Süd və süd məhsullarının texnologiyası
21
Fəsil 3. Keyfiyyətli südün alınmasının
sanitar-gigiyenik şəraiti
3.1. Südün ilkin emalı
Yüksək keyfiyyətli və təmiz süd almaq üçün ilk öncə
sanitariya və baytarlıq qaydalarına
ciddi riayət etmək la-
zımdır. Keyfiyyətli süd almaq üçün pəyənin havası və dö-
şəməsi təmiz saxlanmalı, sağlam heyvanların dərisi hər
gün təmizlənməlidir. Təmizləmə işi əsasən fırça ilə aparıl-
malıdır. Ancaq təmizləmədə əsasən qaşovdan daha çox
istifadə edilir. Bu
isə çox vaxt dərini zədələyir, müxtəlif
yaralar əmələ gəlir. Heyvan çox narahat olur və bunun nə-
ticəsində məhsuldarlığı aşağı düşə bilər. Ona görə də yax-
şı olar ki, heyvanlar fırça və münasib markalı tozsorucu
maşınlarla təmizlənsin. Heyvanın dərisinin təmizliyi döşə-
mənin həmişə quru olmasından çox asılıdır. Deməli, gün
ərzində, xüsusən gecə vaxtı, heyvanın altı daima təmizlən-
məli qurulanmalıdır. Qurulamaqdan ötrü hər baş heyvanın
altına bir gündə 3-6 kq ağac kəpəyi və ya 1,5-2 kq kovşən
sərf edilməlidir. Sağıma yarım saat qalmış, heyvanların
təmizlənməsi, onlara qaba yemlər
verilməsi və tövlənin
süpürülməsi dayandırılmalıdır. Bu tədbirlər ona görə edi-
lir ki, həmin işlər görüləndə qalxan toz havanı zibilləyir,
südə çökür. Toz ilə birlikdə isə südə çoxlu miqdarda mik-
roblar daxil olur və nəticədə süd çirklənir və turşuyur. Sa-
ğıma başlamazdan əvvəl sağıcı dırnaqlarını tutmalı, əlləri-
ni sabunla yumalı və qurutmalı, ağ xalat geyməli, ağ ləçək
örtməli, heyvanların yelin və əmcəklərini təmiz ilıq (40-
45 dərəcədə) su ilə yumalı və dəsmal ilə qurutmalıdır.
Ferma işçiləri kvartalda, sağıcılar
isə ayda bir dəfə tibbi
yoxlanılmadan keçirməlidir. Hər il bütün ferma işçiləri
vərəmə, qurda və başqa xəstəliklərə görə müayinə olun-