R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə17/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   13   14   15   16   17   18   19   20   ...   177

36 
 
siyasətinin  mahiyyəti və  xara kteri ilə bağlı gə linən nəticə lər  mübahisəli o lsa da, 
tədqiq  etdiyimiz  mövzunun  bir  sıra  aspektlərinin  öyrənilməsində  həmin  
materialların tənqidi istifadəsi əhəmiyyətli o la bilər. Hərçənd ki,  V.V.Bartold adı 
çəkilən  əsərlər  barədə  öz  rəyini  belə  bildirmişdir:  «XIX  əsrdə  İran  tarixinə  dair 
əsas  ümu mi  əsər  Malkolmun  ...1815-ci  ildə  işıq  üzü  görmüş  əsəri  sayılırdı... 
1915-c i  ildə  səyahətçi  Sayks  bu  köhnəlmiş  (art ıq  yüz  il  keç mişdi  -  R.D.)  əsəri 
yenisi  ilə  ...əvəz  et məyə  cəhd  etdi,  lakin  Sayksın  əsəri,  baxmayaraq  ki,  1921-c i 
ildə  ikinci  dəfə  də  nəşr  edilir,  ...şübhəsiz  ki,  uğursuzdur,  burada  yalnız  ... 
müəyyən  tikililər  və  Avropada  naməlu m  olan  yazılı  mənbələr  haqqında  bəzi 
mə lu matla r  qiy mət lid ir»  (92,  s.771).  P.Say ksın  əsəri  (1921-c i  il  nəşri)  barədə  
V.V.Bartold  « Rusiya  coğrafiya  cəmiyyətinin  xəbərləri»ndə  mənfi  resenziya  da 
vermişdi.  Həmin  resenziyada  V.Bartold  göstərir  ki,  «...podpolkovnik  Sayksın  
əsəri  XX  əsrin  o xucuları  üçün  Malkomun  (1815)  kitabın ın  XIX  əsr  oxucuları 
üçün  kəsb  etdiyi  əhəmiyyəti  heç  vəchlə  əvəz  edə  bilməzdi...  Sayks  və 
ümu miyyətlə, ingilis alimlərin in əksəriyyəti beynəlxalq elmin tələblərindən daha 
çox, ingilis o xucusunun tələbatını nəzərə alırlar» (93, s.412). 
Həqiqətən də, XX əsrdə Qərbdə işıq üzü görmüş tarixşünaslıq nümunələri 
ilə bağlı N.K.Be lovanın belə bir fikri səciyyəvi sayıla bilər: «XX əsrdə İrana dair 
burjua tarixşünaslığında  kifayət qədər geniş qərb və şərq mənbələrinə əsaslanan 
ayrı-ayrı  tədqiqatlar  meydana  çıxmağa  başlayır  ki,  bunlarda  İranın  tarixi 
keçmişinin detallarla.  lakin yaln ız siyasi tarixin in, ö zü də süjet  xətti sülalələr və 
müharibələr  tarixi  ü zərində  qurulmaqla  bərpasına  cəhd  edilird i»  (94,  s.89). 
N.K.Belovanın  düzgün  olaraq  qeyd  etdiyi  kimi,  orta  əsr  İranına  dair  burjua 
tədqiqatlarının  te matik  dairəsi  «dövlət  quruculuğu,  dini  doktrina,  siyasi  tarix 
məsələ ləri çərç ivəsindən» (95, s. 229)  kənara çıxmırd ı.  La kin buna baxmayaraq, 
ümu mən  qərb  və  o  cümlədən  ingilisdilli  tarixşünaslıq  nümunələri,  heç  şübhəsiz 
ki, tədqiq etdiyimiz dövrün tarixi  mən zərəsin in daha dəqiq canlandırılması üçün 
əhəmiyyətlidir. 
Bu cəhətdən, maraq kəsb edən işlərdən biri şahlıq İran ında təhsil nazirinin  
müşaviri  qis mində  çalışmış  H.Haasın  «İran»  (234)  əsəridir.  İranda  çalışdığı 
müddət ərzində özünün qeyd etdiyi kimi «İran  xalqın ın həqiqi səmimiyyətini və 
dostluğunu  hiss  etmiş»  H.Haas  qərb  oxucusunu  bu  ölkənin  tarixi,  mədəniyyəti, 
iqtisadiyyatı, habelə Rza şah Pəhləvi (1925-1941), onun islahatları və s. ilə tanış 
etmə k  qərarına  gəlir.  Lakin  müəllifin  məhz  bu  iranpərəst  əhval-ruhiyyəsi,  dəst-
xəttindəki  bu  meyl  onun  İranın,  xüsusilə  orta  əsr  tarixinə  dair  mü lahizə lərinin  
obyektivliyinə  neqativ  təsir  göstərməyə  b ilmə zdi.  Məhz  bu  səbəbdən  H.Haas 


37 
 
bəzən bilməyərəkdən, bə zən isə qəsdən səhv və xətala ra yol vermişdir ki, bizim 
üçün maraqlı o lan Səfəv ilər dövrünə aid də belə xətalar istisna təşkil etmir. 
Mançester  Universitetinin  professoru  K.E.Bosvort  özünün  «Müsəlman 
sülalələri.  Xronologiya  və  genealogiya  üzrə  sorğu  kitabı»nda  (97)  (bu  kitab 
1967-c i  ildə  Ed inburq  universiteti  tərəfindən  çap  olunmuş  «Islamic  Surveys» 
seriyasından  olan  məcmuədə  (№5)  dərc  olun muşdu),  adından  da  göründüyü 
kimi, öz qarşısına  xüsusi tədqiqat vəzifəsi qoymadan, sadəcə istifadəsi çox  rahat 
sorğu  kitabçası  tərtib  etməyə  cəhd  göstərmişdir.  Bu  kitab  Qərbi  Avropada 
müsəlman sülalələri  barədə  mövcud  olan bilgilər,  xüsusilə  çap olunmuş  materialları 
əks  etdirən  (əsasən,  Stenli  Len-Pulun  əsəri)  müsəlman  sülalələrinin  xronoloji 
cədvəllərini (xəlifə, sultan, şah,  hökmdar və valilərin  adları,  onların hakimiyyət  illəri 
göstərilməklə)  hər  birinin  müsəlman  dünyası  tarixində  tutduğu  mövqe,  görkəmli 
nümayəndələri,  habelə  hökmranlıq  dövrlərində  baş  vermiş  vacib  hadisələr  əks 
olunmaqla qısa tarixi oçerklərlə zənginləşdirmişdir. Müxtəlif sülalələr barədə oçerklər 
həcmcə  və  məzmunca  bir-birindən  xeyli  fərqlənirsə  də,  ümumən  götürdükdə,  bu 
mə lu matla r yetərli sayıla bilə r. Hərçənd ki, K.Bosvortun kitabında yalnız daha çox 
məşhur  olanları  sadalanır,  nisbətən  az  əhəmiyyətlilərinin  adları  isə  hallandırılmır. 
İstər Azərbaycanın, istərsə də ümumiyyətlə, Ön Asiyanın tarixində əhəmiyyətli rol 
oynamış bir çox Azərbaycan mənşəli sülalələr barədə məlumat verilməsi bizim üçün 
önəmlidir.  Əsərin  77-ci bölümündə  Səfəvilər barədə məlu mat verilir, lakin  bu sülalə 
barədə bilgilərə  digər sülalə lərə da ir xülasələ rdə də rast gəlinir. 
Biz  K.E.Bosvortun  kitabının  orijinalından  deyil,  P.A.Qryazneviç  tərəfindən 
edilmiş  tərcüməsindən  istifadəni  məqsədəuyğun  saydıq,  belə  ki,  müəllifin  özü  bu 
interpretasiyanın (rusca nəşrin) ön sözündə qeyd etmişdir ki. «P.Qryazneviç tərəfındən 
çap olunan bu nəşrdə həm mənim tərəfimdən ona verilmiş, həm də onun özünün etdiyi 
bir sıra düzəlişlər yerinə yetirilmişdir...  Rusca tərcümədə ingiliscə nəşrin müxtəlif - 
həm  faktiki,  həm  də  mətbəə  xətaları  düzəldilmişdir...  Bəzi  sülalələr  barədə  yeni 
material əlavə edilmişdir... Beləliklə, bu kitab (rusca nəşr olunan - R.D.) əhəmiyyətli 
dərəcədə yüksək səviyyədə işıq üzü görür...» (135, s. 14-15). 
Amerikan  alim,  professor  Riçard  Frayın  «İran  irsi»  (227)  adlı  əsəri  İran 
ərazisində yaşamış xalqların eramızdan əvvəl VIII əsrdən, eramızın X əsrinədək olan 
tarixi və mədəniyyətinə həsr olunmuşdur. Bununla belə müəllifin Səfəvilər dövrü ilə 
etdiyi müqayisələr, sezdiyi paralellər maraqlıdır. Həmin müəllifin İslam amilinin İran  
həyatında rolunun tədqiqinə dair «İranda isla m» (226) əsərində şiəliyin mahiyyəti, 
onun Səfəvi dövləti çərçivəsində tutduğu mövqe ilə bağlı  maraq lı  mülah izələ r yer 
almışdır.  R.Frayın  1975-ci  ildə  nəşr  etdirdiyi  «İran  tarixin in  Kembric  versiyası» 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə