Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə22/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   18   19   20   21   22   23   24   25   ...   194

Telman Huseynov 

kəmiyyət və keyfiyyət parametrləri, həmçinin, onların müvafiq nis-

bətdə qarşılıqlı  təsiretmə  əsasında baş verən inteqrasiyası müəssisə-

nin istehsal imkanını müəyyən edir.  

Müəssisənin istehsal potensialının keyfiyyəti, mükəmməlliyi yeni 

məhsulların yaradılması ilə müəyyən olunur, onun elementləri isə ha-

zırlanan məhsulun tələblərinə, texniki-iqtisadi baxımdan, uyğunlaşdı-

rılmalıdır. İstehsal potensialı özünün bu təyinatını o vaxt yerinə ye-

tirə bilər ki, onun elementlərinin tərkibi və xarakteristikası hazırlanan 

məhsulun texniki parametrlərinə uyğun gəlsin və bununla müəyyən 

edilsin. Yalnız bu halda istehsal potensialının bütün elementləri 

müəssisə qarşısında duran ümumi məqsədə xidmət edə bilər. Hər bir 

elementin yeri və funksiyası bütövlükdə elementlərin məcmusu qar-

şısında qoyulan tələblərlə müəyyən olunur və onun səfərbərlik səviy-

yəsini xarakterizə edir. Müəssisənin daxili mühitini kadrlar, istehsal 

vasitələri (əmək vasitələri və əmək cismləri), informasiya və maliyyə 

vəsaitləri təşkil edir.  

Müəssisənin kadrları,  əmək vasitələri (istehsal əsas fondları), 

əmək cismləri (dövriyyə fondları) haqqında kitabın dördüncü bölmə-

sində ətraflı məlumat veriləcəkdir. 

Daxili mühitin doğurduğu amillərdən biri kimi informasiyaya gə-

lincə, göstərmək lazımdır ki, müəssisədə informasiya öz tərkibinə 

görə, kommersiya, texniki və operativ informasiyalardan ibarət olur. 

Kommersiya informasiyası  məhsulun reallaşdırılması  və istehsal 

xərclərinə aid olan məlumatları  əks etdirirsə, texniki informasiya 

məhsulun xarakteristikası  və onun istehsalı texnologiyası haqqında 

məlumatlar toplusudur. Operativ informasiya əsasında istehsal hey-

yətinə tapşırıqlar verilir, onları  iş yerləri üzrə bölüşdürür, istehsal 

prosesinin gedişinə nəzarət edir, uçot və tənzimləmə kimi funksiya-

ları həyata keçirirlər.  

Məlum olduğu kimi, firmanın istehsal etdiyi məhsulun rəqabət 

qabiliyyəti, nəticə etibarilə bütövlükdə firmanın özünün qərabət qabi-

liyyətini müəyyən edir. Lakin məhsulun rəqabət qabiliyyəti və, uy-

ğun olaraq, rentabelliyi səviyyələrinin aşağı düşməsi və nəticə etiba-

rilə firmanın da analoji prosesə məruz qalması sahibkar üçün eyni tə-

sir gücünə malik hadisələr deyil. Belə ki, birincisi, əgər firmanın rə-

qabətə davamlığı müddəti nisbətən uzun bir dövrü əhatə edə bilirsə

 

64




Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

məhsulun rentabellik səviyyəsi uzun müddət davam edə bilməz, 

məhsulun «talei» həftə, ay və ya il ərzində həll olunur – istehsalından 

imtina edilir. İkincisi, məhsuldan fərqli olaraq, firmanın rəqabət qabi-

liyyətini tək istehlakçı deyil, sahibkar özü də qiymətləndirir; mövcud 

olan bazar konyunkturasında bu və ya digər məhsulun istehsalı zəru-

riliyini (faydalılıq baxımından) məhs o özü müəyyən edir. Üçüncüsü, 

bir məhsulun rəqabət qabiliyyətinin aşağı düşməsi firmanın uyğun 

göstəricisinə təsir edə bilər, lakin firmanın «istehsaldan çıxarılması» 

məsələsini həll edə bilməz. 

Firmanın rəqabət qabiliyyətinin necəliyi nisbi göstəricidir, başqa 

sözlə, onun rəqib firma ilə müqaisədə istehsalının səmərəliliyi və məh-

sulunun istehlakçıları qane etməsi – keyfiyyəti və qiymətinə görə – 

səviyyəsini səciyələndirir.  

Bütün bunlardan əlavə, adətən firma müəssisə ilə müqaisədə, ge-

niş nomenklaturada məhsul istehsal edir, sənaye xarakterli müxtəlif 

işlər görür və geniş çeşiddə xidmətlər göstərir. 

Firma ilə müqaisədə əgər müəssisə – iqtisadi təyinatı baxımından – 

monoprofilli, monoməhsullu istehsal subyektidirsə, firma çox hal-

larda bir neçə müəssisəni özündə birləşdirən geniş nomenklatura və 

həm də, müxtəlif iqtisadi təyinatlı məhsullar istehsalı ilə məşğul olur.  

İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində bir sıra firmalar «üfü-

qi», «şaquli» və habelə «konqlomerat» (mexaniki, qaydasız qarışıq) 

tipli birliklər kimi fəaliyyət göstərirlər. Məsələn, ABŞ-in iri poladəri-

dən firmaları olan «Betlexm Stil», «Ripablik Stil» və s. həmin isteh-

salın bütün mərhələlərinin müəssisələrinə (filiz mədəni, kömür şaxta-

sı, əhəng karxanası, domna və marten sobaları, yayma stanları və s.) 

malik şaquli tipli kombinələşmiş birliklərdir. 

Yaxud, «Kroqer», «Seyfuey» və s. bu kimi firmalar geniş  şəbə-

kəli pərakəndə satış mağazalarına malik üfüqi tipli birliklərdir. 

Konqlomerat firmalara misal olaraq ABŞ-ın «İnterneşnl telefoun 

end teleqraf» firmasını göstərmk olar. O, adına uyğun gələn məhsul-

ların istehsalından əlavə otellərin istismarı, çörək-bulka və tədris lə-

vazimatları istehsalı və habelə sığorta xidməti təklif etməklə öz iqti-

sadiyyatının tarazlı inkişafına nail ola bilir. 

Firmanın çoxprofilli istehsal olması  və müxtəlif xidmətlər gös-

tərməsi onun müvazinətli (tarazlı), rəqabətə dözümlü fəaliyyətinin 

 65



Telman Huseynov 

təminatçısı kimi çıxış edir. Belə ki, əgər onun məhsullarından birinin 

ömrü sona yaxınlaşdığından rentabellik səviyyəsi tədricən aşağı dü-

şürsə, başqa iqtisadi təyinatdan olan digərinin həyat tsikli yeni baş-

landığından onun rentabellik səviyyəsi yüksək olur və bu səbəbdən 

də firmanın iqtisadi inkişafı və sosial tərəqqisində sarsıntılar olmur.  

Müxtəlif məhsulların həyat tsiklərinin ayrı-ayrı dövrləri üçün 

firma müxtəlif qiymət növlərindən istifadə etməklə, onların rentabel-

liyinin səviyyəsinin sabit qalması dövrünü az və ya çox dərəcədə 

uzada bilir. 



5. Firmanın yaradılması və ləğvi qaydaları 

Müəssisə (firma) əmlak mülkiyyətçisinin (mülkiyyətçilərinin), 

yaxud onun (onların) vəkil etdiyi orqanın, müəssisənin, təşkilatın 

qərarı ilə yaradıla bilər. Firmanın təsisçisi aşağıdakılar ola bilər: 

1. Dövlət əmlakını idarəetməyə vəkil edilmiş dövlət orqanları; 

2. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri; 

3. Xarici dövlətlər

4. Əcnəbi ölkələrin vətəndaşları; 

5. Beynəlxalq təşkilatlar. 

Müəssisə və ya firma yaradılarkən təsisçilər, habelə müəssisə və 

təsisçi (təsisçilər) arasındakı qarşılıqlı münasibətləri tənzimləmək 

məqsədilə təsis müqaviləsi tərtib olunur. Təsis müqaviləsində müəs-

sisənin adı və növü, təsisçilər haqqında məlumat, Nizamnamə fondu, 

hər təsisçinin bu fonddakı payı, öhdəliklər, mənfəətin bölüşdürülməsi 

qaydası və s. göstərilir.  

Fərdi və dövlət müəssisələri təsis edilərkən təsis müqaviləsi tərtib 

edilmir. 

Təşkilati-iqtisadi və təşkilati-hüquqi formasından asılı olmayaraq 

bütün müəssisələr nizamnamə əsasında fəaliyyət göstərirlər. 

Müəssisənin nizamnaməsi təsisçisi bir fiziki və ya hüquqi şəxs 

olduqda onun özü tərəfindən, müəssisənin təsisçiləri iki və daha çox 

olduqda isə təsisçilərin ümumi yığıncağı tərəfindən qəbul edilir. 

Müəssisənin nizamnaməsində onun adı  və növü, hüquqi ünvanı, 

təsisçilər haqqında məlumat, müəssisənin hüquq və  vəzifələri, Ni-

zamnamə fondu, fəaliyyətinin məzmunu və  məqsədi, idarəetmə  və 

nəzarət orqanları, səlahiyyəti, müəssisə əmlakının yaranması və mən-

 

66



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə