Fəsil 4. İstehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü
daha böyük xüsusi çəkiyə malik olmaları ilə xarakterizə edilir. Bu tə-
mərküzləşmə forması bilavasitə elmi-texniki tərəqqini əks etdirir və
yalnız intensiv yolla inkişaf edir.
Təmərküzləşdirmənin istehsal-texniki forması qurulmuş avadan-
lıqların sayca çoxaldılması yolu ilə baş verir. Bu o deməkdir ki, təmər-
küzləşdirmənin bu forması yalnız ekstensiv yolla həyata keçirilir.
Texnoloji təmərküzləşdirmə aqreqat və istehsal-texniki təmər-
küzləşdirmə formalarını özündə birləşdirir. Başqa sözlə, təmərküz-
ləşdirmənin bu formasında qurulmuş avadanlıqların sayca çoxaldıl-
ması onlardan hər birinin gücünün artırılması ilə eyni zamanda baş
verir. Daha dəqiq desək, təmərküzləşdirmənin bu formasında həmin
proses aqreqat və istehsal-texniki təmərküzləşdirmə formalarının
vəhdətdə inkişafı nəticəsində yaranır.
Təmərküzləşdirmənin formaları içərisində onun istehsal-texniki,
başqa sözlə, müəssisədə istehsalların (sex, sahə və s.) çoxalması for-
ması nisbətən mürəkkəbdir və bunun istiqamətləri aşağıdakı kimidir:
a) konstruktiv quruluşu, hazırlanma texnologiyası, iqtisadi təyi-
natı və istismar şəraiti oxşar olan məhsullar istehsalının bir müəssisə-
də təmərküzləşməsi; belə təmərküzləşmə istehsalın ixtisaslaşması
ilə nəticələnir;
b) xammalın kompleks emalı və ya texnoloji ardıcıllıqla işlənilmə-
sinə əsaslanan təmərküzləşmə; belə təmərküzləşmə istehsalın kom-
binələşməsi ilə nəticələnir;
c) son məhsulun hazırlanması prosesində texnoloji baxımdan əla-
qəli, lakin məkanca bir-birindən aralı olan müxtəlif istehsalların tə-
mərküzləşməsi; belə təmərküzləşmə istehsalın kooperativləşməsilə
nəticələnir;
d) təşkilati-təsərrüfat təmərküzləşməsi; belə təmərküzləşmə isteh-
salın təşkilində hər hansı dəyişiklik olmadan xırda müəssisələrin
inzibati-idarə cəhətdən birləşdirilməsinə, onların təsərrüfatçılıq müs-
təqilliyini itirmək prinsipinə əsaslanır. Belə təmərküzləşmə müəssi-
sələrin idarə olunmasının mərkəzləşdirilməsi və sonradan isə is-
tehsalın yenidən təşkilinə ilkin şərtlər yaradılması ilə nəticələnir.
Təmərküzləşdirmənin istehsal-texniki forması, habelə, ümumiy-
yətlə, təmərküzləşmə özünün çalarlıq müxtəlifliyinə baxmayaraq, nə-
ticə etibarilə, istehsalın daha böyük müəssisələrdə birləşməsi ilə nəti-
101
Telman Huseynov
cələnir və ictimai istehsalın təşkili formalarının – ixtisaslaşdırma,
kooperativləşdirmə və kombinələşdirmə proseslərinin ilkin şərti kimi
çıxış edir. Başqa sözlə, təmərküzləşmə istehsalın ictimai təşkilinin
əsasıdırsa, qalanları onun törəmələridir.
Nəhayət, təmərküzləşmənin fasiləsiz bir proses olduğu xüsusi
qeyd edilməlidir, buna səbəb isə elmi-texniki tərəqqinin fasiləsiz bir
ictimai-iqtisadi proses olmasıdır.
Müəssisədə istehsalın təmərküzləşdirilməsi aşağıdakı istiqamətdə
həyata keçirilə bilər:
– ixtisaslaşdırılmış istehsalın təmərküzləşməsi;
– kombinələşmiş istehsalların təmərküzləşməsi;
– universal müəssisələrin ölçülərinin artması.
Bu istiqamətlər içərisində ən səmərəlisi birincisidir. Həmcins məh-
sullar istehsalının daha iri müəssisələrdə cəmləşməsi yüksək məhsuldar
və ixtisaslaşmış avadanlıqlardan, avtomatlaşdırılmış axın xətlərindən, is-
tehsalın təşkilinin mütərəqqi metodlarından istifadə etməyə imkan verir.
Təmərküzləşmənin ikinci istiqaməti də səmərəlidir. Bu istiqamət
texnoloji proseslərin yerinə yetirilməsinin ardıcıllığını, xammalın
kompleks emalını, aralıq məhsul və tullantılardan istifadə etməyi, ət-
raf mühitin çirklənməsinin azalmasını təmin edir.
Ən səmərəsiz variant üçüncü istiqamətdir. Bu istiqamətdə isteh-
salın təmərküzləşməsi nə istehsal proseslərinin oxşarlığına və ardıcıl-
lığına, nə də xammalın kompleks emalına əsaslanır. Universal tipli
müəssisələr bir-birilə az əlaqəli istehsalları birləşdirir.
İstehsalın təmərküzləşdirilməsini təhlil edərkən istehsalın ölçüsü
ilə müəssisənin ölçüsü anlayışlarını fərqləndirmək zəruridir. İsteh-
salın ölçüsü istehsal prosesinin nəticəsini ifadə edir və natural, əmək və
ya dəyər göstəricilərində məhsulun kəmiyyəti ilə müəyyən olunur.
Müəssisənin ölçüsü, istehsal prosesinin təşkili formalarının kəmiyyət
xarakteristikasıdır və müəssisədə toplanmış maddi və əmək resurslarının
məcmusu ilə, həmçinin istehsalın ölçüsü ilə müəyyən olunur. Bu baxım-
dan müəssisənin ölçüsünün artırılması və ya mütləq təmərküzləşməsini
iki yolla: müəssisənin tərkibində olan istehsalların ölçülərini artırmaqla
və müəssisədə istehsalların sayını çoxaltmaqla həyata keçirmək olar.
Ayrı-ayrı sahələrdə istehsalın təmərküzləşməsi məhsulun və onun
hazırlanması texnologiyasından asılıdır: metallurgiya və elektroener-
102
Fəsil 4. İstehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü
getika sahələrində istehsalın təmərküzləşməsi əsas aqreqatların orta
gücü ilə; dağ-mədən və toxuculuq sahəsində istehsal alətlərinin kom-
pleksi ilə; kütləvi və iriseriyalı istehsal tipinə əsaslanan maşınqayır-
ma müəssisələrində, elektrotexnika, radiotexnika sənayesində isteh-
salın texnologiyası və təşkili xarakteri ilə müəyyən olunur.
2. İstehsalın təmərküzləşdirilmə səviyyəsinin göstəriciləri
İstehsalın təmərküzləşməsinin inkişafı səviyyəsini və dinamika-
sını öyrənmək üçün 2 qrup göstəricilərdən istifadə olunur.
Birinci qrup göstəricilərin köməyilə təmərküzləşmə səviyyəsini
sahəyə daxil olan müəssisələrin orta ölçüsü kimi öyrənir, təhlil edir
və qiymətləndirirlər.
İkinci qrup göstəricilər təmərküzləşmə səviyyəsini sahənin ümu-
mi məhsulunun müxtəlif ölçülü müəssisələr arasında bölgüsü və hər
ölçü qrupu müəssisələrinin ümumi istehsaldakı payı vasitəsilə müəy-
yən olunur.
Birinci qrup göstəricilər əsasən mütləq təmərküzləşməni, ikinci
qrup göstəricilər isə nisbi təmərküzləşməni səciyyələndirirlər. Mütləq
təmərküzləşmənin səviyyəsi aqreqatların, istehsalların və müəssisələ-
rin maksimal və orta ölçülərini, nisbi təmərküzləşmənin səviyyəsi isə
müxtəlif ölçülü aqreqat, istehsallar və müəssisə qrupları arasında
sahənin ümümi həcminin bölgüsünü əks etdirir.
Təmərküzləşmənin vəziyyətini və dinamikasını öyrənmək üçün na-
tural və dəyər ölçüsündə məhsul istehsalının həcmi, sənaye-istehsal he-
yətinin orta illik sayı, istehsal əsas fondlarının orta illik dəyəri, energe-
tika avadanlıqlarının orta illik gücü və s. göstəricilərdən istifadə olunur.
Təmərküzləşmə prosesinin tədqiqi zamanı daha düzgün nəticəyə
gəlmək üçün qeyd edilən göstəricilərin hamısından eyni vaxtda –
əmək tutumlu olsa da – istifadə olunması elmi və metodiki cəhətdən
daha məqsədəuyğundur. Lakin bu o demək deyildir ki, göstəricilərin
təklikdə tətbiqilə bütün hallarda düzgün nəticəyə gəlmək olmur. Tə-
mərküzləşmə formaları və yollarının müxtəlifliyi onun ölçülməsində
tətbiq edilən göstəricilərin də müxtəlifliyini şərtləndirir.
Təmərküzləşmənin aqreqat formasında natural göstəricilərin tət-
biqi real vəziyyəti və dinamikanı öyrənmək üçün daha məqsədəuy-
ğundur. Natural göstərici vasitəsilə, məsələn, hər hansı aqreqat növü-
103
Dostları ilə paylaş: |