|
S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasiSüd və süd məhsullarının texnologiyasıSud ve sud mehsullarinin texnologiyasiSüd və süd məhsullarının texnologiyası
23
Sağılan
ağız südü, habelə xəstə inəklərin südü, ayrı
qablara yığılmalı və ondan yalnız baytar işçilərinin göstə-
rişi ilə istifadə edilməlidir.
Tuberkulinə
reaksiya göstərən heyvanların südü 30
dəqiqə müddətində 85
0
C-də pasterizə edilməli və ya 10
dəqiqə qaynadılmalıdır.
Dabağa
görə karantin təyin edilmişsə, süd yalnız 30
dəqiqə müddətində 80
0
C-də pasterizə edildikdən və ya 5
dəqiqə müddətində qaynadıldıqdan sonra təsərrüfat daxi-
lində istifadə edilməyə buraxılmalıdır.
Qarayaraya
qarşı peyvənd edilmiş heyvanların sü-
dündən 15 gün ərzində yalnız qaynadıldıqdan sonra istifa-
də olunmalıdır.
Mədə-bağırsaq iltihabı və mastitlə xəstələnmiş heyvan-
lardan sağılan süd 10 dəqiqə qaynadıldıqdan sonra təsər-
rüfatların ehtiyaclarına sərf edilməlidir. Yelinin mastitlə
zədələnmiş hissəsindən sağılan stafilokoklu süd məhv
edilməli, zədələnməmiş paydan alınan süd isə 30 dəqiqə
müddətində qaynadılıb donuz və s., kənd təsərrüfatı hey-
van və quşlarının yemləndirilməsində istifadə oluna bilər.
Sağımdan sonra əmcəkləri silmək və onlara lazım gə-
lərsə vazelin sürtmək lazımdır. Sağılmış südə kənar mexa-
niki qarışıqlar (toz, quru ot, tük, döşənək, peyin və s.qırın-
tılar) düşə bilər. Bunlarda isə çoxlu miqadrda müxtəlif
mikroblar olur.Odur ki, onları kənar etmək üçün südü sa-
ğım vedrələrindən süd bidonlarına, çənlərə tökərkən müt-
ləq bir neçə qat tənzif, pambıq süzgəc və süni lavsan lif-
tən hazırlanmış parçadan süzmək lazımdır. Parçadan hazı-
lanan süzgəcin tez-tez dəyişdirilməsi, təmizlənməsi və yu-
yulması ağır zəhmət tələb etməklə süd itkisinə səbəb olur.
Südü təmizləmək üçün ən sadə üsul onu 4-5 qat tənzifdən
süzməkdir. Lakin bu üsulla da süd yaxşı təmizlənmir.
|
|
|