R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə13/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   9   10   11   12   13   14   15   16   ...   177

28 
 
sonralar  Həştərxan  qubernatoru  olmuş,  imperiatriçə  Anna  İvanovnanın 
hakimiyyəti  dövründə  isə  Biron  tərəfindən  dövlətə  xəyanətdə  suçlandırılaraq  
edam  olun muş  Artemiy  Petroviç  Volınskin in  (1689-1740)  «Jurnal»ında  rast 
gəlinir.  Biz  hə min  jurnala  bilavasitə  deyil,  arxiv  materialları  əsasında 
P.P.Buşevin  tərtib  etdiyi,  həmin  mənbəənin  təhlilinə  həsr  edilmiş  «Artemi 
Vo lınskinin  1715-1718-ci  illərdə  İrana  səfirliyi»  (102)  monoqrafiyasına  əsasən 
bilvasitə  istinad  et mişik.  Bu  mənbə  müvafiq  dövrdə  Səfəvi  dövlətində  hökm 
sürən siyasi, iqtisadi həyat, Şah və Etimadül-Dövlə daxil o lmaqla siyasi elitanın  
mü xtəlif  nü mayəndələrinin  səciyyəsi,  baş  alıb  gedən  rüşvətxorluq,  bürokratiya, 
orduda  özbaşınalıq,  ölkəni  bürü müş  etiraz  və  üsyanlar,  mövcud  dini  durum, 
əcnəbilərə, o cü mlədən,  missionerlərə  münasibət və s. barədə zəngin məlu matlar 
verir. Bu da təbiid ir, çünki A.P.Vo lınski missiyasının leqal məqsədi Rusiya -
 
İran  
ticarət  müqaviləsi  bağla maq  idis ə,  əsl  mə ra m  İrandakı  və ziyyəti  yerindəcə 
öyrənib,  çarın  bu  ölkə  ilə  bağlı  bütün  suallarını  dürüst,  əhatəli  cavablandırmaq  
idi.  Odur ki, səfir Səfəvi dövlətində gördüyü, eşitdiyi, duyduğu  ən xırda detalları 
böyük həvəs və dəqiqliklə ö z gündəliyində qeyd etmişdi.  Hərçənd ki,  P.P.Buşev 
1254  səhifəlik  Vo lınski  jurna lın ı  «müşahidələrin  dərinliy inə.  təsvirin  ifadəlilik 
gücünə görə olduqca qiymətli tarixi sənəd» (102, s. 18) kimi qiy mətləndirirsə də, 
A.  Volınskin in  özünü  «XVII  əsrin  sonu  -  XVIII  əsrin  əvvəllərinin  təhkimçi-
dvoryan  mühitinin  bütün  naqisliklərinə  -  təmkinli  o lmayan,  hədsiz  qəddarlıq, 
yekəbaşlıq,  rüşvətxorluq,  şöhrətpərəstlik,  yu xarıda  dayananlar  qarşısında  təzim, 
özündən  asılı  olanlara  münasibətdə  yekəxanalıq,  ikrah  nümay iş  etdirmək  kimi 
xüsusiyyətlərə malik tipik nü mayəndəsi» kimi səciyyələndirir (102, s.16). 
A.P.Vo lınski  Şah  Sultan  Hüseyni  Səfəv i  dövlətindəki  acınacaqlı 
vəziyyətin  əsas  günahkarı  kimi  suçlandırırdı.  Öz  silki  mənsubiyyətinə  uyğun 
olaraq  A.Vo lınski  Səfəvi  dövlətinin  tənəzzü lünün  əsl  sosial-iqtisadi  və  siyasi 
səbəblərin i  başa  düş ə  bilmir  və  çıxış  yolunu  yalnız  tənbəl,  zəif  iradəli  Şah  
Hüseynin  ağıllı,  enerjili  şahla  əvəz  olun masında  görürdü.  Təqribən  eyni 
mə zmun lu  mə lu matla ra  Os manlı  dövlətinin  elçisi,  A.P.Vo lınskidən  bir  neçə  il 
sonra  (1719)  Sə fəvi  dövlətində  olmuş  Dürri  Əfəndinin  də  xatirə lərində  rast 
gəlinir.  Biz  bu  mənbəyə  L.Lokhart ın  əsərində  verilmiş  mə lu matlar  əsasında 
istinad  etmişik.  Dürri  Əfəndi  də  A.P.Vo lınski  kimi,  Şah  Hüseynin  tez  bir 
zamanda  bacarıqlı,  iradəli  başqa  bir  şahla  əvəzlənməyəcəyi  təqdirdə  Səfəvi 
dövlətini acı aqibət gözlədiyi barədə uzaqgörənliklə məlu mat verird i. 
I  Pyotrun  Xəzə rboyuna  yürüşünün  iştirakçısı  olmuş  Henri  Bryusun 
«Xatirələr»i  (64)  maraqlı  mənbədir.  I  Pyotrun  xüsusi  tapşırığı  ilə  Sulaq  və 
Ağraxan  çayların ın  mənbəyi  yaxınlığında  inşa  edilən  Krepost  Svyatoqo  Kresta 


29 
 
qalasının  baş  mühəndisi  qismində  çalışmış  H.Bryus  çarın  Xəzərboyuna  yürüşü 
ilə  bağlı maraq lı fa ktla r barədə mə lu mat verir. 
Səfəvi dövlətinin əfqanlar tərəfındən işğalı, əfqan-türk  müharibəsi  barədə 
türk sultanı III Əh məd in (1703-1730) sarayında rəsmi tarixşünas olmuş, «Tarixi-
Rəşid»in  müəlliflərindən  biri  Çə ləbizadə  xeyli  mə lu mat  verir.  Be lə  ki,  bu  şəxs 
əfqan  Əşrəfin  elçisi  Abdal-Əzizin  İstanbulda  sultanla  audiensiyasının  şəxsən 
iştirakçısı  olmuş,      elçinin      gətirdiyi      məktubları      və     sultan,     habelə     türk 
müftisinin  cavab  mətnlərini  saraydakıların  hüzurunda  oxumuşdur.  L.Lokhart 
müvafiq  dövrün  işıqlandırılması  zamanı  Çələbizadər  məlu matlarına  xeyli  yer 
vermişdir (246, s.283-286). 
Səfəvi  dövlətinin  vilayətlərindən  biri  olan  Gürcüstanla  bağlı  hadisələrin  
təsvirində tanınmış gürcü tarixç isi və coğrafiyaçısı  Va xuşt  Baqrationinin  (1696-
1784)   mə lu matları  əhə miyyətlid ir. « Gürcüstanın    1469-cu     ildə    üç    çarlıq     
və      beş       knyazlığa  parçalandıqdan sonrakı  dövrünün  tarixi  çar  VI  Va xtanqın  
(1703-1725) ə mrinə əsasən tərtib edilmiş, onun oğlu Va xuşt (1696-1778) tərəfindən 
yenidən işlənilmişdir» (10, s. 148-149).  VI  Va xtanqın qeyri-qanuni    oğlu    olan    
Vaxuşt        1724-cü      ildən        Moskvada  mühacirətdə  yaşamışdır.  ««Sakartvelos 
sxovreba»  (Gürcüstanın  həyatı,  1745)  adlı  əsas  əsərində  ilk  dəfə  gürcü  xalqının  
keçmişini tənqidi şəkildə tədqiq etməyə cəhd göstərmişdir» (ASE,  II cild s.422). 
Tarixi  və  tarixi-coğrafi  hissələrdən  ibarət olan  bu  əsər  tam  şəkildə  ilk  dəfə  gürcü 
dilində  1973-cü  ildə  nəşr  olunub  (4).  Va xuşta  daha  çox  fransız  Brosse  özünün 
«Gürcüstan tarixi» əsərində istinad etmişdir. 
Toxunduğumuz  problemlərin  bəzi  aspektləri  öz  təsdiqi  və  əlavəsini  şərq 
müəlliflərindən Şərifxan Bidlisi, Övliya Çələbi, Həsən bəy Qumlu, Məhəmməd Xəlil, 
Məhəmməd Möhsün, Məhəmməd Ka zım və b. əsərlərində tapmışdır. 
§ 2. Ədəbiyyat 
İngilisdilli  tarixşünaslıq  nümunələrinin  xülasəsinə  keçid  almamışdan, 
görkəmli  Azərbaycan tarixçisi  Y.Mahmudovun belə bir  fikrin i  diqqətə  çatdırmaq  
istərdik  ki,  həqiqətən  «...Səfəvi  tarixinin  ayrı-ayrı  məsələlərinin  araşdırılması 
baxımından  xarici  ölkə  tarixçiləri  də  müəyyən  iş  görmüşlər.  Əlimiz  yetən 
kitab xana larda  saxlanılmayan  bir  ço x  qiy mət li  mənbələ rə  əsaslanan  bu 
tarixçilərin  əsərləri,  müəyyən  elmi  qüsurlarına  baxmayaraq,  bəzən  ayrı-ayrı  elmi 
məsələlərin əsaslandırılmasında faktik material baxımından xeyli köməyə gəlir» (150, 
s.19). 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə