Süd və süd məhsullarının texnologiyası
17
ri standartın tələblərinə tam cavab verməlidir.
Uşaq qidalarının, qursaq mayası ilə mayalanmış pen-
dirlərin, sterilizə olunmuş məhsulların hazırlanmasında is-
tifadə olunan süd əla və birinci sort südün tələblərinə ca-
vab verməlidir. Həmin süddə somatik hüceyrələrin miqda-
rı 500 min/sm
3
- dan çox olmamalıdır, temperatura davam-
lılığına görə - II qrupdan aşağı (uşaq qidaları və sterilizə
olunmuş məhsullarda), qursaq-qıcqırma nümunəsinə görə
qursaq pendirlərində II dərəcədən az olmamalıdır. Bu za-
man süd satınalınma qiymətinə əlavə qiymət artırmaqla
qəbul olunur.
Satışa buraxılan, xəstəxanalara, qidalandırma müəssisə-
lərinə
verilən süd, pasterizə edilmiş süd üçün qəbul edil-
miş standartın tələblərinə uyğun olmalıdır. Uşaq müəssi-
sələrinə verilən südün göstəriciləri isə əlavə olaraq veteri-
nar qaydalara və tələblərə cavab verməlidir.
Tərkibində az miqdarda
antibiotiklər olan süd pendir,
turş süd məhsulları, turş kərə yağı istehsalı üçün yararsız
hesab edilir, çünki onların tərkibində olan süd turşusu
bakteriyalarının inkişafı dayanır, insan orqanizmi üçün zə-
rəli olan mikrobların inkişafı (məsələn, bağırsaq çöpü) da-
vam edir. Belə süddə antibiotiklərin müəyyənləşdirilməsi
üçün mikrobioloji metodlardan istifadə olunmalıdır. Hey-
vanların müalicə zamanı və ondan 3-5 gün sonra sağılmış
süd emala verilmir. Heyvanlara antibiotiklər vurulandan
72 gün sonra süd normal keyfiyyətə malik olur. Mastit
xəstəliyi ilə xəstələnən inəklərin südü də emala verilmir.
Baxmayaraq ki, bu xəstəlik südlə insana keçmir, onun tər-
kibində çoxlu
sayda stafilokokklar olur ki, onlar da zəhər-
li maddələr ifraz edib süd məhsulları ilə zəhərlənmələrə
və ciddi xəstəliklərin yaranmasına səbəb ola bilərlər.
Dostları ilə paylaş: