R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə4/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   2   3   4   5   6   7   8   9   ...   177


 
qururlar; eyni mə ra mlı Səfəvi hökmdarla rı ö zlə ri də bu əlaqələrə cidd-cəhdlə səy 
göstərirdilər.  Beləliklə,  «Şərq lə  Qərb  arasında  ənənəvi  ticarət  yolları  ü zərində 
ciddi  maneə  o lan,  hər  iki  qitədə  -  Avropa  və  Asiyadakı  qonşuları  üçün  hərbi-
siyasi  təhlükə  törədən  «türk  proble mi»»  (148,  s.  2)  Sə fəvilərlə  Qərb  dövlətləri 
arasında  təmasın  əsas  səbəblərindən  olmuşdur.  V.V.Bartoldun  sözləri  ilə  ifadə 
etsək:  «İran  (Səfəv i  dövləti  -  R.D.)  bu  za man  dünya  ticarətində  yalnız  ikinci 
dərəcəli  rol  oynaya  bilə rdi,  çünki  karvan  tica rəti  (a rtıq)  əhəmiyyətini  it irmişdi, 
İranla  dəniz  ticarəti  isə  avropalılar  üçün  ...  Hindistanla  ticarətin  əlavəsindən 
başqa  bir  şey  deyildi.  ...  (Odur  ki,  Qərb i  Avropa  dövlətləri)  İrana  (Səfəvi 
dövlətinə  -  R.D.)  siyasi  məqsədlərlə  -  Türkiyə  ilə  mübarizələrində  ö zlərinə 
müttəfiq tapmaq üçün diqqət ayırırdılar» (92, s. 759) 
XVII əsrdə Səfəvi dövlət inin qərb dövlətləri ilə ə laqələrində iqtisadi a mil 
dominanta  çevrilir.  Tədqiqatlar  göstərir  ki,  ilkin  kap ital  yığımı  ad landırılan  
proses  şəraitində  «Avropa  millətləri  arasında  Asiya  məhsulları  və  Amerika 
xə zinə lərinə  sahib  çıxmaq  uğrunda  rəqabət»  (141,  s.  365)  gedən  zaman  «böyük 
coğrafi  kəşflər nəticəsində əlverişsiz vəziyyətə düşmüş və İspaniya, Portuqaliya, 
Osmanlı  imperiyası ilə açıq hərbi-siyasi qarşıdurma iqtidarında olmayan, kraliçə 
I  Yelizaveta  Tüdorun  (1558-1603)  zaman ında  qəti  şəkildə  müstəmləkə 
hökmranlığı  yoluna  qədəm  qoymuş  İngiltərə  Hindistanla  birbaşa  əlaqələrini 
Vo lqa-Xə zər yolu, yəni Rusiya əra zisi vasitəsilə qurmağa qəra r verir» (160, s. 2). 
Məlu m  olduğu  kimi,  1554-cü  ildə  yaradılmış,  inhisar  qaydada  Ağ  dəniz 
vasitəsilə Rusiya ilə tica rət edən Moskva şirkəti 1561-1581-c i illər ə rzində Sə fəvi 
dövlətinə altı ticarət ekspedisiyası göndərir. 
XVI  əsrin  II  yarısında  ingilislərin  Səfəvi  dövləti  ilə  ticarəti  ilkin  
müstəmləkə  axtarışları  səciyyəsi  daşıyırdı:  belə  ki,  «şirkət  (Moskva  şirkəti  - 
R.D.) Sə fəvi dövlətin in geniş ərazisini  ingilis  mahudu üçün  əlverişli satış bazarı 
kimi  istifadə  et mək  ...,  bu  dövlət  ərazisində  ipək  t icarətin i  inh isara  almaq,  ... 
Səfəvi  dövləti  ilə  Avropa  ölkə ləri  arasında  ipək  tica rətində  vasitəçiliy i  öz  ə linə  
almaq  niyyətində  id i  ...  Öz  növbəsində,  Osman lı  impe riyası  və  Portuqaliya  
tərəfindən  Aralıq,  Qara   dənizlə ri  və  Hind  okeanı  hövzəsində  ticarətdən 
sıxışdırılmış  Səfəvi  dövləti  də  iqtisadi  tənəzzülünün  qarşısını  almaq  məqsədilə 
Xəzə r-Volqa  yolu  ilə  Rusiya  əra zisindən  keç mə klə  Avropa  ilə  birbaşa  ticarət 
münasibətləri  qurmağa  səy  göstərdiyindən,  İngiltərə  ilə  əlaqəlar  yaradılması 
onun maraqlarına cavab verird i.  Digər tərəfdən, Səfəvilər bununla bir sıra siyasi 
problemlə rin in  həllinə,  ilk  növbədə  İngiltərə  ilə  Os manlıla ra  qarşı  hərbi-siyasi 
ittifaqa  ü mid  bəsləyirdilər»  (148,  s.  42).  Lakin  məlu m  olduğu  kimi  «XVI  əsrin  
60-cı  illərində  bərqərar  olmuş  Səfəv i-İngiltərə   əlaqələ ri  Rusiyanın  Şərqlə  bağlı 


10 
 
niyyətlərilə  bir  araya  gəlmədiy indən  daimi  iqtisadi  və  siyasi  münasibətlərə 
çevrilə bilmədi» (148, s.42). 
Yeni  tarixi  reallıqlar  Qərbin  Şərq,  o  cümlədən  Səfəv i  bazarına  daxil 
olmaq  arzusunu  gerçəkləşdirdi.  Qərbi  Avropa  dövlətlərinin   Səfəv i  dövləti  ilə 
əlaqələrinin  təşkilinə,  o   zaman  dəbdə  olan  vasitə  -  ticarət  ko mpaniyaları  xeyli 
dərəcədə  rəvac  verirdi.  Mə lu m  olduğu  kimi  «Avropa  kapitalının  Sə fəvi  dövləti 
hüdudlarında  bazara  çıxış  uğrunda  XVI  əsrdə  başlanmış  mübarizəsi  XVII  əsrin  
əvvəllərində  daha  da güclənir.  Şərq  bazarında  hökmranlıq  uğrunda  Hollandiya, 
Venesiya,  Portuqaliya  və  İngiltərə  kapita lla rı  arasında  mübarizə  Venesiya 
kapitalının arxa plana  keçməsi ilə nəticələndi».  (133, s. 69)  Bunun əsas səbəbi o 
idi  ki,  Venesiya  ticarət  kapitalı  ayrı-ayrı  tacirlə rin  xa rici  tica rət  kapitalından 
təşkil  olun muşdu  və  onun  inkişafı  da xili  istehsal  məhsullarının  digər  ölkə lərə  
ixracı  ilə  deyil,  Şərq  ölkələri  ilə  kapitalist  Avropası  arasında  ticarət  vasitəçiliyi 
ilə  şərtlən irdi  (141,  s.  340-341).  Belə liklə,  «XVII  əsrin  əvvəllə rində  Şərqdəki 
satış  bazarlarında  nüfuz  dairələri  uğrunda  mübarizə  əsasən  üç  ölkə  İngiltərə, 
Portuqaliya  və  Hollandiya  arasında  cərəyan  etməyə  başlayır.  Ho llandiyanın  
ticarət  ko mpaniyala rı  Şə rqdə  öz  rəqabət  qabiliyyətlərini  gücləndirmək  üçün 
1602-c i ildə bir təşkilatda -  Hollandiya «Ost-Hind» ko mpaniyasında (1602-1798 
- bundan sonra Hollandiya Şə rqi-Hind ko mpaniyası -  R.D.) b irləşdilər və iyirmi 
il ərzində İran  körfəzində tica rət sahəsində demək ola r  ki,  inhisar hüquqa ma lik 
oldular.  Bir  müddət sonra, qarşısında analoji  məqsədlər duran İngiltərən in «Ost-
Hind» ko mpaniyası (1600-1858 - bundan sonra ingilis Şərqi-Hind kompaniyası - 
R.D.)  yaran mış  siyasi  vəziyyətdən  şah  hökumətin in  rəğbətini  qazan maq  üçün 
istifadə  edir:  1622-c i  ildə  ingilis  donanması  Şah  I  Abbasa  portuqaliyalıları  zəbt 
etdiklə ri  Hörmü zdən  və  İran  körfə zindəki  daha  bir  neçə  adadan  qovub 
çıxarmaqda  yardım  göstərir»  (133,  s.  69).  Bunun  əvəzində,  Şah  I Abbas  (1587-
1629)  ingilis  tacirlərinə  xa m  ipəyi  birinci  əldən  almağa  ica zə  verir.  Müqayisə 
üçün deyək ki, yerli tacirlərə belə bir hüquq 1629-cu ildə onun ölümündən sonra 
I Sə fi (1629-1642) tərəfindən bəxş edilir (169, s. 38). 
«1623-cü  ildə  Səfəvi  İranı  ilə  Hollandiyanın  Şərq i-Hind  ko mpaniyası 
arasında  bağlanmış  ticarət  müqaviləsi  isə  Avropa  kapitalın ın  Yaxın  Şərq  
ölkələrini  müstəmləkə  əsarətinə  alma  prosesinin  başlanğıcını  əks  etdirən  
səciyyəvi  sənəd  olur.  Bu  müqaviləyə  görə  hollandiyalı  tacirlərə  Səfəvi  dövləti 
ərazisində ticarət sahəsində müstəsna hüquqlar verilir: onlar Səfəvilərə tabe olan 
bütün  ölkə  və  vilayətlərdə  heç  bir  rüsum  ödəmədən  maneəsiz  ticarət  edə 
bilərd ilər,  bundan  əlavə  həmin  ə razilərin  hakimləri  hollandiyalıla rın  ə lverişli 
ticarəti  üçün  bütün  lazımi  ş əraiti  yarat malı,  onları  mallarının  daşın ması  üçün 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə