya  ilə 
əlaqələndirən  beynəlxalq  ticarət  yolları  Səfəvi  dövləti  ərazisindən  keçird i.  Bu  da 
sonuncunun  xarici  siyasi  əlaqələrinə öz müsbət təsirini göstərirdi» (148, s. 1). Bu  
mənada  xa ric i  ö lkə   tədqiqatçıların ın,  o  cü mlədən  ingilis,  A merika   tarixçilərinin 
əsərləri  və  konkret  sənədlərin  analizi  həm  Səfəvi  tarixşünaslığında  mübahisəli 
məsələlərin  həllinə,  həm  də  Qərbi  Avropa  ölkələ rinin  Şə rqdə  müstəmlə kə  
siyasətinin  təka mülü,  ü mumən  Avropa  və  Asiya  ölkələrinin  XVII  -  XVIII 
əsrlərdə  beynəlxalq  münasibətləri  kimi  ü mumdünya  tarixinin  bir  çox 
problemlərinin,  habelə  Azərbaycan  xalqının  Avropa  xalqları  ilə  sosial-iqtisadi  və 
siyasi əlaqələrinin daha dərindən araşdırılması üçün əhəmiyyətlidir. Müasir dövrdə 
Qərblə  inteqrasiya  yolunu  tutmuş  Azərbaycan  dövlətinin  Avropa  ilə  əlaqələrinin 
qədim  tarixi  köklə rin in  aşkarlan ması,  onların  araşdırılması,  e lmi  maraq  
doğurmaqla  yanaşı  həm  də  siyasi  baxımdan  əhəmiyyətli  və  zərurid ir  ki,  bu  da, 
tədqiqat problemin in aktuallığın ı ş ərtləndirən  
cəhətlərdəndir.  Be lə  ki,  Səfəv i  dövlətinin  Qərb  dövlətləri  ilə  qarşılıqlı 
münasibətlərini  əsaslı  şəkildə  öyrənmədən  Avropa-Şərq  diplo matik  və  iqtisadi 
əlaqələr tarixin i tam əhatə etmək qeyri-mü mkündür. 
Səfəvi  dövlətini  qərb  dövlətləri  ilə  ya xınlaşdıran  məqa mla ra  gəlincə, 
bunlar  dövlətin  mövcudluğunun  ilk  zamanlarında  daha  çox  siyasi  məram 
daşıyırdı;  belə  ki,  XV  əsrin  ortalarından  etibarən  Avropa  və  Asiyanın  bir  sıra 
dövlətlərinin  xarici siyasətlərində əsas problemə çevrilmiş Osman lı  imperiyasına 
qarşı  mübarizə  kampaniyasının  mü xtəlif  dövrlərində  Səfəvilər  dövləti  antitürk 
koalisiyasında  qabaqcıl  yer  tutmuşdur.  Osman lı  imperiyasının  Avropada 
irə lilə məsin in  qarşısını  a lmaq,  düşmənlə rinə  arxadan  zə rbə  endirmə k,  onun 
qüvvələrini iki cəbhəyə bölmək  məqsədilə qərb dövlətləri Səfəvilərlə sıx əlaqələr 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə