S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi


Şəkil 6. AI-OHC markalı pasterizə edici lövhəli aparat



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə32/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

Şəkil 6. AI-OHC markalı pasterizə edici lövhəli aparat: 

– qurğunun özülü; 
2
– lövhəciklər; 
3
– sıxıcı qarmaq; 
4
– sı-
xıcı lövhə; 
5
– istiqamətləndirici ox; 
6
– ayaqlıq 
Mikroorqanizmlərin əksəriyyəti o qədər yüksək olma-
yan temperaturda nisbətən uzun müddət qaldıqda məhv 
olur. Ona görə də temperatur və vaxt pasterizə etmənin 
əsas faktorudur. Bu faktorlardan asılı olaraq aşağıdakı 
pasterizasiya rejimləri tətbiq olunur: 
a) uzunmüddətli – 63-65
0
C/30 dəqiqə 
b) qısamüddətli – 72-76
0
C/ 20 saniyə 
c) ani müddətli – 90-95
0
C-saxlamadan 
Bu əməliyyat xüsusi avadanlıqların–pasterizatorların 


Süd və süd məhsullarının texnologiyası 
49 
köməyi ilə həyata keçirilir. Pasterizatorlar borulu və löv-
həli olurlar. Içməli süd və turş süd məhsulları istehsalında 
adətən lövhəli pasterizatorlardan istifadə edilir. Bu ava-
danlıqların pasterizə ehtimalı 99,9%-dir. Bu avadanlıqla-
rın pasterizasiyadan əlavə soyutma qabiliyyətinə də ma-
likdirlər. Iqtisadi cəhətdən çox əlverişli avadanlıqlardır. 
Pasterizasiyanın effektivliyi məhv olmuş mikroorqanizm-
lərin miqdarının xammalda olan mikroorqanizmlərin miq-
darına olan nisbəti ilə müəyyən edilir və faizlə göstərilir 
(şəkil 6).
 
 
4.1.2.
 
Südün sterilizə edilməsi 
 
Südün 100
0
C-dən yuxarı temperaturda isti emalına ste-
rilizə edilmə deyilir. Sterilizə edilmiş süddə nəinki vegeta-
tiv mikroorqanizmlər hətta qılaflı bakteriyalar məhv olur-
lar (onların istiliyə davamlılığı yüksəkdir). Belə süd insan 
orqanizmi üçün tamamilə təhlükəsizdir və onu adi tempe-
raturda uzun müddət saxlamaq olar (bir ay 16-20
0
C). Ste-
rilizə edillmə effektivliyi aşağıdakı düsturla hesablanır:
E = l
y
C
b
-l
y
C
c
Burada: C
b
və C
c
- mikroorqanizmlərin sterilizasiyadan 
əvvəl və sonrakı miqdarıdır. 
9 < C
b
< 10 olmalıdır. 
Sterilizasiya effektivliyi temperatur və vaxtdan asılıdır. 
Temperatur nə qədər çox olarsa, süddə olan mikroorqa-
nizmlərin məhv olma sürəti o qədər çoxalır. Məs., 100
0
C-
dən yuxarı temperatur hər 10
0
C qalxdıqca termofil bakte-
riyanın məhv olma sürəti 11 dəfə, mezofil bakteriyaların 
məhv olma sürəti isə 30 dəfə artır. Sterilizasiya effektlili-
yini lazımi dərəcədə almaq üçün, sterilizasiya temperaturu 
aşağı olduqca onun müddətini artırmaq lazımdır və ya ək-



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə