S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə30/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

S.B.Kazımov, A.A.Qasımova 
46 
dab zülalı olan quru konsentrat almaq üçün istifadə edilir. 
Bu qurğunun növbədə 50 ton və daha çox süd emal edən 
və süd şəkəri istehsal edən sexi (ultra-süzmə zamanı əmə-
lə gələn süzüntünü emal etmək üçün) olan pendir zavodla-
rında quraşdırmaq məsləhət görülür.
Komplektdə xəttə duru zülal konsentratını pasterizə et-
mək üçün avadanlıq daxil edilmədiyinə görə mikrobioloji 
göstəricilərinə görə texniki şərtlərin tələblərinə cavab verə 
bilən hazır məhsul almaq üçün, xəttin yanında məhsulu 
ultra süzmədən sonra pasterizə etmək üçün xüsusi sahə 
ayırmaq lazımdır. Burada konsentrat 72-76
0
C-də 16-20 
san saxlanılmaqla pasterizə edilməli, 8-10
0
C-yə qədər so-
yudulmalı və ancaq tozlandırıcı qurutmaya başlamazdan 
əvvəl 50-20
0
C-yə qədər qızdırılmalıdır.
Nadir bioloji funksional xassələrinə görə AI-ОУС xət-
tində istehsal olunan zərdab zülalları konsentratları zülal 
zənginləşdirici kimi uşaq qida məhsullarının istehsalında 
və eləcə də yüksək bioloji dəyərliliyinə malik qida məh-
sullarının istehsalında istifadə edilməsi məsləhət görülür. 
AI-OУП və yaxud AI-ОУС ultra süzücü qurğuları olan 
hər bir müəssisə pendiraltı zərdabın zülal karbohidrat 
əsaslı xammal istehsal edib, ondan “Voljskoye” adlı süd 
və turş süd içkisi “Voljskoye” hazırlaya bilər. КСБ-УФ 
adlı qurğu zərdab zülal konsentratından uşaq və pəhriz qi-
dalandırmasında istifadə olunan məhsullardan “Novinka”, 
“Kolosok”, “Bifidolokt”, “Novolakt-MM”, “Osobıy” pen-
diri, “Snequr”, “Leto içkiləri”, “Qorodskaya” adlı ayran 
“Antey”, “Snequroçka” dondurması, mətbəx mayonezi, 
yumurta sarısı, zeytun yağı, sirkə və ədviyyatdan hazırla-
nan sous, həmin sousdan “Provansal” kolbasası və qənna-
dı məmulatları, əlavələr edilmiş kərə yağı və başqa məh-
sulların istehsalında istifadə edilir. Tək-tək hallarda ultra-



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə