Süd və süd məhsullarının texnologiyası
3
Ön söz
Texnologiya tətbiqi elm olub – fizika, kimya, biokim-
ya, mikrobiologiya və bu kimi
elmlərin nəaliyyətlərinə
əsaslanır. Südün texnologiyası elmi südün kimyəvi tərki-
bi, xassələri, süd xammalından yüksək keyfiyyətli müxtə-
lif süd məhsullarının istehsalı və emal texnologiyasını tə-
min edən bir sistemdir. Son illər südçülük sənayesində
məlum islahatlardan sonra süd və süd məhsullarının ixti-
saslaşdırılmış fermer təsərrüfatlarında, az istehsal gücünə
malik – mini-zavodlarda məhsul istehsalına
meyillik art-
mışdır. Çünki, belə istehsalat sahələrində əldə olunan süd-
dən istənilən miqdarda süd məhsulları (təxminən 50 kq-
dan 150 kq-a qədər pendir, 25 kq-dan 40 kq-a qədər yağ
və s.) emal etmək mümkün olur
və bu yolla da istehsala
və emala sərf olunan xərclər azalır, məhsulun çeşidi, növü
sərfəlilik baxımından müəyyənləşdirilir. Bunlardan başqa
2-ci dərəcəli süd məhsullarından və istehsalat tullantıların-
dan yüksək dərəcədə istifadə etmək mümkün olur. Belə-
liklə də məhsul istehsalına az əmək və istehsal xərcləri
sərf
edilməklə yüksək keyfiyyətli, iqtisadi cəhətdən daha
gəlirli məhsul hazırlanmasına zəmin yaranır. Bütün bu iş-
lər özü-özlüyündə mürəkkəb bir proses olduğuna görə
müxtəlif süd məhsulları istehsalının xammalı kimi südün
kimyəvi
tərkibinin və xassələrinin, südün keyfiyyətini
xarakterizə edən göstəricilərin, fermalarda yüksək keyfiy-
yətli südün alınmasının sanitar-gigiyenik şəraitinin,
xəstə
və xəstəliyə şübhəli heyvanlardan sağlam südün istifadə
edilməsi qaydalarının və emal üsullarının, süd sənayesin-
də bəzi hesablamaların aparılmasının,
südün mexaniki
emalının (südün süzülməsi, separatordan keçirilməsi, sü-
dün
baktofaqdan keçilməsi, südün normallaşdırılması