S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi


Süd və süd məhsullarının texnologiyası



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə35/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

Süd və süd məhsullarının texnologiyası 
53 
edən) patogen mikroorqanizmlərin məhv edilməsində isti-
fadə edirlər. Ionlaşdırıcı şüalardan aeroionlaşdırmada isti-
fadə edərək pendirlərin saxlanması və yetişməsi kamerala-
rında kif köbələklərinin inkişafını zəiflədərək nəticədə da-
yandırırlar. Bu yolla pendirlərin üzərində kif əmələ gəlmə 
ehtimalını azaldırlar. 
Kimyəvi üsullardan südçülük sənayesində ən geniş ya-
yılmış üsul, sorbin turşusu və onun duzları ilə süd məhsul-
larına təsir etmək üsuludur. Sorbin turşusu həmçinin əri-
dilmiş pendirlərin tərkibinə daxil edilir, bərk pendirlərin 
səthinə yaxılır, pedir yetişdirilən vaxt onun üstünü örtmək 
üçün istifadə olunan örtük materialları turş suda hopduru-
lur ki, kif köbələklərinin inkişafı dayansın. Sorbin turşu-
suna nisbətən dehidroasetat turşusu və onun duzları göbə-
lək və sporlu mikroorqanizmləri məhv etməkdə daha güc-
lü təsirə malikdirlər. Bəzi bitki mənşəli maddələr plyum-
bagin və yuqlan süddə və zərdabda mikroorqanizmlərin 
fəaliyyətini zəiflətməkdə daha güclü qabiliyyətə malikdir-
lər. Onlar yüksək səmərə ilə süd zərdabının konservləşdi-
rilməsi, daşınması və saxlanması zamanı istifadə edilir. 
Bu məqsədlər üçün qeyd olunanlardan başqa bəzi hallarda 
aşağı molekullu turşular (propion, qarışqa) və hidrogen 
peroksid də işlədilir. Hidrogen peroksid hətta çox zəif qa-
tılıqda (8-10 milyonda bir hissə) südün bakteriyalara qarşı 
təbii fəallığını qüvvətləndirir, ozon (O
3
)-da çox güclü şə-
kildə təsir göstərir. Süd və süd məhsullarında olan bakteri-
ya və mikroorqanizmləri göstərilən maddələr ilə aktivsiz-
ləşdirmək üçün istifadə edilməsinə səhiyyə təşkilatlarının 
icazəsi olmadan yol verilmir. 
 
 


S.B.Kazımov, A.A.Qasımova 
54 

Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə